Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Yaqub Eliyev Soruşur Yazılma Tarixi:26.02.2016 20:25:46

salam men (uzr isteyirem ifademe gore) qirijadan emeliyyat olunmusam naxcivan herbi liseye vere bilerem

Yırtıq olduqda “Xəstəliklər cədvəli”nin I-III qrafaları üzrə şəhadətləndirilənlərə cərrahi müalicə təklif olunur. Uğurlu müalicədən sonra onlar hərbi xidmətə yararlıdırlar. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nə əsasən ştat üzrə “zabit” hərbi rütbəsi nəzərdə tutulmuş vəzifələrə hərbi xidmətə könüllü daxil olan və çağırış üzrə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara sağlamlıq vəziyyətinə dair tələblər fərqlidir.
Ilkin Eliyev Soruşur Yazılma Tarixi:26.02.2016 18:57:46

Salam.Men muddetden artiq xidmet etmek isdeyirem.Men Fuzulin Milli Orduda N sayli herbi hissenin N sayli postunda xidmet etmisem.Indi Serhed Qosunlarinda muddetden artiq xidmet etmek isdeyirem.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət etməlisiniz.
Kamil Quliyev Soruşur Yazılma Tarixi:26.02.2016 18:46:16

salam Quliyev Kamil İbrahim oğlu 25 fevral 2016 ci ildə səfərbərlik xidmətinə qəbul olmaq uçun test imtahanında iştirak etmişəm. imtahanın nəticəsi haqqında məlumat verərdiz

Nəzərinizə çatdırırıq ki, 25.02.2016-cı il tarixdə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, Sizin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Cavid Məmmədov Soruşur Yazılma Tarixi:26.02.2016 17:44:41

salam mən Turablı Abas Rasim oğlu Lənkəran rayon Hərbi Komissarlığı tərəfindən Xidmətin Mərkəzi həkim kommissiyasına şəxsi işimlə birgə göndərildim (City Hospital) və komissiyadan keçdim ama nəticə barəsində mənə heç bir məlumat vermədilər. Sizdən xahişim mənim nəticələrimi yararlı və ya yararsız olmağım haqqında araşdırma aparıb mənə məlumat verərdiz zəhmət olmasa. Öncədən təşəkkür edirəm

Məlum olmuşdur ki, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
Sahil Dadaşov Soruşur Yazılma Tarixi:26.02.2016 16:39:09

9 illik shehadetname ile kollece daxil olmusham hal hazirda 20 yashim var ve ailede tek oglan ushagiyam, valideynlerimden biri yoxdur. bilmek isterdim mohlet huququ verilir yoxsa cagirish geldikden sonra esgerliye getmeliyem. Bundan elave 17 yashimda 9 illikden qebul olub oxumushamsa bu mohlet verilmish sayilir?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.2-ci  maddəsinə əsasən, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət 20 yaşınadək verilir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, mövcud qanunvericilikdə ailənin tək övladı olan və ya valideynini itirmiş çağırışçılara hər hansı güzəştin şamil edilməsi nəzərdə tutulmamışdır.
Perviz Meherremov Soruşur Yazılma Tarixi:26.02.2016 15:50:58

Salam Meherremov Perviz Elburus oqlu Aqdas Rayonunda anadan olmusam Naxcivanda xidmatda olmusam könülü Herbi xidmata qabul olmaq isdayiram xayis ediram kömaklik edesiniz 0514323660 xayis ediram mana malumat veresiniz

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
isgender velizade Soruşur Yazılma Tarixi:26.02.2016 15:50:16

hala hazirda telebeyem (3 cu kurs). xarici pasport duzeltdirmey istiyirem ve mohlet huququ teleb olunur. mohlet huqunu hardan almali ve hansi sendler teleb olunur?

Bildiririk ki, Siz 3-cü kurs tələbəsi olduğunuza görə artıq müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququna maliksiniz və xarici pasport almaq üçün aidiyyəti üzrə müraciət edə bilərsiniz.
Mahir İsmayilov Soruşur Yazılma Tarixi:26.02.2016 13:07:07

Salam. Menim Qardasim 1991 ci il.tevelluddu. onu herbi xidmete cagirildigi zaman İlk once sag qolunda birinci dereceli yaniq olub. ayaqinin alti ise ikinci dereceli diaqnozu ile duz sekilli olduguna gore geri qaytarilib. Lakin her 3 ilden bir komissyadan kecir. Men bilmek isteyiremki Bu insanin ayaginin alti ikinci dereceli duz cixdiqda onu herbi xidmete apara bilerler ya yox

Ayağın orta hissəsi oynaqlarının II mərhələ deformasiyaedici osteoartrozu olmadıqda çağırışçılar II dərəcəli yastıayaqlılıqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər.
Rizvan Haqverdiyev Soruşur Yazılma Tarixi:26.02.2016 00:01:33

Salam Ali tehsil aldigdan sonra herbi xidmete zabit kimi getdiyde herbi xidmet muddeti ne qeder olur?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən, dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə aşağıdakı kimi müəyyənləşdiri­lir: 38.1.5. zabitlər üçün – ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar - 1 il 6 ay. Bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər.
Rufet Seferov Soruşur Yazılma Tarixi:25.02.2016 23:47:28

Salam.Men Sumqayit Seherinde anadan olmusam herbi xitmet etmisem . Men tezeden Gizir kimi herbiye qayitmaq isteyirrem .Hara muraciet etmeliye.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli,         azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər    (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897