Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Sarizade Nicat Soruşur Yazılma Tarixi:18.02.2016 15:03:49

Salam men leytenan Sarizade Nicat Fovqelade hallar nazirliyinden 2015 cil ilin aprel ayindan ehtiyata buraxilmisam ve zabit herbi bileti almaq ucun qeydiyyatda olduqum rayonun SHXCDX tinin bolmesine muraciyet etdim ve onlara artiq 10 aydiki gedib gelirem ve mene herbi bilet vermirler men hara oz wikayetimi bildire bilerem zehmet olmasa melumat vererdiz

Bildiririk ki, Xidmətin saytına etdiyiniz müraciətdə barənizdə məlumatlar     (atanızın adı, təvəllüdünüz, harada hərbi qeydiyyatda olduğunuz yer) qeyd edilmədiyi üçün cavablandırılması mümkün deyil. Yuxarıda göstərilən məlumatlar Xidmətin saytına ediləcək təkrar müraciətinizdə qeyd edildiyi təqdirdə barənizdə araşdırma aparılaraq Sizə ətraflı cavab veriləcəkdir.  
cahangir selimov Soruşur Yazılma Tarixi:18.02.2016 11:12:54

Salam . men universitetin 4 cu kursundayam . herbi xidmetde leytinant kimi qalmaq isteyirem . bunun ucun hansi sertler lazimdir ?

Bildiririk ki, leytenant kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Simran Samidov Soruşur Yazılma Tarixi:17.02.2016 22:44:08

Salam. Xaricde maqistratura oxuyanlara möhlet verilir?

Bildiririk ki, mövcud qanunvericilikdə magistraturaya qəbul olunanlara həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərdə tutulmamışdır.
Omur Omurlu Soruşur Yazılma Tarixi:17.02.2016 22:08:56

1998-ci il,dekabr ayiyam.17 yawim tamam olub.pripisnoy almaqa getdik bu hefte,dedilerki,gecikdiyinize gore ceza tetbiq olunur,cerime odeyeceksiz.bu niye beledirki? sual 2-ozel mektebde oxuduquma gore mektebden gondermeyibler vaxtinda,bu sebebden,neye gore valideyne xeber etmeyiblerki ovladinizi getirin filan vaxtda

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 350-ci maddəsinə əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə gəlməməsinə görə xəbərdarlıq edilir və ya otuz manat miqdarında cərimə edilir.  
Rəsul Ələsgərov Soruşur Yazılma Tarixi:17.02.2016 21:35:25

Salam.Mənim 18 yaşım aprelin 19-u tamam olur.Məni hərbi Xidmətə nə zaman çağıracaqlar?Və məni nə zaman tibii yoxlamaya çağıracaqlar?

Bildiririk ki, 19.04.2016-cı il tarixdə 18 yaşınız tamam olduğuna görə 2016-cı ilin aprel çağırışına cəlb ediləcəksiniz. 2016-cı ilin aprel çağırışçıları fevral ayından etibarən tibbi şəhadətləndirilməyə cəlb olunduqları üçün Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Paşa Adıgözəlli Soruşur Yazılma Tarixi:17.02.2016 19:30:45

Salam. Mən Cəmşid Naxcivanski adına herbi liseyə qəbul olmaq istəyirəm. Amma bilmek isteyirem ki, leytenant rütbəsi neçə yaşda verilir?

Qeyd etdiyiniz məsələ ilə bağlı təhsil almaq istədiyiniz hərbi liseyə müraciət etməyniniz tövsiyə olunur. 
subhan murselov Soruşur Yazılma Tarixi:17.02.2016 15:29:25

Salam. 30.04.1998 tevelludlu cagirisci iyul ayinda herbiye yollanir yoxsa aprel ayinda??

Bildiririk ki, çağırış ayında 18 yaşı tamam olmuş çağırışçılar həmin gündən etibarən müddətli həqiqi hərbi xidmətə göndərilə bilərlər. Lakin həmin çağırış ayı üçün verilmiş tapşırıq yerinə yetirilərsə, bu çağırışçılar növbəti çağırış zamanı müddətli həqiqi hərbi xidmətə göndərilirlər.
Fərid Eminli Soruşur Yazılma Tarixi:17.02.2016 14:56:41

Salam mən Ali təhsilliyəm , zabit olmaq istərdim , hərbi xidmətdə olmuşam . Zabit olmaq ucun haraya muraciyyət edə bilərəm ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
memmedov elvin Soruşur Yazılma Tarixi:17.02.2016 14:16:23

Xais edirem sualima cavablandirinm.men 1997 tevelludluyem kecen il 1illik mohlet almisdim bilmek isteyirem men aprelde esgere aparacaqlar? Aprel cagirisina ne vaxt serencam verilecek

Bildiririk ki, Sizə sağlamlıq vəziyyətinizlə əlaqədar olaraq verilmiş möhlət hüququ bitdikdən sonra təkrar tibbi şəhadətləndirilməyə cəlb olunacaqsınız və müayinənin nəticələrinə əsasən barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, 2016-cı ilin aprel çağırışçıları fevral ayından etibarən tibbi şəhadətləndirilməyə cəlb olunurlar.
Muxtar Əhmədov Soruşur Yazılma Tarixi:17.02.2016 11:57:13

Salam.Mənim bir gözüm 0.3 digər gözüm isə 0.2di.Mən hərbi xidmətə yararlı sayılırammı ? Və əsgər gedəcəkmiyəm ?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Cədvəldə sətir sayı :14897