Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Agayeva Sevınc Soruşur Yazılma Tarixi:31.01.2016 17:01:31

Men Sevınc hal hazırda 30yawım var Gence weherinde yawayıram konullu olaraq muddetden artıq heqıqı herbı xıdmet etmek ısteyırem bilmek isteyerdim qebul ne vaxt bawlayacaq

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
eyvaz baloqlanov Soruşur Yazılma Tarixi:31.01.2016 15:27:56

salam.menim herbi biletim biraz yararsiz veziyyete dusub.hara ,kime muraciet edib yenileye bilerem ? .

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən etinasız saxlanılması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsi) tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir. Hərbi biletin korlanma və ya itirilmə şəraitinin yoxlanılması və təkrar (yeni) hərbi biletin verilməsinə əsas verən sənədlərin toplanılması müddətində hərbi vəzifəlilərə hərbi bilet əvəzi arayış verilir. Bu səbəbdən mövcud sənədlərinizlə hərbi qeydiyyatda olduğunuz yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz.
Amin Qafarov Soruşur Yazılma Tarixi:31.01.2016 12:36:25

Men, Gence Dovlet Universetinin Iqtisadi idareetme fakultesinin 2-ci kurs telebesiyem.Tehsilimi bitirdikte zabitliyi oxumaqdan oteri ne vaxt ve haraya buraciyyet etmeliyem?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) edəcəyiniz müvafiq dövlət orqanının və ya hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
Esref Rehimli Soruşur Yazılma Tarixi:31.01.2016 11:10:02

Salam,mənim valdeyinim 1990 1996 Cı illərdə əsgərlikdə olub.Onun dostlarını tapmaq istəyirəm. 304 saylı təmir batalyonunda həkim Səmədov və ya hər hansı rütbəli şəxslərdən biri ilə əlaqə saxlamaq mümkündürsə zəhmət olmasa deyərdiz Rəhimov Rəhim Qədim oğlu (Alazan) sizi axtarır.(İllər 1990 1996)

Bildiririk ki, Xidmətin saytına etdiyiniz müraciətdə axtarılan şəxslər barədə ətraflı məlumat qeyd olunmadığı üçün araşdırılması və cavablandırılması mümkün deyil.
Elvin Quliyev Soruşur Yazılma Tarixi:31.01.2016 06:36:25

Salam.menim 17yawim var ve 10 cu sinif telebesiyem.Men bilmek isdiyerdimki men bu il daxili qowunlara qebul ola bileremmi xaiw edirem cvblandirasiniz

Qeyd etdiyiniz məsələ ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.
Araz Qasimov Soruşur Yazılma Tarixi:31.01.2016 01:06:15

bineqedi rayon herbi komissarliqdan mektub verdiler seferberlik terefinden gonderilmisdi mektubu oxudum hemen sozleri yazibsiz her il 3- ilden bir tibbi komissiyadan kecmelisiz.niye siz herbi komissarliqin dediyine inanirsiz men yazdigima yox? buna gorede her ikinizden sikayyetci olacam bir basa cenab Ilham Eliyev yazacam goreh bu is arxasinda dura bilecehsiz ya yox ne qederki 14b maddesi usdumnen goturulmuyub mende axra kimi prinsipde aparacam hec vaxtda tibbi komissiyadan kecmiyecem hec biriniz mene maraqli deylsiz lazim deyl herbi bilet itirmisem qesid usde dusmuyecem bu qeder.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 sentyabr 2012-ci il tarixli 213 №-li Qərarı ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası”nın 4.3-cü bəndinə əsasən, Xidmətin yerli idarə, şöbə və bölmələrinə çağırış üzrə (ilkin hərbi qeydiyyat, həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək və digər səbəblər) çağırılmış çağırışçılar və hərbi vəzifəlilər şəxsi çağırış vərəqəsində göstərilmiş tələblərə ciddi riayət etməli, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsi və ya hərbi bileti, şəxsiyyət vəsiqəsi üzərində olmaqla, təyin olunmuş yerə müəyyən edilmiş vaxtda gəlməlidirlər. Nəzərinizə çatdırırıq ki, Xidmətin yerli idarə, şöbə və bölmələrinə çağırış üzrə gəlməyən vətəndaşlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyət daşıyırlar.
Elcan Dadaşov Soruşur Yazılma Tarixi:31.01.2016 00:07:27

Salam menim 23 yaşm var 2010 cu ilde herbi xidmetde olmuşam yeniden Dövlət sərhəd xidmətində xidət etmek isdeyirem.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət etməlisiniz.
Aziz Mustafazade Soruşur Yazılma Tarixi:30.01.2016 23:31:49

Salam. Men 2004 cu ilde esgerliye gedende herbi biletime komissarliqdan herbi xidmete yararli mehdudiyyet derecesi 4 madde 1,3d yazilib. Bu ne demeydi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13-cü maddəsinin “d” bəndinə “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları: zəif qidalanma, II dərəcəli alimentar piylənmə” aiddir. Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə yararlı sayılmlış vətəndaşlar barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəydən sonra həkim-mütəxəssis “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər” cədvəlinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 3 nömrəli cədvəli) “a” bölməsinə müvafiq olaraq hərbi xidmətkeçmə üçün təyinatın (Qoşunların, hərbi hissələrin növləri) rəqəm göstəricisini müəyyən edir.
Rəşad Məmmədov Soruşur Yazılma Tarixi:30.01.2016 22:31:41

Salam,öncədən sizlərə təşşəkkür edirəm Mən 22.09.2015-ci il tarixden Müddətdən Artıq Həqiqi Hərbi Qulluqdayam Mən Gizirlik Kursuna gedə bilərəmmi? Xahiş edirəm mənə köməklik göstərəsiniz.

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etdiyiniz hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
aynur eliyev Soruşur Yazılma Tarixi:30.01.2016 22:22:32

Salam 28 yasim var herbi xidmet etmek istiyirem nece ede bilerem

Bildiririk ki, Xidmətin saytına etdiyiniz müraciətdə fikriniz tam və aydın şəkildə  (çağırışçı və ya hərbi vəzifəli olmağınız) ifadə olunmadığı üçün cavablandırılması mümkün deyil.
Cədvəldə sətir sayı :14891