Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Gülnarə Soruşur Yazılma Tarixi:18.03.2016 12:09:29

Salam mən Hərbi xidmətə keçmə haqqında arayiş almaq üçün sistemdən qeydiyyatdan keçdim lakin 2-ci səhifədən sonrakı hiyyəyə keçendə gözlənilməz xəta baş verdi.Yenidən yaziram göstərilir ki, parol və email sehfdir men onu nece berpa ede bilərəm?

Qeydiyyatdan keçdikdən sonra sizin e-mail ünvanınıza təsdiqedici keçid göndərilmişdir, e-mail ünvanınızı təsdiq edərək şəxsi kabinetinizə girə bilərsiniz.
Elmar Soruşur Yazılma Tarixi:18.03.2016 11:08:25

Menim 18 yawim 2016 ci il avqustun 20 sinde bitir.Men may ayinda TQDK imtahani vermek isteyirem.Men universitetden vereqe getirene kimi prablem olmuyacaq? Cunki qeydiyyat avqust ayinin 22-31 arasidi.Mene cagiriw vereqesi gondecekler?

Bildiririk ki, Siz 2016/2017-ci tədris ili üçün Respublikanın  ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak edə bilərsiniz. Avqust ayının 20-də 18 yaşınız tamam olduğu üçün 2016-cı ilin oktyabr çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Heydər Soruşur Yazılma Tarixi:17.03.2016 21:56:45

Salam. Hər iki valdeyinim Rəhmətə gedib. 18 yaşımda hərbi xidmətə çağırış üzrə vayinkomata getdim. Bacımın məndən 3 yaş balaca olduğu üçün, məni əsgər aparmaılar. Dedilər ki bacının 18 yaşı tamam olanda sən əsgər gedəcəksən. Tez getmək üçün bacımın qəyyumluğa götürülməsi lazım idi. Məndə ona görə də getmədim qaldı 3 il sonraya, indi bilmək istərdim ki bacımın 18 yaşı tamam olan da məni əsgər aparacaqlar? Xahiş edirəm məlumat verərdiz gmail ünvanıma yazıb göndərə bilərsiniz. Bir tanışım var deyir valideynləri yəni hər iki valideynin itirən şəxs əsgər aparmırlar.

Bildiririk ki, Siz bacınızın 18 yaşı tamam olduqdan sonra müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqsınız.
Elşən Soruşur Yazılma Tarixi:17.03.2016 20:50:41

Salam, mən hər iki valideynimi bu il itirmişəm. Ali məktəbin 4-cü kursunu iyun ayında bitirəcəm. Böyük qardaşım hərbi xidmətdə olub. Bu halda, mən hərbi xidmətə çağırılırammı?

Bildiririk ki, valideynlərini itirmiş çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırış zamanı hər hansı güzəştin şamil edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Natiq Soruşur Yazılma Tarixi:17.03.2016 13:51:16

salam. Natiq Yunusov Cuma oğlu. 25.07.1993 Abeşeron . Məndə qan xəstəliyi var .Ferment çatışmazlığı Q6fd . Anadan olandan qan inistutundan senetimde var 1993ci ilde Q6fd seneti. Hərbidəndə 2015ci ildə qan inistutuna gönderilib yoxlanilib ordada tezeden tesdiqlenib xestelik. 2ci defede basqa qospitala gonderildim 2016ci ildə . və mənə heç bir məlumat verilmir. 9-10aydi getgeldeyem. xəstəliyim varsa bu qeder niye surundurmeçilik olmalıdı... qan xəstəliyim möhlət verib uzatmaqla düzələn deyil. xəstəliyim və sənətlərimin ciddi yoxlanılmasını tələb edirəm. xəstəliyim xəstəliklər siyahısında hərbiyə yararsızsı göstərilir və biletim verilməlidi..xaiş edirəm sənətlərimi ciddi yoxlayın və qısa zamanda məlumat verin.

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
Şakir Soruşur Yazılma Tarixi:16.03.2016 10:04:36

Salam. Bildiyim qədəri ilə 10 dərəcə skaliozu olan şəxslər hərbi xidmətə yararlı sayılır. Məndə isə 14-15 dərəcə skalioz var. Mən hərbi xidmətə yararlı sayılıram? Hörmətlə Şakir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən onurğanın II mərhələ skoliozu olan çağırışçılar “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Elyar Soruşur Yazılma Tarixi:16.03.2016 00:21:41

Salam her vaxtiniz xeyir men ehtiyyatda olan zabitem SHXCDX istenilen sobelerinde xidmet kecmek ucun kecen defe imtahan verdim musabiqeden kecdim musahibeden kece bilmedim bilmek isterdim ki yeniden SHXCDX qulluga qebulla bagli muraciet ede bilerem?

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbulla bağlı internet portalına daxil olmuş müraciətizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, 13.11.2015-ci il tarixdə keçirilmiş müsahibənin nəticələrinə əsasən, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul edilməyiniz məqsədəuyğun hesab olunmamışdır.
Əli Soruşur Yazılma Tarixi:15.03.2016 22:18:42

Salam mən aprelin 1-i hərbi xidmətə yola düşürəm.Və hara düşdüyümü internet vasitəsi ilə necə örgənə bilərəm? Və ikinci sualım-Sərhəd Qoşunlarına düşmə ehtimalım var?

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Siz qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməyə də müraciət edə bilərsiniz. Eyni zamanda bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür.
Ülvi Soruşur Yazılma Tarixi:15.03.2016 20:45:59

Salam. Men Cahangirli Ülvi Bəyoğlan oglu 10.12.1992 tevellud Bilesuvar rayon qeydiyatindayam. Meni bakiya gondermisdiler tibbi yoxlanisa gore .saglam yazildi ve saglamliq kagizi city hospitala merkezi hekim komisiyasina verildi orda da saglam ancaq rayon komisarligina hele de bildirilmeyib bu haqda. Bilmek isterdim nevaxta catacaq bu kagiz Bilesuvar rayonuna? aprele kimi gelseydi cagris alib esgerliye gederdim vaxt da itirmezdim. Xahis edirem bu meseleni arasdirin.

Məlum olmuşdur ki, Siz, Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilməniz məqsədəuyğun hesab edilmişdir. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim edildikdən sonra Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Möhsün Soruşur Yazılma Tarixi:15.03.2016 20:44:39

Salam. 2016-cı il iyul ayında əsgər getməliyəm. 18 aylıq hərbi xidmətimi bitirdikdən sonra gizirlik oxumaq istəyirəm. Bilmək istərdim ki gizirlik kursları neçə aylıq olur və bu kurslara qəbul imtahanla həyata keçirilir ?

Xidmətin saytına daxil olan təkrar müraciətinizlə bağlı bildiririk ki, verdiyiniz sualın (həqiqi hərbi xidmət keçərkən müxtəlif səbəblərdən həlak olan və ya vəfat edən hərbi qulluqçular barədə) cavabı xidməti məlumat xarakteri daşıdığı üçün cavablandırılmır.
Cədvəldə sətir sayı :14897