Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
nazim qasimov Soruşur Yazılma Tarixi:01.02.2016 18:39:47

salam menim oglum orta ixtisas kollecini bu il bitirecek ve konservatoriyaya sened vermek isteyir amma herbi cagirisdan sened almalidi konservatoriyaya vermey ucun nece alaq o senedi xais edirem cavab yazin

Bildiririk ki, oğlunuz kolleci bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqdır. Respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında artıq bir dəfə iştirak etmiş vətəndaşlara hərbi xidmətə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.    
Orxan Mehibeyli Soruşur Yazılma Tarixi:01.02.2016 17:27:29

Salam,Men mili orduya xidmete qebul olmaq istyirem bilmek istyirdimki,hazirda bos yerler var yoxsa yox,,yeni ise qebul var yoxsa yox.Varsa neynemek lazimdi,hara muraciet etmk lazimdi.?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Nurane Cebrayilova Soruşur Yazılma Tarixi:01.02.2016 15:59:27

Salam.Nisanlimin herbi biletinde xestelikler cedvelinin I qrafasinin 34C maddesine esasen sulh dovrunde yararsiz muharibe dovrunde mehdud yararli yazilib.Bu 34C maddesinin aciqlamasini yazardiniz cox xahis edirem.Tesekkurler

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-Həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin  34-cü maddəsinin "c" bəndinə "Refraksiyanın və akkomodasiyanın pozulmaları: hər hansı gözün meridianlardan birində 6,0 D-dən artıq və 8,0 D-ə qədər yaxıngörməsi" aiddir.
Elman Mustafayev Soruşur Yazılma Tarixi:01.02.2016 13:39:31

Salam Men Mustafayev Elman Erestun Oglu 10.05.1998 Ci ile de Sabirabad Rsyonunda Anadan Olmusam Menim Boyum 1.80 Cekim 50 Men Herbiye Gede Bilerem ve ya Herbide isliye bilerem ? Ve men Hansi Ayda Herbi Xidmete Yollanacam

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər.
Nurlan Şabanov Soruşur Yazılma Tarixi:01.02.2016 12:14:57

Salam Epilepsiya xəstələri müalicə olduqlarından sonra hərbi xidmətə yararlıdırlar, yoxsa epilepsiya xroniki xəstəlik olduğuna görə yararsız sayılırlar ?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 21-ci maddəsinin “b” bəndinin (tutmadan kənar vaxtda ruhi pozulmalar olmadan tək-tək və nadir epileptik tutmalar olduqda) I qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Rəşid Soruşur Yazılma Tarixi:01.02.2016 12:01:04

Salam,oğlum 27 dekabr 1997ci il de anadan olub,sentyabr ayinnan 11ci sinifden demuryol liseyine qəbul olunub,hal hazırda oxuyur,,hərbi xidmete haçan çağırılmalıdır?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.2-ci  maddəsinə əsasən, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Cavid Məmmədov Soruşur Yazılma Tarixi:01.02.2016 07:48:45

Salam. Mən dekabr ayında Lənkəran rayon hərbi komissarlığına çağırıldım və tibb komissiyası tərəfindən Bakıya 5 saylı xəstəxana və Kardialoji instituta xəstəliyimlə əlaqədar göndərildim, komissiyadan keçdikdən sonra mənə heç bir məlumat verən olmadı nəticə barəsində. Bilmək istərdim ki, mənə verilən rəyin nə olduğunu. Öncədən təşəkkür edirəm. Turablı Abas Rasim oğlu Lənkəran rayon Hərbi Komissarlığı

Məlum olmuşdur ki, Siz, 2016-cı ilin yanvar çağırışına hazırlıqla əlaqədar Xidmətin Lənkəran rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və  səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz. Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız.
Elmir Sirinov Soruşur Yazılma Tarixi:01.02.2016 02:24:35

Salam, men bilmek isteyirem ki A-3 hesab edilmis yararli cagiriscilar siradan kenar xidmet edirler ya yox?? Xais edirem cavablandirin

Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə yararlı sayılmlış vətəndaşlar barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəydən sonra həkim-mütəxəssis “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər” cədvəlinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 3 nömrəli cədvəli) “a” bölməsinə müvafiq olaraq hərbi xidmətkeçmə üçün təyinatın (Qoşunların, hərbi hissələrin növləri) rəqəm göstəricisini müəyyən edir. “Hərbi xidmətə yararlıdır A-3” hesab edilmiş çağırışçılara bəzi qoşun növlərində xidmət keçməyə məhdudiyyət qoyulur (xüsusi təyinatlı hərbi hissələr, dəniz piyadası, hava desant, desant hücum heyəti və s.).
Nəriman Hacıyev Soruşur Yazılma Tarixi:01.02.2016 01:57:18

Salam. Mən aprel ayında çağırışa yollanacam. Mənim atam 2-ci qrup 20 Yanvar veteranıdı. 20 yanvar hadisələrində yaralanıb. Çağırış zamanı bu nəzərə alınacaqmı?

Bildiririk ki, valideynlərindən biri 2-ci qrup əlil olan çağırışçılara müddətli həqiqi hərbi xidmətə göndərilən zaman hər hansı güzəştin şamil edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Elsen Rufullayev Soruşur Yazılma Tarixi:01.02.2016 01:48:39

Salam. Oqlum rufullazade orxan 25.01.2016 ci il tarixde lenkeran herbi komisarliqi terefinden heqiqi herbi xidmete gonderilib. Lakin bu gune kimi oqlumun hansi herbi hissede olmasindan xeberim yoxdu. Cox xaiw edirem mene melumat veresiz.

Bildiririk ki, övladınız Rufullayev Orxan Elşən oğlu Xidmətin Lənkəran rayon şöbəsi tərəfindən 2016-cı ilin yanvar çağırışına cəlb edilərək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin daxili bölgüsü ilə 100 saylı hərbi hissəyə təyin edilmişdir. Qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik
Cədvəldə sətir sayı :14897