Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elvin Bayramov Soruşur Yazılma Tarixi:22.02.2016 19:28:46

salam ayaq alti 3cu dereceli olanlar herbi xidmete yararlidir?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən: III dərəcə yastıayaqlılıqda (boylama içəri tağın bucağı 155 dərəcədən çoxdur, tağın hündürlüyü 17 mm -dən azdır) çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Rzayeva Xeyale Soruşur Yazılma Tarixi:22.02.2016 16:22:37

Konullu olaraq herbi xidmetde qulluq etmek ucun hara muraciet etmeliyem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Natiq Nifteliyev Soruşur Yazılma Tarixi:22.02.2016 03:22:04

Salam men herbici olmaq isteyirem muddetden artiq xidmet eden.Bir cox herbi hisselere muraciet etmisem her defe eyni cavabla qarsilasmisam yigim baslamayib deyirler bir ilden coxduki men bu yigimi gozleyirem mene komeklik gostere bilersiz men ne edim gozleyim hele ? Ozum idmanciyam qaydasiz doyus uzre 2013-2014 cu illerde Azerbaycan cempionu olmusam boyum 1.80 sm cekim 80 kq dir mene ele gelirki herbiye yararliyam xais edirem mene komeklik gosterin

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Salam Soruşur Yazılma Tarixi:21.02.2016 22:55:12

Salam menim belimde agrilar var birde nevrozam men esgerliye gede bilerem??

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
şemilli yusif Soruşur Yazılma Tarixi:21.02.2016 21:35:21

Salam menim gozumun biri zeyif gorur mene esgere apara bilerler konullu yazsam

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
quliyev sebuhi fexreddin oglu Soruşur Yazılma Tarixi:21.02.2016 20:46:37

salam.hormetli arzu rehimov.goycay rayon wahsoltanli kend sakinleri zulfiqarov elisa ve ebilfez qudret oglanlarinin saglam ola ola herbi xidmetden yayinmasi barede size melumat vermiwem.hemen bu gencleride menim muracietimden sonra novbedenkenar tibbi muayineye adlarini qeyd etmiwdiler.onuda qeyd etmiwdimki hormetli general ebulfez daglarda tankdan boyuk traktor idare edirse yeqinki murovda tankda sure bileceyin size qeyd etmiwdim.fakt olaraq.mende olan melumata gore bu genclerin atasini qudreti sizin rayon numayendeniz cagirib oglanlarinin novbedebkenar kamisiyadan kecmesini bildiren zaman qudretin onlara cavabi bele olmuwdur,iki uwagi qutarmaq ucun size bu meblegi vermiwem arxasindada dayanin.eger bildiribki menim uwaqlari kamisiyaya getse men sizden wikayet edecem deyerek sizin numayendenizin otagindan cixib.indi xaiw edirem onun uwaqlarinin ne zaman kamisiyadan kecirileceyi barede wikayetci olaraq,cenab prezdentimizin apardigi siyasetde komekci olaraq xaiw edirem mene bildirin

Məlumat üçün nəzərinizə çatdırırıq ki,  daxil olmuş müraciətinizlə əlaqədar aidiyyəti üzrə araşdırma aparılmış və adları göstərilən vətəndaşlar barədə qanunamüvafiq tədbirlər görülmüşdür.
Kərimov Kərim Soruşur Yazılma Tarixi:21.02.2016 16:15:18

Salam. Mən SHXÇDX-ə işlə bağlı necə müraciət edə bilərəm?

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Neo Kapin Soruşur Yazılma Tarixi:21.02.2016 15:12:47

Əgər 18 yaşdan yuxarıda olan şəxs Hərb Xidməti keçməyibsə (məsəl üçün yararsızdısa) . Həmin şəxs GREENCARD udubsa , yaxud başqa ölkəyə gedirsə , yaxud başqa ölkəyə gedib orada həmişəlik yaşamaq fikirindədirsə - qabaqcadan bu baradə SİZƏ necə ,kimə və hara müraciət etməlidir ?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsinə əsasən, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən 10 gün müddətində hərbi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə məlumat verməlidirlər.
Elman Mustafayev Soruşur Yazılma Tarixi:21.02.2016 14:16:40

Salam Sabirabad Rayon Herbi Seferberlik ve Cagris Uzre Idare Bolmesinin Elaqe Nomresi Necedi ?

Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi, Sabirabad şəhəri, Füzuli küçəsi 9 ünvanında yerləşir, əlaqə nömrəsi: (021) 235-70-74
Babayev Şamo Soruşur Yazılma Tarixi:21.02.2016 13:47:29

Salam. Mən universiteti bitirib maqistr səviyyəsi üzrə xaricdə təhsil almağı planlayıram. Bunun üçün hərbi xidmətdən möhlət hüququ ala bilərəmmi?

Bildiririk ki, mövcud qanunvericilikdə magistraturaya qəbul olunanlara həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərdə tutulmamışdır.
Cədvəldə sətir sayı :14897