Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Baxtiyar Maharramov Soruşur Yazılma Tarixi:03.02.2016 19:50:16

salam Kelbecer komisarliği meni yorub. artiq 3 cu defedi muayneye gonderilirem. halbuki goz problemim 2 defe tesdiq olunub.mene komek ede bilersiz?

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
Seferov İbadet Soruşur Yazılma Tarixi:03.02.2016 14:19:27

Salam men Lerik Rayonun Veri eliabad kendinde yasayiram 1991 ci ilde anadan olmusam.HHMQ siralarinda xidmet etmisem.Herbiye getmey isteyirem ya gizir yada zabit kimi.hara muraciet etmeliyem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli,         azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər    (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Abdullayev Şehriyar Soruşur Yazılma Tarixi:03.02.2016 02:31:27

Salam bunu oxuyana men Şehriyar Abdullayev Ekrem ohlu Lerik Rayonu Gurdeser Ked sakini 22 yaşim var hec bir yerde idemirem tam orta mektebi qutarmişam Azerbaycan Resbubilkasna xidmet etmişem yrni esger gedib xidmet etmişem 2 idi xidmti qutarmışam işdemiren bir manat hecbir yerden almiram subayam men evlesem aylemi nece saxlayacaqam ? Hormrtli Preztimizden xayiş ediremki mrni bir dovlet işine gotursun Dovletimize xidmet edim xayiş edirem sizden sizinde balalarviz var mene komey edin yada Herbi xifmecikimi Mudetden atiq ve ya Gizikimi xidmte goturun sizden birdaha xayiş edirem ucqar bir yerde ermenilerle serhet yani herbi hiselerde xidmet etmey isdeyirem Canab Preztden xayiş edirem birde bunu oxuyandan xayiş edireki bunu Canab Pırzte catdsun meni umudsuz qoymayin hem dolana bilim hemde xalqmza ve Dovltimize zidmet edim elaqe nomrem 0508653694 birdaha xayiş men geci arzularmi ureyimde qoymayin

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına və ya hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
araz qasimov Soruşur Yazılma Tarixi:03.02.2016 02:09:07

valdeyim saxta sened hazirladaraq herbi xidmete getmemek ucun elediler hemin sened esasinda bineqedi rayonu herbi komissarliqa gonderildi ordanda 2-sayli psixiatrik xestexanaya gonderilmisdi meni de aparmisdilarki 2 gun qalmisam tibbi muayyineden kecmeye 3 gun olanda valdeym gelib bas hekim iradeynen danisdilarki esgerliye getmesin axirda da elede oldu.axirda deli diyaqnozu qoydular 14 b maddesi indi de hara gediremse atkaz edirler ozumde pese liseyini qutarmisam eyer mende delilik xususiyyetim olsa nece saglamliq kagizini vererdiler bu yol verilmezdi fakt olaraq pulnan yazilmis seneddi.

Məlum olmuşdur ki, Siz, 2016-cı ilin aprel çağırışına hazırlıqla əlaqədar Xidmətin Bakı şəhəri Binəqədi rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Kamal Sirinov Soruşur Yazılma Tarixi:03.02.2016 01:33:16

Salam. Men bilmek isteyirem ki A-3 hesab edilmis cagiriscilar siradan kenar xidmet edirler ya yox? Cox xais edirem aydin sekilde cavablandirsaniz. Yeni A-3 ve siradan kenar xidmete yararli ayri ayri kateqoriylardimi yoxsa eyni seydir?

“Hərbi xidmətə yararlıdır A-3” hesab edilmiş çağırışçılara bəzi qoşun növlərində xidmət keçməyə məhdudiyyət qoyulur (xüsusi təyinatlı hərbi hissələr, dəniz piyadası, hava desant, desant hücum heyəti və s.).
Oktay Kazimli Soruşur Yazılma Tarixi:02.02.2016 13:56:55

salam . menim 4 vereqimde yarar A3 yazilib .bu ne demeydi?

Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə yararlı sayılmlış vətəndaşlar barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəydən sonra həkim-mütəxəssis “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər” cədvəlinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 3 nömrəli cədvəli) “a” bölməsinə müvafiq olaraq hərbi xidmətkeçmə üçün təyinatın (Qoşunların, hərbi hissələrin növləri) rəqəm göstəricisini müəyyən edir. “Hərbi xidmətə yararlıdır A-3” hesab edilmiş çağırışçılara bəzi qoşun növlərində xidmət keçməyə məhdudiyyət qoyulur (xüsusi təyinatlı hərbi hissələr, dəniz piyadası, hava desant, desant hücum heyəti və s.).
Fərhad Cavadov Soruşur Yazılma Tarixi:02.02.2016 13:18:08

Mən bilmək istərdim hərbi komisiydan keçirilmək üçün bölgələrdən gətirilən çağırışçıları qəbul edənlər Azərbaycanın coğrafi xəritəsini tanıyırlarmı?Əgər tanıyırlarsa bəs nədən Gəncədən Bakıya komisiyadan keçmək üçün gətirilən çağırışçıları geri qaytarıb 6 gündən sonra təkrar gəlmələrini bildirirlər.Zəhmət olmasa onları məlumatlandırın ki,Gəncə Bakı ətrafı kənd deyil Gəncədən Bakıya 365 km məsafə var həmən məsafəni gedib qayıtmaq üçün 16 saat vaxt sərf etməlisən.Əgər bunu bilsəydilər bu gün Bakıya Gəncədən gətirilən çağırışçıları ayın 8 də təkrar gəlmələri tövsiyyə olunmazdı.Yəqin ki bu tövsiyyənin altında başqa bir nəsə gizlənmir inşallah.

Məlum olmuşdur ki, barəsində rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, 1995-ci il təvəllüdlü Cavadov Orxan Fərhad oğlu razılaşdırılmış qrafikə əsasən şəxsi işi ilə birgə 23.02.2016-cı il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaq və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. Əlavə olaraq bildiririk ki, Xidmətin Mərkəzi hərbi həkim komissiyasına müayinədən keçmək üçün çağırışçılar OTOKAR-TEMPO “İVECO” markalı hərbi nömrə nişanlı sərnişin avtobusu ilə daşınır və geri qaytarılır.
Rahib qasimov Soruşur Yazılma Tarixi:02.02.2016 01:20:17

Salam men 1998 tevelludum.men bu yaxinlarda herbi xidmete yararli oulub omadiqimi yoxlamisdim muayinelerden kecdim,ama,sol dizimimde anadan gelme defarmasiya yerinden oynama cxdi..birde her iki qolum anadan gelme eyri bitib dirsekden..hele bilmirem.sizce meni yararli yoxsa yararsiz yazacaqlar?.twk..xais cavablandirin.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Talibli Arzu Soruşur Yazılma Tarixi:01.02.2016 20:17:11

Salam men Talibli Arzu Vidadi oglu 05.11.1987 ilde Daskesen rayonunda anadan olmus.Orta tesilliye . 13.01.2006 ilde Baki seherinin Bileceri qesebesinde yerlesen DQ NSayli herbi hissesinde esgerlikde olmuwam. Muddetden artiq herbi xidmete getmek isdiyirem ama Azerbaycanda deyil .eyer munkunse bele bir sey zehmet olmasa mesajima cavab yazarsiz.Bununla bagli hansi qurumlara muraciyet ede bileremse zehmet olmasa onnarida deyerdiz.Evvelceden tewekkurler .

Bildiririk ki, müraciətdə qeyd etdiyiniz məsələnin həlli Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyəti xaricindədir. Bu səbəbdən müraciətin qanunamüvafiq qaydada cavablandırılması mümkün deyil. 
Qasimov Nazim Abas o. Soruşur Yazılma Tarixi:01.02.2016 19:12:07

men texnikomu bu il qutariram mart ayinda 21 yasim tamam olacaq . Men ali mektebe sened vermek isteyirem. Mene herbi kamisarliq molet vere biler.

Bildiririk ki,  respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında artıq bir dəfə iştirak etmiş vətəndaşlara hərbi xidmətə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.    
Cədvəldə sətir sayı :14897