Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Hüseyn Eliyev Soruşur Yazılma Tarixi:25.02.2016 23:11:38

Salam aleykum,talasemiya dasiyicilari,herbi xidmete yararlidirmi ?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 11-ci maddəsinin “a” bəndinin I qrafasına əsasən: talassemiya xəstəliyi olan çağırışçılar “Həm dinc dövrdə hərbi xidmətə yararsız, həm müharibə dövründə hərbi xidmətə yararsızdır”  hesab edilirlər.
elman qehramanov Soruşur Yazılma Tarixi:25.02.2016 22:05:34

SAlam Men havva hucumdan mudafiyede herbi xidmetde olmuşam.ora nece gizir kimi xidmet ede bilerem.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli,         azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər    (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və ya HHM və HHQ-nin komandanlığına müraciət etməlisiniz.
Qaranizade Zamir Soruşur Yazılma Tarixi:25.02.2016 12:51:01

Salam.Men 2007-2009 -cu illerde herbi xidmetde olmusham.hal hazirda 26 yashim var.kicik cavush rutbesinnen texris olunmusham.men yeniden muddetden artiq xidmet etmek ucun muraciet ede bilerem,ve ya muraciet qaydalari necedir ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.  
isgender velizade Soruşur Yazılma Tarixi:24.02.2016 21:58:02

Salam . Hal hazirda Universitet telebesiyem(3 cu kurs). xarici pasport duzeltdirmek isteyirem ve Gence regional baw pasport idaresine muraciet etdim . herbi komisarliqdan mohlet verilmesi haqqinda arayiw lazm oldu. Ozum Beyleqan qeydiyyatindayam. arayiwi almaq ucun herbi komisarliga getmeyim vacibdi ??. kimse alib gondere biler ?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz Beyləqan rayon şöbəsinə şəxsən müraciət etməyiniz tövsiyə olunur.
Elman Mustafayev Soruşur Yazılma Tarixi:24.02.2016 20:12:09

Salam Men Heyder Eliyev Adına Ali Herbi Mektebine Daxil Olmaq isteyirem Hara Müraciyyat Ede Bilerem ?

Qeyd etdiyiniz məsələ ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət etməyinizi tövsiyə edirik.
Resul Elesgerov Soruşur Yazılma Tarixi:24.02.2016 19:37:33

Salam,Menim aprelin 19u 18yaşım tamam olur.Meni ne zaman Herbi Xidmete cağıracaqlar?Tibbi yoxlanışa ne zaman çağıracaqlar?Ve Ayağının altı düz olan şexsleri Esgerliye aparırlarmı?

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Elşən Əsgərli Soruşur Yazılma Tarixi:24.02.2016 18:54:17

Salam.Mən Xəstəliklə bağlı Hərbi xidmətdə olmamışam. Hal-hazırda xidmətə yararlıyam.Mənim 21 yaşım var.Mən bilmək istəyirəmki, Maxe və ya Gizir olmaq üçün nə etməli və hara müraciət etməliyəm?Hansı sənədlər lazımdır?Sizdən artıq dərəcədə xahiş edirəm bütün şərtləri mənə izahlı formada yazasınız.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Mövcud qanunvericiliyin tələblərinə əsasən müddətdən artıq həqiqi hərbi xidmətə, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular və ya azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar daxil ola bilərlər.
Nüsrət Ismayilov Soruşur Yazılma Tarixi:24.02.2016 18:50:50

Salam men size Yevlax seherinden yaziram Men 01.04.13 cu ilde Gence seherinde diz qapagindan emeliyat olmusam. Ve 2014 cu ilin iyul ayinda herbi xidmete cagirdilar, yoxlanisdan kecdikden sonra mene cagiris vereqesi verdiler . Cagiris verqesinde 21.07.14 cu il tarixinde herbi xidmete gedecekdim herbi xidmete getmeyime 4 gun qalmis meni cagirdilar vayinkamata getdim mene gonderis yazdilar Bakiya tramatologiyaya yoxlanisa yoxlanisa gedib geldim bir muddet mene xeber gelmedi . Sonra bir gun yene cagirib Bakiya yoxlanisa gedeceyimi dediler yene gedib geldim . Sonra mene heebi xidmete yararsiz oldugumu dediler lakin herbi biletimi ala bilmirem . Her cagirisda cagirirlar her defesindede yararsiz oldugumu deyirler . Men nece edim herbi biletimi alim

Siz 2014-cü ilin iyul çağırışına hazırlıq zamanı Xidmətin Yevlax rayon şöbəsində tibbi şəhadətləndirilmiş və sağlamlıq vəziyyətinizlə əlaqədar ET Travmatologiya və Ortopediya İnstitutuna əlavə müayinəyə göndərilmisiniz. İnstitutdan daxil olmuş müayinə aktına əsasən  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli, 59 №-li Qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 86-cı maddəsi ilə altı ay müddətinə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilmisiniz. Möhlət müddətiniz bitdikdən sonra 2015-ci ilin oktyabr çağırışına cəlb olunmuş və adı qeyd olunan tibb müəssisəsinə təkrar müayinəyə göndərilmisiniz. Barənizdə verilmiş ilkin qərar öz qüvvəsini saxladığı üçün yenidən altı ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilmisiniz. Siz 2016-cı ilin aprel çağırışına cəlb olunaraq tibb müəssisəsinə təkrar müayinəyə göndərilmisiniz. Müayinənin nəticələri məlum olduqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Fəgan Soruşur Yazılma Tarixi:24.02.2016 16:31:31

Salam. Sizə 2 sualım var. Qanunvericiliyə uyğun olaraq əsaslı şəkildə cavablandırsanız minnətdar olaram. 1) Öd kisəsində müxtəlif ölçülərdə (4-8mm) daşlar olan şəxs hərbi xidmətə yararlı hesab olunurmu? 2) Hərbi xidmətə yararlı olmayan şəxsi xidmətə yararlıymış kimi hərbi xidmətə cəlb etməyə cəhd edən aidiyyəti və ya vəzifəli şəxslər üçün hər hansı bir cinayət məsuliyyəti nəzərdə tutulubmu? Zəhmət olmasa ətraflı cavablandırın. Əvvəlcədən öz təşəkkürümü bildirirəm.

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən: öd kisəsinin tək-tək daşları (4-8 mm) xəstəliyi olan çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.

2. Hər hansı bir vəzifəli şəxs tərəfindən sizə qarşı edilmiş qanunsez hərəkət və ya hərəkətsizlikdən aidiyy\ti üzrə hüquq-mühafizə orqanlarına müraciət etməyiniz tövsiyə olunur.

Anar Abbasov Soruşur Yazılma Tarixi:24.02.2016 16:02:14

Salam.SHXÇDX-yə işə qəbulla bağlı göndərilmiş elektron müraciətə işə qəbul olub olunmamağı haqqında dəqiq cavab neçə gun ərzində verilir?

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazırlığı idarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
Cədvəldə sətir sayı :14897