Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Samir Haciyev Soruşur Yazılma Tarixi:02.03.2016 14:39:12

Salam menim 29 yaşım var ali tehsilliyem leytinant kimi xidmete gede bileremmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Tural Məlikli Soruşur Yazılma Tarixi:02.03.2016 11:30:31

Salam, mən N saylı hərbi hissədə xidmət edirəm. Xaricdə təhsil almışam, diplomum təhsil nazirliyi tərəfindən təsdiqlənib və mənə ali təhsil aldığım barədə şəhadətnamə verilib. 1 il xidmət etmək üçün hərbi hissəyə bu şəhadətnamənin 3 notariusla təsdiqlənmiş kopyasını vermək kifayət edir yoxsa digər sənədlərdə lazımdır?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları xarici ölkənin təhsil müəssisəsindən verilmiş diplomun Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş kserosurətini (xidmətdə olduqları müddətdə) xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Röyal Abdullazade Soruşur Yazılma Tarixi:02.03.2016 10:20:01

Əvvəla salam necesiz bağışlayin narahat edirem men maxeliye sened vermek isteyirem men bu barede olduğum ünvanın herbi kamisarlığına yoxsa hansısa N sayli herbi hisseye muraciyet etmeliyem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
İlqar Mirzəyev Soruşur Yazılma Tarixi:02.03.2016 09:30:39

Salam.Men muddetden artiq xidmet etmek isdeyirem.Men, 2002-2003-ci illərdə Müdafiə Nazirliyinin N sayli herbi hissenin həqiqi hərbi xidmet keçmişəm.2003-2016-ci illərdə AR Milli Təhlükəsizlik Nazirliyində xidmət keçmişəm. Indi SHXÇDX-də muddetden artiq xidmet etmek isdeyirem.

Bildiririk ki, Sizin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Behruz Sherbetov Soruşur Yazılma Tarixi:01.03.2016 22:32:06

Salam, Men xarici ölkede magistr tehsili almaq isteyirem,lakin Tehsil Nazirliyi menden herbi xidmetden möhlet kagizi almagimi teleb edir. Bu senedi almagim mumkundurmu? Eyer mumkundurse hansi şertler daxilinde verilir? Xatirladimki herbi xidmetde olmamisam ve bu ilin may ayinda Universitetden mezun olacam.

Bildiririk ki, mövcud qanunvericilikdə magistraturaya qəbul olunanlara həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərdə tutulmamışdır.
nurxan_israfilov Soruşur Yazılma Tarixi:01.03.2016 19:40:12

salam men 2016 ci iln aprel ayinsa esger gedirem menim atam hepisde olun 5 ildi cixib men herbide qalib isleyebilerm

Qeyd etdiyiniz məsələ ilə əlaqədar xidmət etmək istəyəcəyiniz müvafiq icra hakimiyyəti orqanının rəhbərliyinə müraciət etməyiniz tövsiyə olunur.
Bayramov Əhliman Alı oğlu Soruşur Yazılma Tarixi:01.03.2016 19:30:08

Mən 01.06.1992-ci ilden 30.09.1992-ci ile qeder Agdam rayonunda Səfərbəuliklə əlaqədar doyush bolgəsində xidmət gostermishəm. Hərbi biletimdə giriş və cixiş möhürü var. Amma veteran vəsiqəsi ala bilmirəm.Men nə etməliyəm?

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən veteran adı və müvafiq vəsiqələri vətəndaşların hansı qoşun növündə hərbi xidmət keçməsindən aslı olaraq tələb olunan sənədlər əsasında (nizami hissə üzrə əmrdən çıxarışlar və ya arxiv arayışları mütləqdir) Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar, Ədliyyə Nazirliklərinin, Xüsusi Dövlət Müha­fizə Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Nəzərinizə çatdırırıq ki, hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrlər kitabı hərbi qulluqçuların xidmət etdikləri müvafiq dövlət orqanlarının arxivlərində saxlanılır. Tələb olunan sənədlər toplandığı və hərbi xidmət keçməyinizi təsdiq edən arxiv arayışları olduğu təqdirdə, Sizə “Müharibə veteranı”adı və vəsiqəsi verilməsi məsələsinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq komissiyasında baxıla bilər. Əlavə olaraq bildiririk ki, hərbi xidmətkeçmə barədə arayışların verilməsi üçün müvafiq dövlət orqanlarının arxivlərinə sorğu, Xidmətin yerli idarə, şöbə, bölmələri və ya vətəndaşların özləri tərəfindən göndərilə bilər.
mirqulam hamidzade Soruşur Yazılma Tarixi:01.03.2016 15:35:19

Salam.SHXCDX test usulu ile yeniden imtahan ne vaxt keciriler

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həqiqi hərbi xidmət keçmiş, sağlam vətəndaşlar müsabiqə və müsahibə yolu ilə təhsilinə, ixtisasına uyğun vakant vəzifələrə həqiqi hərbi xidmətə (işə) qəbul oluna bilərlər. Müraciət etmiş vətəndaşların Xidmətin Aparatına müsabiqəyə (test imtahanına) dəvət olunmaları növbəli qaydada və ay ərzində bir dəfə həyata keçirilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır. Əlavə olaraq nəzərinizə çatdırırıq ki,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar.
Vüqar Mirzəyev Soruşur Yazılma Tarixi:01.03.2016 15:19:32

Salam. Mənə 2015-ci ilin oktyabr ayında yararsız hərbi bileti verilib 2c maddəsi ilə. Lakin mən özümü sağlam hiss edirəm və hərbi xidmətə getmək istəyirəm. Sağlamlıq haqqında arayış aparsam hərbi komisarlığa, məni 3 il bitməmiş təkrar tibbi komisiyadan keçirə bilərlər?

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Murov Hesenov Soruşur Yazılma Tarixi:01.03.2016 14:34:00

salam.herbide 2011-2012-ci illerde olmusam.kicik cavus rutbesiie.indi herbiye leytinant kimi iwe duzele bileremmi?ehtiyyta zabitlerin hazirligi kursuna yazilmaqla

Bildiririk ki, “Zabit hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi, kurslara qəbulun qayda və şərtləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897