Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Xəyal Əliyev Soruşur Yazılma Tarixi:27.01.2016 20:02:16

Salam mən Əliyev Xəyal Vahid oglu sizdən xahiş edirem mən saqlamliqim haqda tibbi arayişi istənilən tibb müəsəsində yoxlanişdan keçib ala bilərəm?

Nəzərinizə çatdırırıq ki, Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Xidmətin Cəbrayıl rayon bölməsinə təqdim edildiyi halda mümkündür.
azer aliyev Soruşur Yazılma Tarixi:27.01.2016 19:38:36

salam men eliyev azer alinagi oglu sizden xais edirem ki menim bu mektubmu nezere alasiz. MEN 2013 oktiyabr ayinda herbi xidmete cagrilmisam ve DAXILI ISDER NAZIRLIYININ DAXILI QOSUNLARINDA XIDMET ETMISEM.2015 aprel ayinda ise herbi xidmetmi bitirmisem. seferberlik xidmeti idaresinde xidmet edim bu mumkundurmu ?

Bildiririk ki, hal-hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxıldığına görə, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Elizade Tofiq Soruşur Yazılma Tarixi:27.01.2016 19:33:19

salam men Elizade Tofiq Ilham oglu orta tehsilliyem texnikomu bitirmisem ve 2014 ci-ilde herbi xidmete cagirilmisam xidmetimi beylaqanda etmisem 2016 -ci ilde yanvarin 1 de ehtiyyata buraxilmisam ve isteyiremki vetene daima qullug edim ve ozum musiqiciyem zerb aletiyle mesgulam pesekaram ve isdeyiremki xidmetimi Mudafiye Nazirliyinin Herbi Arkestorunda aparim sizden xais ediremki erizemi nezere alasiniz

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Elvin Bağırlı Soruşur Yazılma Tarixi:27.01.2016 19:02:01

3-cü dərəcəli alimentar piylənmədə bədən çəkisinin indeksi BÇİ-neçə olmalıdır?

Bədən çəkisinin indeksi (BÇİ) 18-25 yaşlı şəxslər üçün III dərəcəli piylənmədə - 35,0-39,9.
Mehemmed Meherremov Soruşur Yazılma Tarixi:27.01.2016 14:51:10

salam men Unversiteti bitirdikden sonra nikadr Getmek isteyirem vaxti uzadilibdi onun?

Bildiririk ki, Xidmətin saytına etdiyiniz müraciətdə fikriniz tam və aydın şəkildə  ifadə olunmadığı üçün cavablandırılması mümkün deyil.
Lala Soruşur Yazılma Tarixi:27.01.2016 14:03:03

Salam. Mən Hərbiyə sənəd vermək istəyirəm. Bakı Sənaye Pedoqoji Kollecin bitirmişəm. 22 Yaşım var.Sənəd verməyim mümkündürmü? Xahiş edirəm cvb yazardız.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər. Bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Abdurrahman Soruşur Yazılma Tarixi:27.01.2016 12:09:17

Əssələmu aleykum, Mən ehtiyatda olan zabitəm. Səfərbərlik zamanı hansı xəstəliklərə görə (mən əməliyyat olunmuşam, ömürlük müalicəyə məhkumam Allahın təqdirindən) kimlərə möhlət hüquqlarının verildiyini bilmək istərdim. bundan başqa 18 yaşdan aşağı uşaqların sayına görə möhlət hüququ olub-olmadığını bilmək istərdim. Sözsüz ki, bu, məsələnin qanuni tərəflərini öyrənmək üçün mənə lazımdır. Hansı xəstəlikdən asılı olmayaraq, Allah yolunda Vətənimizin torpaqları üçün Cihad əmri verilərsə, hər zaman hazırıq, inşəAllah.

Bildiririk ki, bütün vətəndaşlar (çağırışçılar və hərbi vəzifəlilər) müddətli həqiqi hərbi xidmətə, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırıldıqda, o cümlədən bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olduqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən tibbi müayinədən keçirilirlər (şəhadətləndirilirlər). Tibbi müayinənin nəticələrinə uyğun olaraq hərbi-həkim komissiyaları bütün çağırışçılar və hərbi vəzifəlilər barədə müəyyən olunmuş qaydada “müddətli həqiqi hərbi xidmətə yararlı”, “sıradankənar həqiqi hərbi xidmətə yararlı”, “sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız”, “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı”, “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” olmalarına dair qərarlardan birini qəbul edir və onların hərbi xidmətə yararlılıq kateqoriyası təyin edilir. Əlavə olaraq bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində aşağıdakı şəxslər olan çağırışçılara verilir: 19.1.2. 3 və daha çox uşaq; 19.1.5. 18 yaşınadək və yaxud I qrup əlil qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmadıqda.
Tural Qurbanov Soruşur Yazılma Tarixi:27.01.2016 04:43:01

Men Qurbanov Tural Yaqub Oqlu 1994- cu ilde Gence seherinde anadan olmusam 2012 -ci il iyul ayinda Azerbaycan Respublikasinin DIN-nin DQ-a Heqiqi Herbi xidmete cawirilmisam Cavus Rutbesini dasimisam 2014 yanvar ayinin 1-de texris olmusam Muddetden artix xidmetimi yeniden davam etdirmek isdeyirem hara muraciet ede bilerem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Bəxtiyar Bədəlov Soruşur Yazılma Tarixi:27.01.2016 00:45:21

Salam men esqerliye getmey istiyrem ancax cagirmilar men russiada yashayiram indi azerbaycana gelecem. Meni niye cagirmilar ?

Müraciətinizlə əlaqədar barənizdə araşdırılma aparılması üçün soyadınızı, adınızı, atanızın adını, təvəllüdünüzü və Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz.
Qasimiva Ferqane Soruşur Yazılma Tarixi:26.01.2016 21:53:44

salam.men TTM.de oxumag isteyirem.ali tehsilliyem.bilmek isteyirdim qadinlarin orda oxumasi mumkundurmu?mumkundurse hara muraciet etmeliyem?

Bildiririk ki, “Zabit hazırlığı kursu” və “Gizir hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kurslara qəbulun qayda və şərtləri, nə vaxt keçirilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz. Əlavə olaraq bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.
Cədvəldə sətir sayı :14897