Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Hüseyin gulaliyev Soruşur Yazılma Tarixi:12.02.2016 15:05:57

Men herbi xidmetimi basa vurmusam .ve yeniden mudetden artiq xidmet etmek isteyirem ama hardan baslamaq hara getmek lazimdi bilmirem xais edirem meni yonlendiresiz

 Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Orxan Cebrayilov Soruşur Yazılma Tarixi:12.02.2016 13:57:25

Men Cebrayilov Orxan Huseyn oglu 13 06 1987- ci ilde Qobustan rayonun Bedelli kendinde anadan olmusam 1994-ci ilde Qobustan rayon Bedelli kend orta mektebinin 1-ci sinifine daxil olmusam 2005-ci ilde hemin mektebin 11-ci sinifini bitirmisem 2005-ci ilde herbi xidmete getmisem 2007-ci ilde herbi xidmeti bilirmisem ehtiyyata buraxilmisam xidmeti.Serhed qosunlarinda olmusam.2011-ci ilde Serhed qosunlarinda bas -cavus herbi rutbesinde xidmete baslamisam 2015-ci ilde muqavile muddeti basa catdigina gore qanunu sekilde texris olmusam.Mudafiye Nazirliyinde xidmet ede bierem hara muraciyyet edim elaq nomresi 0515766222

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Vüqar Orucov Soruşur Yazılma Tarixi:12.02.2016 12:43:22

Salam. Sizdə işə qəbul prosesi necə aparılır və hal-hazırda işə qəbul üçün müarciət etmək mümkündürmü?

Müraciətinizlə əlaqədar bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Abbasov mahir Soruşur Yazılma Tarixi:12.02.2016 08:32:57

Salam men Abbasov Mahir Famil oqlu 15_05_1995anadan olmuwam Agcebedi rayonda yawayiramm FHN Hallar nazirliyinde hərbi xidmətə olmuwam xidmət müddəti noqsana yol vermemiwem indi herbici qurtardiqim bir ilden artiqdi indi yeniden herbide xidnet etmek isteyirem xahiş mene bir köməklik göstərir nomurem0507330923

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Cavid Rzayev Soruşur Yazılma Tarixi:12.02.2016 05:55:25

Salam , xidmetde ola ola necenci ayindan baslayaraq gizirlik kursuna yazilmaq olar ve nece ? Birde atestat lazim olur?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etdiyiniz hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
Əhmədov Süleyman Soruşur Yazılma Tarixi:12.02.2016 03:00:22

Salam.Mənim bu ilin aprel ayının 28də 18 yaşım tamam olur.Mən yenidən universitetə hazırlaşıram.İmtahan may ayındadır.İmtahana görə sənəd qəbulunda qeydiyyatdan keçəcəm.Ərizə qəbulu aprel ayının əvvələrinə təsadüf etdiyindən ərizə ala biləcəm.Həmin ərizəni təsdiq edilmiş şəkildə hərbi komisarlığa təslim etsəm mənə möhlət hüququ verirlərmi ? Və universitetə sənəd qəbulunda qeydiyyatdan keçmək üçün hərbi komisarlıqdan möhlət hüququ haqqında sənəd istəyir.Mən hərbi komisarlıqdan möhlət hüququ ala bilirəmmi ? Halbuki universitətə sənəd verərəkən mən 17 yaşımda olacam.Xahiş edirəm dəqiq cavablandırasız

Bildiririk ki,  respublikanın ali məktəblərinə qəbul imtahanlarında artıq bir dəfə iştirak etmiş vətəndaşlara hərbi xidmətə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.    
Elmar Soruşur Yazılma Tarixi:11.02.2016 21:07:11

salam mustafayeve elmar menim ad gunum 2016 iyul 28 tamam olur men iyulda gedecem yoxsa oktiyabird??

Bildiririk ki, çağırış ayında 18 yaşı tamam olmuş çağırışçılar həmin gündən etibarən müddətli həqiqi hərbi xidmətə göndərilə bilərlər. Lakin həmin çağırış ayı üçün verilmiş tapşırıq yerinə yetirilərsə, bu çağırışçılar növbəti çağırış zamanı müddətli həqiqi hərbi xidmətə göndərilirlər.
Lala Soruşur Yazılma Tarixi:11.02.2016 21:04:34

Mən herbiye könüllü sənəd vermək isteyirəm. Bakı Sənaye Pedoqoji Kollecin bitirmişəm. Bu mümkündümü ve hara müraciyət edə bilerem.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Xəyal Əliyev Soruşur Yazılma Tarixi:11.02.2016 20:33:08

Salam.Mən Əliyev Xəyal Vahid oglu xahiş edirem sualima cavab yazin.Mən qanimi yoxladdim qanimda heç bir şey çıxmadi.Mən nə edim ki aprel çaqirişinda əsgərə gedim.

Siz, sağlam hesab edildiyiniz barədə tibbi sənədləri hərbi qeydiyyatda olduğunuz Xidmətin Cəbrayıl rayon bölməsinə təqdim etməliziniz.
Sənan Esgerov Soruşur Yazılma Tarixi:11.02.2016 17:12:56

Xahiş edirəm sualıma cvb yazin size yazmiwam 2 a made soyle hərbi bilet almışam ucotdan silinmiş əm Tovuz rayonunda qeydiyyatda yam 2008 cil ildən getməmişəm Əsgərliyə indi gedə bileremi 1987 ci ildə dogulmusam

Nəzərinizə çatdırıram ki, Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız” sayılan vətəndaşların təkrar şəhadətləndirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq vətəndaşların təkrar tibbi şəhadətləndirilməsi, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyi barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Cədvəldə sətir sayı :14897