Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
SAMIR MESTELIYEV Soruşur Yazılma Tarixi:23.01.2016 11:51:21

SALAM SIZDEN BIR SOZ SORUSUM MENIM 16 YASIM 4 AYDAN SORA TAMAM OLACAQ ILK YOXLANIS HAVAĞ OLACAQ

Bildiririk ki,  "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.
zaur lahici Soruşur Yazılma Tarixi:22.01.2016 22:51:10

Salam mən aprel ayında Gürcüstana imtahan verməyə gedəcəm eyni zamanda iyulda hərbi xidmətə gedəcəm. mən bunun üçün hansısa sənəd verilir mi yoxsa ölkədən çıxa bilmərəm? birdə mən onurğa yırtığından əməliyyat olunmuşam buna görə həqiqi hərbi xidmətə yararlıyam mi?

Bildiririk ki, 2016-cı ilin iyul çağırışı zamanı həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlara aprel ayında sərhədkeçməyə məhdudiyyət qoyulmur. Siz 2016-cı ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsində tibbi şəhadətləndirildikdən sonra hərbi xidmətə yararlı olub-olmamağınız barədə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Hacıyev Nəriman Soruşur Yazılma Tarixi:22.01.2016 22:44:59

Salam mən yanvar çağırışçısıyam ama hələdə hərbi xidmətə çağırılmamışam. Yanvar ayının 5-nə çagırış vərəqini vermişdilər ama hələdə çağırılmamışam hərbi xidmətə . nə vaxt çağırılacam?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Nicat Bəşirli Soruşur Yazılma Tarixi:22.01.2016 19:05:39

Salam. Mənim silah düzəltmək bacarığım var. Ama ali təhsilim yoxdur. Bu sahədə iş axtarıram.

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək və ya işləmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Resad Abdullazade Soruşur Yazılma Tarixi:22.01.2016 18:36:57

Salam.Mənim 17 yaşım var.konullu olaraq sərhəd xidmətinə gedə bilərəm?

Bildiririk ki, Siz 18 yaşınız tamam olduqdan sonra müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz. Vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Memmedov Yunus Soruşur Yazılma Tarixi:22.01.2016 16:16:50

Salam Men Memmedov Yunus Arif oglu qeydiyyatim Suraxani rayon komisarligi. Xesteliyimle elaqedar ne qerar verildiyini deyerdiz xais edirem

Məlum olmuşdur ki, Siz,  nəzarət qaydasında Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
ŞƏMSİ SƏMƏDOV Soruşur Yazılma Tarixi:22.01.2016 15:00:47

salam..ttm kurslari ne vaxt baslayir?

Bildiririk ki, “Zabit hazırlığı kursu” və “Gizir hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Zeynalov Emil Soruşur Yazılma Tarixi:22.01.2016 08:44:18

Salam, men sizin xidmetde işlemek isteyirem. Ehtiyatda olan zabitem. Naxçıvan MR- da elahide taborda yanacaq xidmet reisi işlemişem. Sizin xidmetde müraciet etsem işe gotürüleremmi, eger götürülsem hansı vezifeye götürülecem? Zehmet olmasa melumat verediniz.

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
tevekkul veliyev Soruşur Yazılma Tarixi:22.01.2016 00:11:24

salam menim 20 yasim var 2014 aprel ayinda herbi xidmete getmeliydim amma atamla anam 1 ci qurup elildi men indi konulu getmek istiyirem nece gede bilerem

Bildiririk ki, ailə vəziyyətinə görə möhlət hüququna malik olan çağırışçıların könüllü şəkildə möhlət hüququndan imtina edərək müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Xəyal Soruşur Yazılma Tarixi:21.01.2016 19:36:00

Salam. Mən iyulun 19u 18 yaşımı tamam edirəm.Bilmək istəyirəmki mən iyul çağırışında hərbi xidmətə cəlb olunacam yoxsa oktyabr ??

Bildiririk ki, 19 iyul 2016-cı il tarixdə 18 yaşınız tamam olduğu üçün 2016-cı ilin iyul çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Cədvəldə sətir sayı :14891