Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elnura Agayeva Soruşur Yazılma Tarixi:27.02.2016 15:27:20

Salam men 2004-2010-cu illerde Daxili Qowunlarda mexfi hisside mexfi hisse reisi iwlemiwem aile veziyyetimle elaqedar ehtiyata buraxilmiwam. Indi tezede ordu siralarina daxil olmaq yeni qayitmaq isteyirem rutbem gizirdi ozumde ali tehsilliyem. zabit olmaq isteyirem.mumkunse mene komek edin zehmet olmasa mende hasisa herbi hissede ya nazirlikde iwe duzelim maliyyedede iwleye bilerem onunda senedim var.

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazırlığı İdarəsinə gəlməyiniz təklif olunur (özünüzlə şəxsiyyət vəsiqəsi, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir). Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir.
Elcin Soruşur Yazılma Tarixi:27.02.2016 13:13:53

Salam herbi xidmete duzelmek isteyirem ama hansi herbi hisseye gedirsen deyirler yer yoxdu kume deyek derdimizi

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Hüseynov Elvin Soruşur Yazılma Tarixi:27.02.2016 13:09:11

1 illik peşə təhsili alanlara 1 çağiriş möhlət verilirmi.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.2-ci  maddəsinə əsasən, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Musayeva Günay Arif Soruşur Yazılma Tarixi:27.02.2016 12:26:01

Salam .Men ali tehsilliyem .Milli orduda xidmet etmek isteyirem .32 yaşim var .men bunun üçün hara müraciyet etmeliyem. xahiş edirem meni yönlendiresiz .teşekkür edirem .

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Elçin Abbasov Soruşur Yazılma Tarixi:27.02.2016 12:05:06

Hər vaxtınız xeyir. Azərbaycan sülhməramlı qüvvələri ilə bağlı Sizə sual vermək istəyirdim. Bilmirsiniz, bu qüvvələrə necə qoşulmaq olar? Əsgərliyə getmədən əvvəl, harasa baş vurmaq lazımdır, yoxsa necə? Təşəkkür edirəm

Sülhməramlı Qoşunlar Müdafiə Nazirliyinin tabeliyində olduğu üçün qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Tural mehdiyev Soruşur Yazılma Tarixi:27.02.2016 11:25:55

Salam.men bilmeyy isterdimki 2016 apel ayinda texris olanlarin serencami ne vaxt cixir ve onlar ayin necesi buraxilacaqlar

Bildiririk ki, xidmət müddətləri başa çatmış müddətli həqiqi hərbi xidmət qulluqçuları Azərbaycan Respublikasının Prezidentinin müvafiq aktı əsasında ehtiyata yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək buraxılırlar.
elvin xasiyev Soruşur Yazılma Tarixi:27.02.2016 10:32:42

salam men gizirik kursna gedecem bilmek isdeyrem ki men ediliye nazrliynde xidmet etmisem10.10.2015tarxnde ehtiyata buraxlmisam ve 6ay posta cxmisam sonra ise ediliye nazrliynin muhafize alaynin komandri terefnden 15boluyun kinoluq vezfesene teyin edlmisem 12ay kinoluq vezfesnde xidmet etmisem ve bilmek isdeyremki 3-66c A-3 xidmete yarali yazlib herbi bilete bu menin gizrlik kursma nese maneclik edrmi ya yoxmu xayis edrem sualmi cvb siz tsk

Bildiririk ki, “Gizir hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi, kurslara qəbulun qayda və şərtləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
azizaga resulov Soruşur Yazılma Tarixi:27.02.2016 05:49:00

menim nevem var.nevemin haqqinda sorusuram xahis edirem sualimin cavabin yazin.yazmadiginiz teqdirde sikayar edeceyem .menim nevemin 18 yasi tamam olub.amma bir nece problemi var bu usagin.amma qulaq asan yoxdu.ozbasinaliqdi.nevemin ayaqinda problem var hundur yerden yixildigi ucun ayaginda agrilar var yalniz keyidici vurandan sonra birteher geze bilir.bundan basqa sag gozu zeif oldugu ucun derman tokur hekim meslehetile.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə vətəndaşın adı, soyadı, atasının adı, təvəllüdü və qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
İbrahim Muradov Soruşur Yazılma Tarixi:27.02.2016 00:56:23

Salam. Hərbi xidmətə gedən vətəndaşın görmə qabiliyyəti hansı faiz aralığında olmalıdır?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Behmen Qehremanli Soruşur Yazılma Tarixi:26.02.2016 20:55:05

iyul ayinin 28i 18 yas tamam olur hansi cagrisa dusurem iyul yoxsa oktyabr?

Bildiririk ki, çağırış ayında 18 yaşı tamam olmuş çağırışçılar həmin gündən etibarən müddətli həqiqi hərbi xidmətə göndərilə bilərlər. Lakin həmin çağırış ayı üçün verilmiş tapşırıq yerinə yetirilərsə, bu çağırışçılar növbəti çağırış zamanı müddətli həqiqi hərbi xidmətə göndərilirlər.
Cədvəldə sətir sayı :14897