Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Eyvaz seyidov Soruşur Yazılma Tarixi:05.03.2016 08:05:52

salam men 19.02.16 tarixinde yazdigim muraciete esasen bilmek istrerdim oglum seyidov sahin xidmete yararli oldugu halda seki komisarligi ve bakida inustutda komisya yoxlayib neykun onu yararsiz hesab edib xahis edirem sualima aydinliq getiresiniz sag olun ki muragietleri oxuyub cabab verirsiz

Məlum olmuşdur ki, 1997-ci il təvəllüdlü Seyidov Şahin Eyvaz oğlu 15.01.2016-cı il tarixdə nəzarət qaydasında Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmişdir.
Mehman Xasməmmədov Soruşur Yazılma Tarixi:05.03.2016 07:47:30

Hərbi ximətdən zabit təxris olduqdan sonra hərbi geyim daşımaq hüqqu verilibsə ehtiyyat zabit vəsiqəsində foto şəkil hansı geyimdə olmalıdı?

Mövcud qanunvericilik aktlarında ehtiyatda olan zabitin hərbi biletinə əlavə edilən fptpşəkildə hərbi geyimdə olması nəzərdə tutulmadığını və sizin Silahlı Qüvvələrin ehtiyatında olduğunuzu nəzərə alaraq, ehtiyatda olan zabitin hərbi biletində fotoşəkilniz mülki geyimdə olması zəruridir.
Vusal Eliyev Soruşur Yazılma Tarixi:04.03.2016 23:27:44

Men asan xidmetde sexsiyyet vesiqesi duzeltdirirem dediler vayankumatdan kitabca al gedib ordan alanda mene yazdilarki 13d xesteliyi yaziblar o nedi. Birdeki menim 18 yasim iyul ayinin 14 tamam olur sprafqada iyulun 11 meni aparcaqlar. Men texnikumda oxuyuram vayankumatda suruculuk vesiqesi alasi olsam deyirler axirda 9 manat verib alcam o duzdu

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13-cü maddəsinin “d” bəndinə “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları: zəif qidalanma, II dərəcəli alimentar piylənmə” aiddir. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Nruriyev sevindik Soruşur Yazılma Tarixi:04.03.2016 20:21:37

salam men hal hazirda muddetden artix herbi qulluqcu olmaq ucun senedderimi herbi hisseye vermiwem cavabi gozduyurem texminen ne vax cavab geler hele caqirmiyiblar

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti (keçmiş Milli Təhlükəsizlik Nazirliyi), Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz  və sənədlərinizi təqdim etdiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Sebuhi Efendi Soruşur Yazılma Tarixi:04.03.2016 17:29:25

Salam ali tehsilliyem heqiqi herbi xidmetde olmusam indide isteyirem ki Serhed Xidmetlerinde zabit kimi fealiyyet gosterim kime ve hara muraciet edim

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar.
Odur ki, qeyd etdiyiniz məsələ ilə  əlaqədar aidiyyəti üzrə müvafiq dövlət orqanlarına müraciət etməlisiniz.
David Tehmezov Soruşur Yazılma Tarixi:04.03.2016 17:07:09

salam men rusiyada herbi xidmeti cekmisem indi azerbaycan vetendasiyam men aprelde herbi xidmete caxriblar men nece eleyimki sulhmeramli desdede xidmet edim efqanistanda

Sülhməramlı Qoşunlar Müdafiə Nazirliyinin tabeliyində olduğu üçün qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Ismayil zulfuqarov Soruşur Yazılma Tarixi:04.03.2016 15:33:07

Salam men 11 ci sinifde oxuyuram . Leytinantliq mektebini oxumaq isteyirem Sualim bundan ibaretdir ki , bu mektebi oxumaq ucun ne senedler , ne qeder bal toplamalisan ve ayin necesine kimidi qebul. Zehmet olmasa bu haqda mene etrafli melumat veresiniz

Qeyd etdiyiniz məsələ ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət etməyinizi tövsiyə edirik.
nurlan heyderov Soruşur Yazılma Tarixi:04.03.2016 13:26:09

salam her vaxtiniz xeyr.. menim belimde onurga sutununda az derecede eyrilik oldugna gore ay mohlet verirler.. men ise konullu getmek isteyrem nece edim men??

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Samir Haciyev Soruşur Yazılma Tarixi:04.03.2016 13:13:51

Salam mən Rusiya Federasiyasında özəl institutda ali təhsil almışam.Lakin orada qalmadım ve 2010-2011 ilinde öz ölkəmizdə yəni Azərbaycan Respublikasinda 1 illik herbi xidmətdə olmuşam.Hal-hazırda 29 yaşım tamam olub.Leytinant kimi getmək istədim ancaq Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən mənə dedilər son yaş həddi 28-dir.Bu doğrudurmu?Və bilmək istəyirəm ki,Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti bunların işə qəbul üçün son yaş həddləri neçədir və hansına müraciət etsəm müsbət nəticələnər.Əvvəlcədən təşəkkürlər.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Həmin qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti (keçmiş Milli Təhlükəsizlik Nazirliyi), Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
cefer ibayev Soruşur Yazılma Tarixi:04.03.2016 11:38:30

salam xyiw sulma cavab vererdiz men pewe mekdebi oxyurdum qurtarmwam tevludum 1996 di martin 26 ad gunmdu 21 yawa kecrem ve vaynkmatin caxrmasin gozdeyrem ozum celilabad rayonu alar kendindenem nomremde budu xyiw elaqe qurardiz 0557628708

Bildiririk ki, Siz 2016-cı ilin iyul çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqsınız. 
Cədvəldə sətir sayı :14897