Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rafət Soruşur Yazılma Tarixi:31.03.2016 23:47:20

Salam mən universitetde oxuyuram... xarici pasport almaq üçün... vayınkomatdan mohlet mohuru vurulmasi teleb olunur zehmet olmasa deyerdiz Lacin rayon vayinkomati hardadir ve mohur gec vurulur yoxsa tez ?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin «sual-cavab» bölümünə göndərdiyiniz müraciətə  tərəfimizdən baxılmışdır.              Nəzərinizə çatdırırıq ki, oxuduğunuz təhsil müəssisəsindən alınmış arayışı (təhsil müəssisəsini bitirmə müddəti göstərilməklə) Xidmətin qeydiyyatda olduğunuz Laçın rayon bölməsinə təqdim etdiyiniz təqdirdə, barənizdə rayon (şəhər) çağırış komissiyasında qanunamüvafiq qərar qəbul ediləcəkdir.              Məlumat üçün bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsi, Bakı şəhəri, C.Naxçıvanski küçəsi, 68 ünvanında yerləşir. Əlaqə nömrəsi: (012) 374-67-12
Təvəkgül Soruşur Yazılma Tarixi:31.03.2016 22:53:48

Salam Mən aprel ayı hərbi xidmətə gedməliyem. 18 yaşım noyabrın 18 tamam olub. Hara düşdüyümü 9100 nömrəsinə şəxsiyyət vəsiqəsinin seriya nömrəsini yazıram, bu nömrə yalnışdır yazır. Bunu nədən bilmək olar?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməyə müraciət etməyinizi tövsiyə edirik.  
Kənan Soruşur Yazılma Tarixi:31.03.2016 18:22:09

Salam.Mən Ağstafa rayon hərbi komisarlığından 2016-cı il yanvar ayının çağırışçısı idim.Sizə birdəfədə ərizə ilə müraciət etmişdim.Xəstəliyim üçün sizdən möhlət istəmişdim.Çox sağolun ki,mənə sağalmağım üçün möhlət verdiniz.İndi mən müalicə olunmuşam və tam sağlamam.Könüllü olaraq məni əsgərə aparmağı xahiş edirəm.Lakin əsgərə hansı ay və nə vaxt gedəcəyim barədə SHXDÇX saytından,nə də ki Ağstafa rayon Hərbi Komisarlığından heç bir məlumat ala bilmirəm.Xahiş edirəm bu barədə məni təcili olaraq məlumatlandırasınız.əvvəlcədən təşəkkürlər

Bildiririk ki, Sizə Xidmətin Mərkəzi hərbi-həkim komissiyasının 27.01.2016-cı il tarixli protokoluna əsasən sağlamlıq vəziyyətinizlə əlaqədar bir il müddətinə həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir. Möhlət hüququnuz bitdikdən sonra 2017-ci ilin yanvar çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Turan Soruşur Yazılma Tarixi:31.03.2016 18:21:32

menim herbiye getme yasim cstdi ve meni apardilar FHN-in bileceri herbi hissesine dusdum lakin sol ayagimin 3-ci derece yastidaban sag ayagimin ise 2-ci dereceli yastidaban, belimde ise skalyoz oldugu askar olundu sonram meni travmatoloqiya instituna gonderisle gonderdiler orda ise mennen rusfet istiyerek yararsiz olduguma dair sened yazmagi teklif etdiler ve mennen 500 manat pul istediler men ise bir qepikde olsun vermeyecem dedim sora mene yararli oldugum deyildi,men bele dusunuremki Yevlax rayon vaenkomati basqa bir aileden rusfet alib meni FHN -in herbi hissesinden geri qaytariblar xahis edirem bu meseleni etrafli arasdirasiz

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır.                          
    
Nəzərinizə çatdırırıq ki, Sizin müddətli həqiqi hərbi xidmətə cəlb olunmağınızla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsi tərəfindən mövcud qanunvericiliyin tələblərinin pozulması halı aşkar edilməmişdir.
Kənan Soruşur Yazılma Tarixi:31.03.2016 17:57:44

Salam Yazıb sizdən soruşmaq istərdim ki ali təsil müəsisəsində təhsil aldığım üçün 4 il əsgərlikdən müvəqqəti azad olmuşam və mən hərbi səfərbərlik üzrə çağrılışdan sonra müddətdən artıq (zabit vəzifəsində) xidmət etmək istəyirəm. Bununla bağlı nə kimi tələblər var və bu prosedur necə gedir ( nə qədər müddətdən sonra kurs mərhələsi və nə qədər müddət sonra zabit vəzifəsində çalışa bilərəm). Naxçıvan MR Culfa rayonunda hərbi qeydiyyatdayam. əvvəlcədən təşəkkürlər

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.  Zabit kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı vətəndaşların xidmətdə olduqları qoşun növünün komandanlığına müraciət etmələri məqsədəmüvafiqdir.
Elməddin Soruşur Yazılma Tarixi:31.03.2016 15:51:10

Men sulhmeremli quvvelerde islemek ucun kime ve hara muraciet etmeliyem...herbi xidmeti bitirmisem...

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı xidmət etmək istədiyiniz qoşun növü üzrə müvafiq hərbi hissə komandanlığına müraciət etməlisiniz.
Azər Soruşur Yazılma Tarixi:31.03.2016 12:17:59

Salam Men Abweron Rayon Xirdalan Qeydiyatiyam Ehmedli Azer Nazim Oglu 30.05.1997 teveledulyem Men may ayinda 19yawm olacaq hele esger gedmemiwem aprele dediler aparacyq bedenmde yang xeasretleri oldugu ucun Gonderiw verdiler Tramatologiya unistut xestaxanasina ayn 18mart tarixinde kecdm xesdaxanadan amma helede mene vaynkamatan xeber gelmyb bilmek isdirem aprelde gedecem ya yox uje camat sabadan Yola duwur hele men burdayam xaiw edirem artq derecede cavab yazn gozleyirem

Məlum olmuşdur ki, Siz, Xidmətin Abşeron rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq 06.04.2016-cı il tarixdə aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” Xidmətin Abşeron rayon şöbəsinə təqdim edildikdən sonra Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən müvafiq qərar qəbul ediləcəkdir.
Ceyhun Soruşur Yazılma Tarixi:31.03.2016 10:17:07

Salam. SHXÇDX-ya (regional bölmələrinə) mülki işə qəbul hansı qaydada aparılır? İmtahanlar nə vaxt keçirilir? İmtahan proqramına hansı tip suallar daxildir? Zəhmət olmasa ətraflı cavablandırardız.

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazırlığı idarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Müsabiqəyə dəvət ediləcək namizədlərə əvvəlçədən məlumat verilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.   Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
Xəyyam Soruşur Yazılma Tarixi:31.03.2016 01:10:16

Salam mən Beyləqana duşmuşəm bilmək istəyirəm axira qədər orada xidmət edəcəm yoxsa and içmədən sonra başqa yerə aparacaqlar,? Ətrafli məlumat yazardiniz zəhmət olmasa

Qeyd etdiyiniz məsələ ilə bağlı təyin olunduğunuz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Nicat Soruşur Yazılma Tarixi:31.03.2016 00:46:38

men daxili qosunlara dusmusem ama bilmirem hansi yerde yerlesir

Qeyd etdiyiniz məsələ ilə bağlı təyin olunduğunuz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897