Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
sadiq nuriyev Soruşur Yazılma Tarixi:14.02.2016 15:39:50

salam men bilmek isdeyirem ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətine qebul olmq ucun yalniz ali tehsil olmalidir? yoxsa texnikomda oxuyanda qebul ola biler sertleri bilmek isdeyirem cunku men girirem ki isle elaqeli kuraciyyet yollayam goruremki ali tehsil isdeyir ve diplomun suretin isdeyir menim diplomum yoxdur heleki almamisam men isleye bilmerem bele cixir?

Bir daha nəzərinizə çatdırırıq ki, təhsilinizi bitirdikdən sonra Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla əlaqədar özünüz barədə ətraflı məlumat verilməklə, ərizə ilə müraciət etməyiniz tövsiyə olunur. Ərizə ilə müraciət etdikdən sonra namizədliyinizə baxıla bilər.
İsalı Mirhadı Soruşur Yazılma Tarixi:14.02.2016 13:01:05

Aprel ayında hərbi xidmətə çağrılan çağırışçılar tibbi komisiyadan nə vaxt keçəcəklər?

Bildiririk ki, Azərbaycan Respublikasında həqiqi hərbi xidmətə çağırış Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ildə 4 dəfə-yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək keçirilir.            Eyni zamanda bildiririk ki, çağırışa hazırlıqla əlaqədar çağırışçıların tibbi şəhadətləndirilməsi və öyrənilməsi tədbirləri həyata keçirilir və çağırışçılar müəyyən olunmuş vaxtlarda rayon çağırış komissiyalarına dəvət olunurlar.
Fizuli Mirzaliyev Soruşur Yazılma Tarixi:14.02.2016 12:32:47

Devlet qulluxcusu olarax bu qurumda nece iw ucun muraciyet ede bilerem onlayn olarax

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Barənizdə ətraflı məlumat verildikdən sonra namizədliyinizə baxıla bilər.
Xezer Azayli Soruşur Yazılma Tarixi:14.02.2016 11:47:21

Herbi xidmete cagiris ilde nece defe olur?

Bildiririk ki, Azərbaycan Respublikasında həqiqi hərbi xidmətə çağırış Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ildə 4 dəfə-yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək keçirilir.
Elvin Əlizadə Soruşur Yazılma Tarixi:14.02.2016 09:57:15

24 yaşım var. hazırda ehtiyyatda olan leytenantam. Mən yenidən ordu sıralarına necə qayıda bilərəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
xeyal qaziyev Soruşur Yazılma Tarixi:14.02.2016 09:02:22

Salam men ali tehsilliyem hal hazirda muellim isleyirem.Men sizin xidmete gizir ve ya zabit kimi qebul ola bilerem? Herbi xidmeti esger kimi kecmisem.

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə gizir qismində həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, hal-hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxılır.
Turan Hesenli Soruşur Yazılma Tarixi:14.02.2016 04:09:50

Salam. Men ali tehsilliyem ve 2015 iyul priziviyem. Bilmek isteyiremki herbi xidmetde leytenant kimi qala bileremmi? Ve bunun üçün ne etmeliyem biraz etraflı ve qısa zamanda cavaba ehtiyacım var en geci 15 fevralda bilmeliyem çünki sora xidmet elediyim N saylı H h e qayıdacam. Önceden teşekkürler

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək         həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etdiyiniz hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
Polad Maxsudov Soruşur Yazılma Tarixi:13.02.2016 23:39:41

Men Naxcivan muellimler institutunda psixologiya 4cu kurs telebesiyem. Zabit kimi xidmet etmek isteyirem. Buna imkan varmi.?? Ve nikadr zabitlik muddeti helede 1il 9aymidir??

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.  Zabit kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Ramil Huseynov Soruşur Yazılma Tarixi:13.02.2016 23:12:26

Size sualim budur ki , men hem Azerbaycan hemcinin Rusiya vetendasiyam. Rusiya Federasiyasinda herbi xidmetde olmusam. Bilmek istiyirem men Azerbaycanda herbi xidmet kecmeliyem yoxsa yox ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  12.9-cu maddəsinə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Turan eldarov Soruşur Yazılma Tarixi:13.02.2016 23:07:28

Seferberlik olacaqmi?

Xidmətin saytına daxil olan müraciətinizlə bağlı bildiririk ki, verdiyiniz sualın cavabı xidməti məlumat xarakteri daşıdığı üçün cavablandırılmır.
Cədvəldə sətir sayı :14897