Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
eltun sohleyev Soruşur Yazılma Tarixi:19.02.2016 16:13:48

salam men 2014 iyun ayinin 10 da herbi xitmete getmishem ve men kollecde oxuyudugum mudetden sonra yeni xitmete getdiyim gunen dondurulmamis,ve men 2016 di gelenen bir ay sonra kollece gelmiwem ve xaric olunma yazilib mene xaish edirem bu haqda mene komeklik edersiz

“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin beşinci hissəsinə əsasən, təhsil müəssisələrində oxuyarkən həqiqi hərbi xidmətə çağırılmış şəxslərin ehtiyata buraxılanda həqiqi hərbi xidmətə çağırılanadək oxuduqları həmin təhsil müəssisəsinə və həmin kursa bərpa olunmaq hüququ saxlanılır.
Penahli Penah Soruşur Yazılma Tarixi:19.02.2016 13:36:53

salam men 2013 cu il oktyabr aynida heqiqi herbi xidmete cagiribla yasti pence olduqumcun meni bakiya muayineye gonderibler cavab gelenden sonra meni herbi xidmete aparmayiblar bilmek isteyirem ki, men konullu herbi xidmete getmekcun ne etmeliyem

Bildiririk ki “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.  
Suleyman ibrahimxelilli Soruşur Yazılma Tarixi:19.02.2016 13:11:30

Salam menim 15 yasm var mart ayinda 16 olur men qubadli rayonu qeydiyatdayam amma xetaide yawayiram indi bilmek isteyremki me vaynkomata kecmeye getdikde hansi senedleri aparmaliyam?

Bildiririk ki, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər: 1. doğum haqqında şəhadətnamənin surəti;         2. ailə tərkibi haqqında arayış; 3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün); 4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış; 5. tərcümeyi-hal; 6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.
seymur abdullayev Soruşur Yazılma Tarixi:19.02.2016 09:26:51

6 ci gun is gunudu vayankumatlarda aciq olur?

Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində həftənin şənbə günü günün nizam qaydaları 09:00-dan 14:00-dək müəyyənləşdirilmişdir.
Arif Aliyev Soruşur Yazılma Tarixi:18.02.2016 21:49:12

Salam Azerbaycan herbi hava quvvelerine qebul olmaq ucun neler lazimdir?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və ya HHM və HHQ-nin komandanlığına müraciət etməlisiniz.
Qurban Soruşur Yazılma Tarixi:18.02.2016 21:15:31

salam. ilk öncə verilən sualları cavablandırdığınız üçün sizə öz minnətdarlığımı bildirirəm. Mən 2014-cü ilin avqust ayından 2016-cı ilin fevral ayına kimi DSX- də N saylı hərbi hissədə 1,5 ( 18 ay) illik müqavilə ilə zabit kimi fəaliyyət göstərmişəm.Hal hazırda müqaviləmin müddəti bitib.Artıq öz xidmətimi SHXÇDX - da davam etdirmək istəyirəm.bunun üçün nə etməliyəm?hansı sənədləri toplamalıyam? zəhmət olmasa bu prosedur haqqında mənə ətraflı məlumat verəsiniz.

Bildiririk ki, Sizin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Ehsen mirzeyev Soruşur Yazılma Tarixi:18.02.2016 20:03:42

Salam menim buroxlarimda soyugdeyme olduguuna gore niqodnu oldum yeni herbi xidmete olmamisam ama indi heqqiqeten herbi xidmete olmag istiyirem bogazimda ki pirablemler yoxa cixib tam saglamam isteyirem xidmet edem

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Zamiq Mirzeyev Soruşur Yazılma Tarixi:18.02.2016 19:15:17

Salam bilmek isteyirem ki, Masallí Rayonunun Xallícallí kendinde bir aylenin üç üzvü Abdullayev Şamxal Ramiz oğlu Abdullayev Behruz Ramiz oğlu Dayísí oğlu Quliyev Yağub Telman oğlu tam sağlam olduqlarí halda xestelik senedleri düzelderek xidmetden yayínírlar Abdullayev Behruz Ramiz oğlu Rusiyada yaşadíğí halda Masallí Rayonunun herbi hekim komisiyasíndan keçir ve xeste bilinir bu nece mümkün ola biler dünyanín bu vaxtínda bu qeder saxtakarlíq olarmí xahiş edirem cavab yazín

Xidmətin saytına daxil olan müraciətinizlə əlaqədar bildiririk ki, Abdullayev Şamxal Ramiz oğlu, Abdullayev Bəhruz Ramiz oğlu və Quliyev Yaqub Telman oğlu barələrində araşdırma aparılmış və qanunamüvafiq tədbirlər həyata keçirilmişdir.
Huseynaga Muradov Soruşur Yazılma Tarixi:18.02.2016 16:21:15

Azerbaycan Memarliq ve inwaat universitetin 3 kursda qiyabi tehsil aliram .atam vefat edib anam 2 qrup pensiya elilidir.men bilmek isteyirem ki,hal hazirda ordu siralairnda xidmet ede bilerem ve qutarinca mene zabit rutbesi verilecekmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinin tələblərinə əsasən, həqiqi hərbi xidmətə çağırışdan ailə vəziyyətinə görə möhlət himayəsində başqa övladı olmayan 1-ci qrup əlil ata, yaxud ana olan çağırışçılara verilir. Zabit kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
elvin xasiyev Soruşur Yazılma Tarixi:18.02.2016 15:40:16

salam xayis edrem sualmi cvb landrasiz menim herbi bilete A3 qerarna uyqun herbi xidmete yarali yazlib ozum edilliye nazirliynde zidmet etmisem 6ay posda cxmisam 12ay edilliye nazrliyinin muhafize alaynin komandri terefden 15boluyun kinoluq vezfesne teyin olmusam men bilmek isdeyremki bu A3 qerarna herbi xidmete yarali olan xidmeti basa vurmus vetendaslar gizirlik kursuna gedebilermi ve A3 qerari gizrlik kursna manecliyi varmi cox xayis cvb landrasiz sualmi tsk

Bildiririk ki, Xidmətin saytına etdiyiniz müraciətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin Xəstəliklər cədvəlinin hansı maddəsinə əsasən hərbi xidmətə yararlı (3-cü məhdudiyyət dərəcəsi ilə) olmağınız qeyd edilmədiyi üçün cavablandırılması mümkün deyil. Yuxarıda göstərilən məlumat Xidmətin saytına ediləcək təkrar müraciətinizdə qeyd edildiyi təqdirdə barənizdə araşdırma aparılaraq Sizə ətraflı cavab veriləcəkdir.  
Cədvəldə sətir sayı :14897