Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Müşviq Soruşur Yazılma Tarixi:06.04.2016 14:34:51

Salam.Mən SHXÇDX-də xidmətə qəbul üçün lazimlı sənədləri poçt vasitəsilə sizə göndərmişəm.Bilmək istərdim elə qəbul olunur yoxsa mütləq elektron formanı doldurmaq lazımdır?Təşəkkürlər.

Sizin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız ərizəyə və internet portalına daxil olmuş müraciətizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Sizin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Zaur Soruşur Yazılma Tarixi:06.04.2016 14:01:35

Evvelce salam, bir məseləni öyrenmək istəyirdim, Səhvənizdə Ağdam Şəhidlərinin siyahısında dayım ƏLİYEV NEMƏT QƏNİMƏT oğlunun adıni tapa bilmədim , O DİN emekdaşı idi , sizde burada ancaq Müdafiə Nazirliyi tərəfindən şəhid olanlar qeyd olunub ? Digər güc sturukturlarının və Ağdam ÖZÜNMÜDAFİƏ qruplaında döyüşərək ŞƏHİD olanlar qeyd olunmayıb? sağ olun

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytının “Veteranlar və Şəhidlər” bölümündə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında şəhid olan hərbi qulluqçuların siyahısı qeyd edilmişdir. Xidmətin Ağdam rayon şöbəsindən verilən məlumata görə, hazırda şöbədə mövcud olan hərbi-uçot sənədlərində dayınız Əliyev Nemət Qənimət oğlunun döyüş əməliyyatlarında şəhid olması barədə məlumat yoxdur. Nəzərinizə çatdırırıq ki, dayınız Əliyev Nemət Qənimət oğlunun döyüş əməliyyatlarında şəhid olması barədə təsdiqedici sənədlər olduğu təqdirdə Xidmətin rəsmi internet saytının “Veteranlar və Şəhidlər” bölümündə adı şəhid olan şəxslərin siyahısına əlavə ediləcəkdir.
ilqar Soruşur Yazılma Tarixi:06.04.2016 12:36:16

Salam.Men Hal-hazirda universitetde 2 ci kursda oxuyuram.may ayinda tehsilimi dondursam esgerliye ne vaxt cagirilacam ?

“Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Bildiririk ki, Siz oxuduğunuz təhsil müəssisəsindən xaric olunmanız barədə sənəd və təhsilinizi davam etdirməkdən imtina edərək hərbi xidmətə göndərilməyinizə dair notarial qaydada təsdiq olunmuş ərizəni Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etdikdən sonra həqiqi hərbi xidmətə çağırışa cəlb edilə bilərsiniz.   
Ləman Soruşur Yazılma Tarixi:06.04.2016 11:33:35

Salam.Mənim qardaşım 1998 təvəllüdlüdür, 18 yaşı 29 may 2016 da olacaq.Bu il 15 may 2016 tarixində Qəbul imtahanında iştirak edəcək.Bilmək istəyirəm bunun üçün hər hansı möhlət kağızı lazımdı yoxsa iyul ayındaki hərbi çağırışlarda cağırılacaq?

Bildiririk ki, 2015-ci ildə orta ümumtəhsil məktəblərini bitirmiş və 2016-cı ilin aprel ayının 30-dan iyul ayının 30-dək 18 yaşı tamam olan, səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl tibbi şəhadətləndirilməsi üçün Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə ərizə ilə müraciət edən çağırışçılar əlavə tibbi müayinəyə göndərildikdən sonra “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən diaqnoz qeyd edildikdə onlar müvafiq arayışlarla təmin edilirlər.
Dürrə Soruşur Yazılma Tarixi:06.04.2016 09:16:54

Salam men orta tehsilliyem kollec bitrmisem orduya yazilmaq istyrem xahis edirem etrafli melumat veresiz

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı xidmət etmək istədiyiniz qoşun növü üzrə müvafiq hərbi hissə komandanlığına müraciət etməlisiniz.
Rövşən Soruşur Yazılma Tarixi:06.04.2016 01:38:29

Salam men 1988ci il tevellüdlu Rəhimov Rövşən 2007 ci ilde herbi xidmətə göndərildim və 2009 xidmətimi kəşfiyyat snayper eskəri olaraq bitirdim .indidə ön cəbhəyə dəstəy kimi canla başla vuruşmag isdiyərdim . Bu mumkundurmu ?

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 sentyabr 2012-ci il tarixli 213 №-li Qərarı ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası”nın 4.3-cü bəndinə əsasən, Xidmətin yerli idarə, şöbə və bölmələrinə çağırış üzrə (ilkin hərbi qeydiyyat, həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək və digər səbəblər) çağırılmış çağırışçılar və hərbi vəzifəlilər şəxsi çağırış vərəqəsində göstərilmiş tələblərə ciddi riayət etməli, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsi və ya hərbi bileti, şəxsiyyət vəsiqəsi üzərində olmaqla, təyin olunmuş yerə müəyyən edilmiş vaxtda gəlməlidirlər. Nəzərinizə çatdırırıq ki, Xidmətin yerli idarə, şöbə və ya bölməsinə çağırıldığınız təqdirdə hərbi qeydiyyatda olduğunuz yer üzrə gəlməyiniz vacibdir.
Əli Soruşur Yazılma Tarixi:05.04.2016 21:35:58

mən könüllü olaraq döyüş bölgəsinə getmək istəyirəm.bunu necə edə bilərəm xahiş edirəm məlumat verəsiniz.

