Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nurlan Əsədov Soruşur Yazılma Tarixi:23.02.2016 18:05:12

Salam, mən bir il öncə ailədə tək övlad olduğuma və atamın 1ci qrup müvəqqəti əlil olduğuna görə 1 iyul 2016-cı il tarixinədək möhlət huququ almışam. Lakin 2016cı ilin yanvarında atam 1ci qrup müddətsiz əlillik dərəcəsi almışdır. Buna əsasən bilmək istərdim ki, mən 1 iyul 2016cı il tarixində 35 yaşınadək möhlət huququ ala bilərəm? Və ya yenə 1 illik möhlət huququ alsam təhsil məqsədilə ölkədən çıxa bilərəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinin tələblərinə əsasən, himayəsində başqa övladı olmayan 1-ci qrup əlil ata, yaxud ana olan çağırışçılara həqiqi hərbi xidmətə çağırışdan ailə vəziyyətinə görə möhlət verilir və müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olan vətəndaşlara möhlət hüquqları qüvvədə olan müddətdə sərhədkeçməyə məhdudiyyət qoyulmur.
Sahil Dadashov Soruşur Yazılma Tarixi:23.02.2016 17:13:10

Salam. Men 13.02.1996 tevelludem ve kollecde oxuyuram. Bilmek isterdim ki, xaricde tehsil uchun imtahani aprelde verdikden sonra sentyabr ve ya oktyabr ayina komi mohlet alib qebul olarsam eger universitetden arayish getirib 4 il daaha mohlet ala bilerem?

Bildiririk ki, artıq kollecdə təhsil aldığınıza görə Sizə respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək üçün möhlət verilməsinə qanuni əsas yoxdur. Çünki “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir.
Mehdi Bagirov Soruşur Yazılma Tarixi:23.02.2016 14:09:59

Salam. Men ehtiyyatda olan zabitem. Senedlerimi Seferberlik ve Herbi Xidmete Çağırış üzre dövlet xidmetine göndermişem SHXÇDX-ya xidmete qebulla bağlı oktyabr ayından, amma helede cavab gelmeyib. Bunun üçün men ne etmeliyem?

Bildiririk ki, Sizin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir. Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbulla bağlı internet portalına əvvəllər daxil olmuş müraciətinizə 25.11.2015-ci il tarixli məktubla elektron ünvanınıza eyni məzmunlu cavab verilmişdir.
Orxan Qafarlı Soruşur Yazılma Tarixi:23.02.2016 12:31:47

Salam men 2009-cu ilin oktyabir ayının 2-sində həqiqi hərbi xidmətə caqırılmışam ve orada hekimlerin muayinəsi zamanı məndə hec bir xəstəlik vəya şikəstlik aşkarlanmamışdır.Lakin (Dovlət Sərhət Qoşunlarında) 10-ay qulluq etdikdən sonra isə həkimlərin tibbi muayinəsi zamanı məndə (nalvari ) səkildə boyrək qusuru aşkarlanmışdır ve heqiqi herbi xidmete yararsız vəziyyətdə xidmətdən 26.07.2010 tarixində təxris olunmuşam və xaiş edirəm bu məsələylə baglı araşdırmalar aparasınız,cünki mən hər hansı bir dovlət qulluqu və ya iş üçün hec bir yərdə işə qəbul ola bilmirəm.

Bildiririk ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "ç" bəndinə əsasən, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda sığorta ödənişləri verilir. Əlavə olaraq bildiririk ki, qeyd etdiyiniz digər məsələ ilə əlaqədar işləmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməyiniz tövsiyə olunur.
Huseynov Arif Soruşur Yazılma Tarixi:23.02.2016 12:00:39

Salam.Neçənci dərəcə yastıpəncələrə hərbi xidmətə yararsız olur?

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Nüsrət Ismayilov Soruşur Yazılma Tarixi:23.02.2016 00:45:35

Salam Men bilmek isterdim men 2 il bundan qabaq herbi xidmete gedecekdim, amma ayagimdan emeliyat oldugum ucun, herbi xidmete yararsiz oldugumu soylediler . Defelerlede yoxlanisa getmisem yenede yararsiz oldugumu deyirler . Amma men herbi biletimi helede almamisam . Herbi xidmete yararsiz oldugum halda her cagirisda cagirirlar Men indi ne etmeliyem xais cavab vererdiz

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
İslamov Həzrət Soruşur Yazılma Tarixi:23.02.2016 00:25:34

Salam. Mene aprel ayinin 6-a cagiris vereqi gelib. Ozum 1998 tevelludluyem. Kecen il imtahan verib kesilmisdim. Ona gore bu il yeniden imtahan vermek isteyirem. Men mohlet kagizini hansi mebleg qarsiliginda ala bilerem. Sabirabad rayonunda mene 1200 1500 aras mebleg dediler. Bunun xususi bir rusumu var? Cunki men universtete yeniden imtahan vermke isteyirem.

Nəzərinizə çatdırırıq ki, 23.02.2016-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytına göndərdiyiniz müraciətinizdə əlaqə telefon nömrəsi və ünvanınızı qeyd etməmisiniz.
Verdiyiniz məlumatla əlaqədar araşdırmanın başlanması və dəqiqləşdirilmələr aparılması məqsədi ilə Sizinlə əlaqə saxlanılmasına zərurət yarandığından, ən qısa müddət ərzində əlaqə  telefon nömrəsi və ünvanınız barədə məlumat təqdim etməyiniz tövsiyə olunur.
Xan Huseynov Soruşur Yazılma Tarixi:23.02.2016 00:20:31

Salam men xan huseynov oktay oglu 26.03.1999 men bilmek isteyirem herbi xidmete hacan gelecem tarixi bilmek isteyirem zehmet olmasa

Bildiririk ki, 26.03.2017-ci il tarixdə 18 yaşınız tamam olduğu üçün 2017-ci ilin aprel çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Əzizzadə Əli Soruşur Yazılma Tarixi:22.02.2016 22:23:34

Salam.. Men 1 il yarim bunnan qabag bezi narahatligima gore herbi xidmete yararsiz olmuwam .. Ama bir muddet mualice aldigdan sonra indi konullu herbi xidmege getmek isteyirem bunu erize yazmagnan hell ede bilerem? Bawqa nese parbelem olag bu barede?

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Emin Hesenov Soruşur Yazılma Tarixi:22.02.2016 20:32:10

Qiyabi ali tehsili 1 il yarim saxlaya billerler onu bilmek isderdim mohletdeki xesdeliye gore olub 5il oxudugum mudedetde ona gore aparmayiblar

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə, onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Cədvəldə sətir sayı :14897