Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əli Soruşur Yazılma Tarixi:03.05.2016 00:26:12

Salam . Men 2014-2015ci illerde N saylı herbi hissede xidmet etmişem. Hal hazırda tehsilimi ADPU-de davam etdirirem. Biraz evvel menimle elaqe saxlayıb rayon herbi komisarlıgında olmagını istediler .Bizim ora devet edilme sebebimiz ve orda ne qeder olacağımız barede bir melumat verilmeden hemde . Men ora her hansı bir arayış teqdim etme hüququm var. Bu çagırışda meqsed nedi ? Xahiş edirem bu mesele ile elaqedar meni melumatlandırasız . Suallarıma cavab verdiniz.Evvelceden teşekkürler .

Siz hərbi qeydiyyat sənədlərinizin dəqiqləşdirilməsi üçün çağırılırsınız.  Ona görə də ADPU-də hal-hazırda təhsilinizi davam etdirmək barədə sənədinizi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz rayon idarəsinə  (şöbəsinə, bölməsinə) təqdim  etməlisiniz.
Şəmistan Soruşur Yazılma Tarixi:02.05.2016 22:52:07

Salam. Men inşallah bu il universiteti bitirecem. İyun ayının birinden esger getmeliyem. Neçe nömreli herbi hisseye düşdüyümü nece öyrene bilerem. Birdeki mene bildiriş ne vaxt gelecek?? Men bildirişi herbi hisseden özüm götüre bilerem??

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməyə müraciət edə bilərsiniz.
Teymur Soruşur Yazılma Tarixi:02.05.2016 20:08:23

salam men 2004 cu ilde dusmen terefinden gulle yarasi almisam .Indi hal hazirda 2ci qurup elilem amma mene sigorta meblegi odenilmeyib sigorta meblegin nece ala bilerem .ozum Nerimanov RHK terefinden cagrisci olmusam .Amma Nerimanov RHK sigorta meblegin odemekden boyun qacirdir .

Bildiririk ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hərbi xidmət dövründə xəstəliyə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək ehtiyata buraxılan hərbi vəzifəlilər üç il müddətinə əlillik təyin olunduqda sığorta ödənişləri verilir. Qeyd olunan Qanunun tələblərinə əsasən sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişləri Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən həyata keçirilir.
Konkret araşdırmanın aparılması üçün sənədlərinizlə Xidmətin Nərimanov rayon idarəsinə müraciət etməlisiniz.
Sənan Soruşur Yazılma Tarixi:02.05.2016 11:21:17

Menim qohumum 051 sayli herbi hisseye dusub. Men onun ordan hara boluneceyini nece oyrene bilerem?.evvelceden tesekkurler.

Qeyd etdiyiniz məsələ ilə bağlı aidiyyəti üzrə qohumunuzun xidmətdə olduğu hərbi hissənin komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
İmran Soruşur Yazılma Tarixi:02.05.2016 01:40:00

İyul çağırı üçün yoxlanış və çağırış nə zamandır? Və bir də ki mən valikoz genişlənmədən əziyyət çəkmişəm. Xidmətə yararlı olsam da mənə addım (şaqat) və idman olmaz. Bunun üçün hər hansısa bir ayrıcalıq var?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Bəhmən Soruşur Yazılma Tarixi:30.04.2016 15:10:42

Salam.Qardaşım aprelin 25i Naxçıvana Serhed Qoşunlarına hərbi xidmətə aparılıb.hansı çasta düşməyini öyrənə bilərəmmi ? and içmə nə vaxt olacaq? və valideyn günü hansı gün olur.saat neçədə olur?zəhmət olmasa məlumat verərdiniz.Əvvəlcədən təşəkkürlər

Qeyd etdiyiniz məsələ ilə bağlı qardaşınızın xidmət etdiyi qoşun növünün komandanlığına müraciət etməyinizi tövsiyə edirik.
Əfsun Soruşur Yazılma Tarixi:29.04.2016 15:51:10

Salam men baratov əfsun men sizde melimat almag isteyirem men iyul ayinin 29 zu 18 yawimi tamam edecem ve men iyul 29 ya -30 zu esgere gedecem mene deqiq melumat verin

Bildiririk ki, çağırış ayında 18 yaşı tamam olmuş çağırışçılar həmin gündən etibarən müddətli həqiqi hərbi xidmətə göndərilə bilərlər. Lakin həmin çağırış ayı üçün verilmiş tapşırıq yerinə yetirilərsə, bu çağırışçılar növbəti çağırış zamanı müddətli həqiqi hərbi xidmətə göndərilirlər.  
Vasif Soruşur Yazılma Tarixi:29.04.2016 11:16:18

Salam. Mən Ukranyada qiyabi təhsil alıram. Və mənə hərbi xidmətdən möhlət verilib. Mən 9 may 2016 -cı il də imtahanları vermək üçün Ukraynaya gedə bilərəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Hacıbəy Soruşur Yazılma Tarixi:27.04.2016 09:57:25

salam menim bu gun 18 yasim tamam olub meni bu ay esgerliye goturmelidirler soruşmaq isteyirem ki hansi herbi hisseye duşmuşem cvb yazin

Bildiririk ki, Siz müddətli həqiqi hərbi xidmət keçmək üçün Dövlət Sərhəd Xidmətinin komandasına təyin edilmisiniz.
Xəyal Soruşur Yazılma Tarixi:26.04.2016 21:47:21

Salam mən 2007-ci ildə agciyer xesteliyi keçirmişəm və mualicelerle tam sagalmaq mumkun olmadi.buna gore herbi xidmete sulh dovrunde yararsiz, muharibe dovrunde qeyri mehdud yararli hesab edildim ve 2 il olar yoxlamada qanimda hepatit c ashkarlandi.bilmek isterdimki menim heqiqi herbi xidmete getmeyim mumkun deyil?Evvelceden teshekkurler.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. 
Cədvəldə sətir sayı :14897