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 sentyabr 2012-ci il tarixli 213 №-li Qərarı ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası”nın 4.3-cü bəndinə əsasən, Xidmətin yerli idarə, şöbə və bölmələrinə çağırış üzrə (ilkin hərbi qeydiyyat, həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək və digər səbəblər) çağırılmış çağırışçılar və hərbi vəzifəlilər şəxsi çağırış vərəqəsində göstərilmiş tələblərə ciddi riayət etməli, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsi və ya hərbi bileti, şəxsiyyət vəsiqəsi üzərində olmaqla, təyin olunmuş yerə müəyyən edilmiş vaxtda gəlməlidirlər. Nəzərinizə çatdırırıq ki, Xidmətin yerli idarə, şöbə və ya bölməsinə çağırıldığınız təqdirdə hərbi qeydiyyatda olduğunuz yer üzrə gəlməyiniz vacibdir.  
Samir Soruşur Yazılma Tarixi:05.04.2016 12:19:18

Salam Son günlər cəbhə bölgəsində gərgin vəziyyətlə əlaqədar əhalidə tuh yüksəkliyi yaranıb. Torpaqlarımızın işğaldan azad olunması məqsədilə siz nüçə könüllü müraciət edib? Əhali arasında hərbi vətənpərvərlik hissi hansı səviyyədədir? Həqiqi hərbi xidmətə növbəti çağırış vaxtı bu ilin iyun ayında gözlənilir. Təmas xəttindəki vəziyyət gərginləşəcəyi təqdirdə çağırış vaxtının tezləşdirilməsi ola bilərmi? Son günlər Azərbaycan Silahlı Qüvvələrinin qarşısında tab gətirə bilməyən Ermənistan ölkəsində səfərbərlik elan edib. Azərbaycanda necə? Ölkədə səfərbərlik elan olunması gözlənilirmi? 90-cı illərdə Azərbaycanda könüllülər dəstəsi, könüllülər batalyonu yaradılmışdı. Bu gün bu təcrübə təkrarlana bilərmi?

Bildirirk ki, ölkəmizdə səfərbərlik hazırlığı və səfərbərlik, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunlarına əsasən tənzimlənir. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, səfərbərliyin elan olunması barədə Azərbaycan Respublikası Prezidentinin qərarı dərhal kütləvi informasiya vasitələri ilə, bu mümkün olmadıqda isə başqa üsullarla yayılır. Əgər Azərbaycan Respublikasında səfərbərlik elan olunarsa, bu barədə bütün kütləvi informasiya vasitələrinə məlumat veriləcək və ehtiyatda olan hərbi vəzifəlilər səfərbərlik zamanı və müharibə dövrü üçün öz təyinatlarını müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə çağırılacaqlar. Əlavə olaraq bildiririk ki, Xidmətin saytına daxil olan müraciətinizdə verdiyiniz digər sualların cavabı xidməti məlumat xarakteri daşıdığı üçün cavablandırılmır.
ANAR Soruşur Yazılma Tarixi:05.04.2016 01:10:48

Salam men herbi xidmetde olmusam ve yeniden cebhede geden doyuslere gatil mag isteyirem xidmetde hele cebhe zonasinda gulug

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 sentyabr 2012-ci il tarixli 213 №-li Qərarı ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası”nın 4.3-cü bəndinə əsasən, Xidmətin yerli idarə, şöbə və bölmələrinə çağırış üzrə (ilkin hərbi qeydiyyat, həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək və digər səbəblər) çağırılmış çağırışçılar və hərbi vəzifəlilər şəxsi çağırış vərəqəsində göstərilmiş tələblərə ciddi riayət etməli, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsi və ya hərbi bileti, şəxsiyyət vəsiqəsi üzərində olmaqla, təyin olunmuş yerə müəyyən edilmiş vaxtda gəlməlidirlər. Nəzərinizə çatdırırıq ki, Xidmətin yerli idarə, şöbə və ya bölməsinə çağırıldığınız təqdirdə hərbi qeydiyyatda olduğunuz yer üzrə gəlməyiniz vacibdir.
Sona Soruşur Yazılma Tarixi:04.04.2016 22:29:34

Salam.Qadınların herbi xidmete qebulu yaxud herbi sahede işlemek imkani öncebhede mümkündürmü? Bu haqda melumat almaq isterdim. Men herbi sahede xidmet etmek imkanım var? Hal-hazırda universiteti sonuncu kursdayam.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.             Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə əlaqədar xidmət etmək istədiyiniz qoşun növü üzrə müvafiq hərbi hissə komandanlığına müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897