Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
fəxri Soruşur Yazılma Tarixi:19.04.2016 19:14:39

mən 1998-ci il mart ayının 21-i anadan olmuşam. bu ay əəsgər getməliyəm. kagızlarımı bakıya göndəriblər hara düşməyimi təyin etmək üçün amma hələ bir xəbər yoxdur hara düşməyimdən. sizdən xaişim nəyə görə hələ bilinmirsə bunu mənə başa salardınız. əvvəlcədən təşəkkürlər

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Murad Soruşur Yazılma Tarixi:19.04.2016 00:32:04

SALAM .Menim sualim odurki mende cinsiyyet orqaninda damar genislenmesi var men esger aparilacam ???

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 45-ci maddəsinin “ç” bəndinin I qrafasının tələblərinə əsasən I-II-ci dərəcəli varikosele hərbi xidmətkeçməyə mane olmur.
Eldar Soruşur Yazılma Tarixi:18.04.2016 12:52:25

Salam men Lamayev Eldar Sayfiddin oglu .01.09.1992 tevelludum.men Quba Rayonundan herbi xidmete cagirilmisam ,ama helede hara dusduyum melum deil,xais edirem komeklik eliyesiz ,bir melumat veresiniz,Quba Sobesinden hec bir melumat verilmir

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Emil Soruşur Yazılma Tarixi:18.04.2016 00:56:05

Salam ilk once qeyd etmek isterdim ki, men aprel ayinda komissiyadan kecmisem ve bu ayin 25den etibaren hara dushduyum haqda melumat verilecek.Lakin men NATO-nun sulhmeramli quvvelerine qosulmaq isterdim.Bu haqda hardan melumat ala bilerem ve yaxud kime muraciet ede bilerem?

Sülhməramlı Qoşunlar Müdafiə Nazirliyinin tabeliyində olduğu üçün qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Ülvü Soruşur Yazılma Tarixi:18.04.2016 00:18:39

Salam. Məni Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xitmətində iş haqqında bilgilər(ətraflı) maraqlandırır. Mən ali təhsilliyəm. Hərbi xidmətimi üç il əvvəl başa vurmuşam. Məni maraqlandıran xidmətdə hansı işlər üzrə çalışmaq ehtimalımın olması, işin müddətli ya müddətsiz olması, müddətli işilərin davametmə müddəti, deyək ki, Müvvəqqəti Artıq Xidmət edən Hərbi Qulluqçu kimi çalışacamsa bunun üçün gərəkli olan təlim müddəti, iş şərtləri, xidmətimin hansı istiqamət üzrə olması təyin edilərkən Həqiqi Hərbi Xitmətdə olduğum mövqenin buna təsiri, əmək haqqları, məzuniyyətlər, bir sözlə ətraflı hər şey maraqlandırır. Xüsusi ilə Dəniz Donammasında maraqlıyam. Bundan başqa bəlkə mənə məlum olmayan vakant yerlər haqqında da məlumatlar olsa yaxşı olar. Yəni burda təhsilimin rolu ola bilsin əhəmiyyət kəsb eləsin. Yəqin ki mənim haqqımda ətraflı məlumat sizdə var. Bütün bunlara görə imkanları ətraflı öyrənmək istəyirəm. Diqqətinizə görə minnətdaram. Məlumatları elektron ünvanıma yollasanız şad olardım(üzr istəyirəm, burda sual-cavabın aşkar yazıldığını gördüm və düşündüm ki bəlkə bütün suallar belə cavablandırılır)

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Müsabiqəyə dəvət ediləcək namizədlərə əvvəlçədən məlumat verilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
camal Soruşur Yazılma Tarixi:17.04.2016 22:28:17

salam hal hazirda men bakalavr seviyesinde tehsil aliram tehsili bawa vurduqdan sora ehtiyat zabit olmaq isdiyirem ve cavab yazmisizki xidmetde olduqum qowun novu komandanliqina muraciet edin indi men hardan bilimki hansi qowun nvunde qulluq edecem ?

Bildiririk ki, Siz təhsilə görə möhlət hüququnuz bitdikdən sonra müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqsınız. Həqiqi hərbi xidmətə göndərildikdən sonra zabit kimi xidmət etmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət edə bilərsiniz.
asiman Soruşur Yazılma Tarixi:17.04.2016 16:22:39

salam men ramazanov asiman 18 yasim tamam olub.mene hele cagiris gelmiyib. bilmek isteyirem men bu ay herbi cagirisa gedecem.

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməyə müraciət etməyinizi tövsiyə edirik.
Ruslan Soruşur Yazılma Tarixi:16.04.2016 17:09:34

Salam men aprelin 21i herbi xidmete yola dusurem ne vaxt bilinecek hansi herbi hisseye dusmusem

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Nurəddin Soruşur Yazılma Tarixi:16.04.2016 13:25:49

Salam mende hepatit b virusu var meni herbi xidmete aparacaglarmi?hal hazirda universitet oxuyuram iyun da getmeliyem?

B virus hepatiti səthi antigeninin aşkar edilməsi, qaraciyərin gizli keçən xroniki xəstəliyinin istisna edilməsi məqsədi ilə müayinə aparılması üçün əsasdır. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Fərid Soruşur Yazılma Tarixi:16.04.2016 09:03:34

Salam mənə 4-cü ayın 20sinə çağırış vərəqəsi verilib. Mən hara düşdüyümü necə bilərəm

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Cədvəldə sətir sayı :14897