Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əfsun Baratov Soruşur Yazılma Tarixi:08.02.2016 11:59:02

salam menƏfsun Baratov hele orta mektbede oxuyuram ve bu il mektebi qutariram iyul ayinin 29 zu 18 yawim tamam olcaq men bilmek isteyirem ki men iyul ayinin 29zu ya da 30 herbi xidmete gedecem buna gore sizden xaiw edirem mene melumat vererdiniz

Bildiririk ki, çağırış ayında 18 yaşı tamam olmuş çağırışçılar həmin gündən etibarən müddətli həqiqi hərbi xidmətə göndərilə bilərlər. Lakin həmin çağırış ayı üçün verilmiş tapşırıq yerinə yetirilərsə, bu çağırışçılar növbəti çağırış zamanı müddətli həqiqi hərbi xidmətə göndərilirlər.
Eminov Xaliq Soruşur Yazılma Tarixi:08.02.2016 02:02:20

Salam Men Balaken herbi prakrorluguna cagrildim 2014-cu ilin Yanvar ayinda ve men tibbi muaineden sora ayagimda yaranan prablem ucun.Bakiya tramatalogia inistuduna getdim ve orda 3 defe oldum.Men iki ildir ki herbiye getmemisem ve bilet almamisam.Bu haqdaen hara ve kime muraciet elemeliyem.

Məlum olmuşdur ki, Siz, Xidmətin Balakən rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” Xidmətin Balakən rayon şöbəsinə təqdim edildikdən sonra Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən müvafiq qərar qəbul ediləcəkdir.
Sənan Esgerov Soruşur Yazılma Tarixi:07.02.2016 21:01:40

Mən Esgerov Senan 1987 anadan olmuşam ADPU NUN Fiziki tərbiyə və gənclərin çağırsaq edər hazırlıq fakültəsini bitirmişəm 2004-2008 .14.03.2008 cil il- 2 a maddəsiylə hərbi ucotdan silinmişdir. Mən bilmək istəyirəmki hərbiyə gedə bileremi 2008 cil ildən getməmişəm isteyirem bilim ixtisas imla iwleye bileremi Xahiş edrem cvb yazarsiniz

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Belə ki, bu Qanunun 12.2.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları çağırılırlar.
Anar Məmmədəliyev Soruşur Yazılma Tarixi:07.02.2016 18:15:07

Salam.Ailəli əsgərlər üçün hər hansısa bir bayramda öz qanuni məzuniyyətindəm əlavə məzuniyyət nəzərdə tutulub?

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 120-ci maddəsinin a) bəndinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına müddətli həqiqi hərbi xidmət ərzində bir dəfə (10 gün) növbəti məzuniyyət verilir. Həmin Əsasnamənin 129-cu maddəsinə əsasən, 10 günədək qısa müddətli məzuniyyətlər dinc və müharibə dövründə hərbi qulluqçulara həvəsləndirmə qaydasında (dinc dövrdə yalnız müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına) və ailə vəziyyətinə görə verilir. Qısa müddətli məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir.
Ferid Huseynov Soruşur Yazılma Tarixi:07.02.2016 17:00:45

Salam talassemiya dasiyicisiyam qanim ashagidir men herbi xidmete yararli sayiliram ya yox? ailede talassemiya xestesi de var

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 11-ci maddəsinin “a” bəndinin I qrafasına əsasən: talassemiya xəstəliyi olan çağırışçılar “Həm dinc dövrdə hərbi xidmətə yararsız, həm müharibə dövründə hərbi xidmətə yararsızdır”  hesab edilirlər. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Almir Mahmudov Soruşur Yazılma Tarixi:07.02.2016 16:27:07

salam men bu il aprelde esgere gedirem.bilmek isteyirem pavesqani ne vaxt verecekler?evvelceden tsk.

Bildiririk ki, 2016-cı ilin aprel çağırışçıları çağırışa hazırlıqla əlaqədar tibbi şəhadətləndirilməyə cəlb olunduqları zaman müddətli həqiqi hərbi xidmətə göndərilmələri barədə məlumatlandırılacaqlar.
Vüqar Məmmədov Soruşur Yazılma Tarixi:07.02.2016 14:53:05

Salam.Mən 2000-2004 cü illərdə rayon Hərbi Komissarlığında çağırış şöbəsındə müfəttiş vəzifəsində işləmişəm.İndi işsizəm.Hərbi rütbəm var.(leytinant).Hərbi xidmətdə olmuşam.Yenidən bu qurumda isləmək ücün hara müraciət edə bilərəm?

Bildiririk ki, Sizin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
İBRAHİMOV ELDƏNİZ Soruşur Yazılma Tarixi:07.02.2016 11:50:01

Salam mənim 17yaşım var ailənin tək övladıyam atam vəfat edib anamsa əməliyyat olunub anamı mən işləyib saxlayıram başqa yerdən gəlirimiz yoxdu atam Qarabag müharibələrində iştirak edib bilmək istəyirəm ki mən hərbi səfərbərlikdən necə azad oluna bilərəm.Təşəkkür edirəm

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinin tələblərinə əsasən, həqiqi hərbi xidmətə çağırışdan ailə vəziyyətinə görə möhlət himayəsində başqa övladı olmayan 1-ci qrup əlil ata, yaxud ana olan çağırışçılara verilir.
Əli Qurbanov Soruşur Yazılma Tarixi:07.02.2016 09:42:34

Salam.Bilmək istəyirdim ki,bu il universiteti bitirib,hərbi xidmətə gedəcəm iyulda.çağırışdan 1-2 ay əvvəl ölkəxaricinə səyahətə çıxmağa icazə var?

Bildiririk ki, 2016-cı ilin iyul çağırışı zamanı həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlara çağırışdan 1-2 ay əvvəl sərhədkeçməyə məhdudiyyət qoyulmur.  
Atakisiyev Hemidaga Soruşur Yazılma Tarixi:07.02.2016 02:52:48

Men Atakisiyev Hemidaga Azer oglu 1993.05.05-ci ilde Imisli rayon Becravan kendide andan olmusam 2011.06.02-ci ilde herbi xitmete baslamisam 2013.01.07 -de herbi xitmeti basa vurmusam Edlyye Nazrliyi Muhafize alayinda yenden herbiyye qayitmaq istyirem Hara muraciet ede bilerem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Ədliyyə Nazirliyinin Mühafizə Alayının komandanlığına müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897