Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Aydın Qurbanlı Soruşur Yazılma Tarixi:09.02.2016 17:24:53

Mən bu il bakalavr dərəcəsində universiteti bitirəcəm və magistratura pilləsində təhsilimi davam etdirmək istəyirəm. Bunun üçün hərbi möhlət verilməsi üçün nə etməliyəm? Və hərbi möhlət almaq üçün hara müraciət etməliyəm? müraciət edəcəyim yerə hansı sənədləri təqdim etmək lazımdı?

Bildiririk ki, mövcud qanunvericilikdə magistraturaya qəbul olunanlara həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərdə tutulmamışdır.
Faiq Ayvazov Soruşur Yazılma Tarixi:09.02.2016 16:13:30

Salam Men aprelin 4 ad gunum olacaq men orgenmek isteyirem ki hemin ay meni herbi xidmete cagrilacam mi? Zehmet olmasa cavab vererdiniz.

Bildiririk ki, 04.04.2016-cı il tarixdə 18 yaşınız tamam olduğu üçün aprel çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Əsədullayev Salman Soruşur Yazılma Tarixi:09.02.2016 12:05:57

Salam menim 18 yasim Mayda tamam olur esgerliye cagiris İyulda olar amma men Aprel cagirisinda getmek isteyirem bununla bagli hara muraciet edim ? Zehmet olmazsa sualimla bagli ciddi mesgul olardiz

2016-cı ilin may ayında 18 yaşınız tamam olduğu üçün iyul çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Vətəndaşların vaxtından əvvəl müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Vüsal Cəfərov Soruşur Yazılma Tarixi:09.02.2016 09:20:41

himayesinde 3 övladı olan şəxs herbi xidmete çagrıla bilər?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 19.1.2-ci maddəsinə əsasən, himayəsində 3 və daha çox uşaq olan çağırışçılara ailə vəziyyətinə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilir.
Huseyn Mustafayev Soruşur Yazılma Tarixi:09.02.2016 04:44:32

Salam bagiwlayin qizildan deyerli vaxtinizi aldigim ucun. men 2013 yanvar ayinda Murovun N sayli herbi hissesine xidmete cagrilmiwam yanvar ayinin 23 de fevral ayinin axrinda ise meni agstafada N sayli kewfiyyat herbi hissesine secdiler. uzr isdiyirem ifademe gore ozum idmanin cudo novu ile mewqulam 12 ile yaxindi bununla yanasi MMA qaydasiz doyuw novu ile de mewqul olmuwam. boyum balaca olduguna gore meni tereddut edirdiler amma lakin idman gostericilerim yuksek oldugundan meni qeyde aldilar. men xidetde oldugum zaman doyuw postlarinda daim aktiv oldugum ucun defelerle duwmen postlarini aramsiz atewe tutdugum ucun postlari mehv etdiyim ucun FEXRI ESGER adlna layiq gorulerek 26 iyun Silahli quvveler gunu Herbi Hisse Komandiri adinan teltif olundum. hal hazirda Ukraynada Qaydasiz doyuw uzre MIlli komandaya mewqcilik edirem. amma herbide xidmet etmek vetene xidmet etmek menim helede ureyimde qalib ve mayda vetene qayidiram .. mene komek ederdinizde men bu nealiyyetlerimnen xidmete qayida bilerem gizir kimi???? evvelceden tesekkur edirem. Butun Azerbaycan xalqina Salamalr. sizede can sagligi ugurlar arzu edirem.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli,         azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər    (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
memmedov vasif Soruşur Yazılma Tarixi:09.02.2016 02:03:09

17c olan ve esebilik maddesi olan ali tehsilli esgerlerin xidmet muddeti ne qeder olur?

Bildiririk ki, ali təhsil müəssisələrini bitirən çağırışçılar 1 il həqiqi hərbi xidmət keçirlər. Lakin tibbi müayinə zamanı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli, 59 №-li Qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının 17 c maddəsi tətbiq olunan şəxslər “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilərək hərbi vəzifəlilərin qeydiyyatına keçirilirlər. 
Elsen Kerimov Soruşur Yazılma Tarixi:09.02.2016 00:22:09

men 2012-2014 cu illerde heqiqi herbi xidmetde olmusam,indi muddetden artiq herbi qulluqcu kimi xidmet etdiyim herbi hisseye getmek,PDM surucu mexanik islemek isteyirem.Xais edirem komeklik edesiz ve bilmek isteyirem axira kimi eyni herbi hissede islemeyim mumkundurmu

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına və ya hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
Rauf,Əsgərov Soruşur Yazılma Tarixi:08.02.2016 22:45:05

Salam men 26.10.2015 ci ilde Ucar rayon komisyasindan herbiye gonderilmisem mende 2 ci derece skalioz xesteliyi bar idi muraciet eledimki belimde agri var dediler ele bele seydi gonderdiler DSX 2003 nomreli herbi hissede herbi hosbitala gonderildim 15.01.2016 ci ilde mene baxan kimi dediler seni nie gonderibler texris oldum 4 ay idi meni gonderibler dahada pis gune dusmusem indi nolacag bu isin axiri xais cavab verin

Bildiririk ki, pensiya təminatı əlillik təyin olunduqdan sonra sosial təminat orqanları tərəfindən həyata keçirilir. Əlillik qrupları, əlilliyin, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Bu səbəbdən əmək qabiliyyətinin müəyyən edilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaşadığınız ərazi üzrə tibbi-sosial ekspert komissiyasına müraciət etməyiniz məqsədəuyğundur. 
Murabid Soruşur Yazılma Tarixi:08.02.2016 22:14:29

Salam men herbide maxe kimi istemek isteyirem hara muraciyet edim.Yasadixim yerede vayinkomata getdim dediler get harda quluq elemek isteyirsen get ora men getdim castda get vayinkomata denen.indi men hara muraciet edim xais edirem mene komeklik edesiniz Tel.0557096535

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Elnur mirzeyev Soruşur Yazılma Tarixi:08.02.2016 21:54:38

Salam. Meni qanunsuz olaraq cixardiblar wexsi isimin arasinda 5 tessekurum olum herbi komisarliqdan meni cagirib bildiriblerki seni uygunsuzluqla azad edibler isden. Men kadirlar reisine zeng edib dedimki wikayet ediceyik bu barede bas prokurolluga dediki hec yere getmeyin sizi isle temin edeceyik tek deyilem mennen bawqa 23 herbicide var. Hec bir tohmetim olmaya olmayya cixardiblar. Hara ve kime wikayet edek cox xahis smsimi cavablandirin mumkunduse eyer. Hetda bizi iwden cixardanda rawot pulu ve 13 14 emmek haqqinida vurmadilar.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan yuxarı inzibati orqana və ya məhkəməyə şikayət vermək hüququna malikdirlər. Qeyd olunan məsələ ilə əlaqədar olaraq həqiqi hərbi xidmətdə olduğunuz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897