Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Yasin Soruşur Yazılma Tarixi:23.03.2016 18:00:38

Salam .menim 18yasim var aprel priziviyem ama herbi yoxlanisda gettim ayaqimda proboem cixdi hekime yazdilar gettim 1gun yattim kagiz verdiler diz fuksiyasin itirib anadan gelme artiq sumuy var sol dizimde vaynkamata kagizi teqdim ettim . Indi men ne vax vayenni biletimi ala bilecem ?gecikdirmeyecekler?onceden tesekkurler

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
SAHiL Soruşur Yazılma Tarixi:22.03.2016 22:46:48

Salam.Men Hesenov Sahil Misir oglu 1987 ci ilin oktyabir ayinda Imisli rayonunda anadan olmusam.2005 ci ilin oktyabir ayinda Imisli herbi komissarligi terefinde herbiye cagirilarag Semkir korpusu N sayli herbi hissesinde 2007 ci ilin aprel ayina qeder qullug etmiwem.Cavus rutbesi ile herbi xidmetimi basa vurmusam.indi ise herbi xidmetde islemek isteyirem.Xais edirem melumatlandirasiz meni bu barede.Herbi xidmete iwe duzele bilerem yoxsa yox?

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə-ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə əlaqədar xidmət etmək istədiyiniz qoşun növü üzrə müvafiq hərbi hissə komandanlığına müraciət etməlisiniz.
Xəlil Soruşur Yazılma Tarixi:22.03.2016 20:35:40

Salam. Mənim 18 yaşım 22.07.2016 da tamam olur. Mənə iyul ayının sonuna qədər çağırış vərəqəsi gələcək? Yoxsa oktyabıra qalacam ? Birdə Ağdam rayonunda qeydiyyatdayam 1.78 boyum var mən Sərhəd qoşunlarına düşə bilərəm?

Bildiririk ki, çağırış ayında 18 yaşı tamam olmuş çağırışçılar həmin gündən etibarən müddətli həqiqi hərbi xidmətə göndərilə bilərlər. Lakin həmin çağırış ayı üçün verilmiş tapşırıq yerinə yetirilərsə, bu çağırışçılar növbəti çağırış zamanı müddətli həqiqi hərbi xidmətə göndərilirlər. Eyni zamanda nəzərinizə çatdırırıq ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür.
Əbülfəz Soruşur Yazılma Tarixi:22.03.2016 11:23:46

Salam.Zəhmət olmasa cavablandırardız mən Türkiyənin Sakarya universiteti İBBF ( is iqdisadiyyati və sənaye əlaqələri ) üzrə bakalavr tehsili alıram.magstraturamı Almaniyada davam etdirmək istiyirəm.sualımsa budur ki mən universiteti bitirdikdən sonra qanun mənə magstr təhsilim üçün möhlət hüququ vereçək yoxsa əsgər gəlib davam etdirə bilərəm ? və birdə qanun muzakirə olunacaq yaxın vaxtlarda ? möhlət hüququ ilə bağlı

Bildiririk ki, magistraturaya qəbul olunanlara həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Zahir Soruşur Yazılma Tarixi:22.03.2016 08:14:23

Salam. Cavab üçün əvvəlcədən təşəkkürümü bildirirəm. Mənim oğlum bu il Azərbaycan Neft və Sənaye Universitetini bitirir. Magistratura üzrə qəbul imtahanının ilk mərhələsini müvəffəqiyyətlə vermişdir. Sualım belədir ki, magistraturaya qəbul olunan tələbələrin ordu sıralarına çağrılması neşə tənzimlənir.

Bildiririk ki, magistraturaya qəbul olunanlara həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Ceyhun Soruşur Yazılma Tarixi:21.03.2016 23:49:33

Salam men size yazmisdimki universiteti bitirib leytinant gedmək istəyirəm ama bəzi dəyişiklik edilib.Eşitdiyimə gorə əvvəl 3 ay kurs keçdikdən sonra 1il 9 ay leytinant kimi xidmət edilirdisə indi isə 6 ay kurs kecmek lazimdi və 2 il 6 ay xidmət etməliyik.Bu məlumatın doğru və ya yanlış məlumat olması haqqında zəhmət olmasa məlumat verməyinizi xais edirəm

Bildiririk ki, leytenant kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
RƏŞAD Soruşur Yazılma Tarixi:21.03.2016 23:11:06

salam herbi xidmetden xususi teyinatli desteye kecmek olurr

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı xidmət etmək istədiyiniz qoşun növü üzrə müvafiq hərbi hissə komandanlığına müraciət etməlisiniz.
Nurlan Soruşur Yazılma Tarixi:21.03.2016 16:25:50

Salam mən 2015- ci ilin iyul ayı hərbi xidmətə getməliydim amma, yoxlanışdan keçərkən ağciyərlərimdə xırda ləkə olduğuna görə məni hərbi xidmətə yararsız olduğumu bildirdilər amma men verilen o qərardan razı deyiləm. men özümü sağlam hiss edirəm idman dərəcəm də var. ağciyər instutuna gedib müayinə olmuşam ve yazılı surətdə sağlam olduğumu bildirən cavab almışam istənilən yerdədə yoxlanmaqa hazıram və hərbi xidmətə getmək istəyirəm xahiş edirem cavab verin.

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
ARAZ Soruşur Yazılma Tarixi:21.03.2016 16:14:04

Salam.men Respublika diaqnostika merkezinden kecdim saglam cixdim 2-sayli psxiatrik xestexana qoyduqu diyaqnoznan razilasmiriq indi ise herbi komissarliq ayin 28- ne cagiriblar 1 sayli psixiatrik xestexanaya elimdeki senedleri ora gostersem esger gedecem?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Ceyhun Soruşur Yazılma Tarixi:21.03.2016 14:53:19

Salam. SHÇDX-in regional bölmələri üzrə mülki işə qəbulla bağlı test imtahan nə vaxt keçiriləcək? Birdə test sualları hansı mövzular üzrə düşür?

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Müsabiqəyə dəvət ediləcək namizədlərə əvvəlçədən məlumat verilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Cədvəldə sətir sayı :14897