Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Azər Məmmədov Soruşur Yazılma Tarixi:21.02.2016 11:55:31

Salam. Mən 2014 de kollece qebul olmuşam hal hazirda oxuyuram 1997 ci ildənəm. Ne vaxt esger gedirem? Bitirdikden sora yeni hansi ayda??

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.2-ci  maddəsinə əsasən, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara, 21.1.3-cü maddəsinə əsasən isə orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Cavid İsmayilzade Soruşur Yazılma Tarixi:21.02.2016 02:49:59

Salam xahis edirem cavablandirasiniz.men bilmek isteyerdm ki qardasim turkiyede tehsil alib indi diplom tesdiqi ucun musahibe merhelesinde istirak etmelidi tehsil nazirliyi arayis vermekle o gelib musahibeden kecib qayida bilermi?

Bildiririk ki, qardaşınıza təhsilə görə verilmiş möhlət hüququ bitdikdən sonra ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəkdir.
mahir muradzade Soruşur Yazılma Tarixi:21.02.2016 00:11:31

salam bir sual vermek isteyirem men yanvarda gedmeliydim esger soyuqdeyme vardi qaldim indi haçan gedecem aprelde yoxsa iyulda

Sizə sağlamlıq vəziyyətinizlə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra tibbi şəhadətləndirilməyə cəlb olunacaqsınız və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.   
Azada Aliyeva Soruşur Yazılma Tarixi:20.02.2016 22:58:37

Hər vaxtınız xeyirli olsun. Bilmək istərdim ki, Milli Aviasiya Akademiyası tələbələri hərbi xidmətə çağırılır? Pilot ixtisası almış tələbələr öz ixtisasları üzrə hərbi aeroportlarda xidmət keçirilməsi nəzərə alınır və bunu üçün şərait yaradılır? Yaradılırsa hara müraciət etmək lazımdır. Əvvəlcədən minnətdaram.

Bildiririk ki, Milli Aviasiya Akademiyasının məzunları müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb edilirlər.  Eyni zamanda nəzərinizə çatdırırıq ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölündüyü üçün qeyd etdiyiniz məsələ ilə əlaqədar müddətli həqiqi hərbi xidmət keçmək üçün çağırışçının təyin olunacağı qoşun növünün komandanlığına müraciət edə bilərsiniz.  
İlqar Tağıyev Soruşur Yazılma Tarixi:20.02.2016 22:52:56

Salam.Mən hal-hazirda oxuduğum universitetde təhsilimi dondurmaq istəyirəm.Bilmək istərdim ki təhsilimi dondursam hərbi xitmətə nə vaxt cağırılacam ?

“Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Bildiririk ki, Siz oxuduğunuz təhsil müəssisəsindən xaric olunmanız barədə sənəd və təhsilinizi davam etdirməkdən imtina edərək hərbi xidmətə göndərilməyinizə dair notarial qaydada təsdiq olunmuş ərizəni Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etdikdən sonra həqiqi hərbi xidmətə çağırışa cəlb edilə bilərsiniz.   
zabil quliyev Soruşur Yazılma Tarixi:20.02.2016 22:01:12

Menim avqus ayinin ucunde 18 yasim tamam olacag meni hansi ay cagiracaglar esgere ve men esgerde snayper olmag isteyirem ne etmey lazimdi

Bildiririk ki,  Sizin 03.08.2016-cı il tarixdə 18 yaşınız tamam olduğuna görə 2016-cı ilin oktyabr çağırışı zamanı ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz. Eyni zamanda nəzrinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı ildə xüsusi hərbi ixtisaslar üzrə hazırlığa dair verilmiş sərəncamında snayper ixtisası üzrə mütəxəssislərin hazırlığı nəzərdə tutulmadığından cari ildə bu ixtisas üzrə kursların təşkili planlaşdırılmamışdır.
Əhmədli Orxan Soruşur Yazılma Tarixi:20.02.2016 16:37:09

Salam 21 yasim var 2013 -cu ilde Daxili Qosunlarin komendnt boluyunde xidmet etmisem indide Dovlet Serhede iMuddetden artiq xidmet etmek isteyirem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət etməlisiniz.
Ümid Hesenov Soruşur Yazılma Tarixi:20.02.2016 14:32:36

Salam men 2014 ci ilde herbi xidmeten qayitmisam indi orduda gizirkimi xidmet etmey isdeyirem defelerle rayon herbi komisarligna muraciyet etmiwem bu barede mene komekliy olunmur Xaiw edirem komek ederdiz neynim men

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli,         azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər    (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Vusal Memmedov Soruşur Yazılma Tarixi:20.02.2016 14:28:29

Salam men herbi xidmeti 2011 ci ilde basa vurmusam naxcivan mr da xidmet etmism ozumde post esgeri olmusam indi ise konullu olaraq maxe islemek isteyirem ama pazisyada bunun ucun hara muraciet etmeleliyem indidem tesekkur edirem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına və ya hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
seymur aliyev Soruşur Yazılma Tarixi:20.02.2016 14:19:50

Salam....evde tek usaq olan ve tek anasi olan vetendaslar herbi xidmete cagrilirmi yoxsa yox...???

Bildiririk ki, ailənin tək övladlarının həqiqi hərbi xidmətə çağırışdan azad edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Cədvəldə sətir sayı :14897