Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elşən Soruşur Yazılma Tarixi:08.05.2016 10:17:33

Salam.Mən 1995 Təvəllüdəm.Azerbaycan Respublikasi Silahli Quvvələrində MAXE Kimi qullug etmək istəyirem.Hara Muraciət etməliyəm ?Bir Sualimda odur,ki Istediyim Herbi Çast-da qulluğ edə bilərəmmi ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti (keçmiş Milli Təhlükəsizlik Nazirliyi), Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Toğrul Soruşur Yazılma Tarixi:07.05.2016 23:19:32

Salam.men cagirisciyam tibbi muayineden kecmisem gozumun zeifliyi -2.5di senetde herbi xidmete yararlidir qeyd olunmusdur.bilmek istiyirem ki bu dogrudurmu ? Və bunun arxa. Cebhede xidmet etmeyime nezere alinacaq

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Adil Soruşur Yazılma Tarixi:07.05.2016 23:10:21

Salam mən İnşallah bu il universiteti bitərəcəm və İyul ayında hərbi xidmətə getməliyəm. Mən İyun ayının ortalarında 1 həftəlik ölkədən xaricə çixa bilərəm?

Bildiririk ki, 2016-cı ilin iyul çağırışı zamanı həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlara çağırış ayınadək sərhədkeçməyə məhdudiyyət qoyulmur.
Asiman Soruşur Yazılma Tarixi:07.05.2016 15:16:50

Salam men ali tehsilliyem ve bu il iyul ayinda herbi xidmete gedecem . Herbiye maragim olduğu üçun zabit kimi herbide qalmaq isdeyirem . Bunun ucun ne etmeliyem? Ve zabitlik kurslari nece aydi? sag olun

Bildiririk ki, zabit kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
ANAR Soruşur Yazılma Tarixi:07.05.2016 14:56:20

Salam men Fizulide yerlesen N sayli herbi hissede 1999 cu ilde qulluq etmisem. indi ise konullu olaraq muddetten artiq xidmet etmek isteyirem. bunun ucun men ne etmeliyem, ve hansi sendeler lazimdir? birdeki men bunun ucun xidmet kecdiyim herbi hisseye getmeliyem yoxsa basqa bir yere muraciet etmeliyem? Xahis bu barede melumat vererdiz. cox sagolun.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1 maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. -       şəxsiyyəti təsdiq edən sənəd; -       ərizə və ya raport; -       şəxsən yazılmış tərcümeyi-hal; -       xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə; -       təhsil haqqında sənədin surəti; -       doğum haqqında şəhadətnamənin surəti; -       nikah haqqında şəhadətnamənin surəti (evli olduqda); -       uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaq olduqda); -       4 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 9x12 sm ölçüdə fotoşəkil; -       məhkumluğun olub-olmaması barədə arayış. Həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən şəxslər üçün tərtib edilmiş şəxsi işlərə bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissə tərəfindən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması barədə müvafiq hərbi-həkim komissiyasının qərarı əlavə olunur. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidmətinə, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Valeh Soruşur Yazılma Tarixi:07.05.2016 13:40:26

Salam men 2015 yanvar ayinda her bir sey normal olaraq herbi xidmete yollanmisam lakin orda 7 gun qaldiqdan sonra meni yeniden herbi komisarliga yollayiblar ordanda eve ve hal hazirda men evdeyem.ciyerimde problem oldugu bildirilir.lakin mene hec bir melumat verilmir ki gedecem ya yox...ama men gedmek isteyirem xais edirem mene etrafli cvb veresiniz...getmek ucun ne lazmdisa etmeye haziram

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Fuad Soruşur Yazılma Tarixi:06.05.2016 17:32:03

Salam. Bilmək istərdim ki, evin tək övladını əsgərliyə apardıqda ön cəbhəy yoxsa arxa cəbhəyə yerləşdirirlər? Digər bir sualım isə bilmək istərdim ki, evin tək övladı 4 il olar hərbi xidmətdən qayıdıb atası yataq xəstəsidir anası ağır xəstədir ailəni tək övlad dolandırır həmin tək övladı səfərbərlik vaxtı cağırılması nə dərəcədə düzgündür və ya normaldır??

Hörmətli Fuad müəllim, məlumat üçün bildiririk ki, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən Səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət aşağıdakı vətəndaşlara verilir: 15.0.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada bron edilmiş şəxslərə; 15.0.2. səhhətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab olunan şəxslərə altı ay müddətinədək; 15.0.3. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ayrı-ayrı kateqoriyalı vətəndaşlara. Həqiq xidmətə hərbi çağırış zamanı ailənin tək övladlarına hər hansı guzəştin şamil edilməsi mövcud qanunvericiliklə nəzərdə tutulmamışdır.
Orxan Soruşur Yazılma Tarixi:06.05.2016 17:13:34

Salam eyni vaxtda bir ailədən 3 oğlan hərbi xidmətə gedə bilərmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununda bir neçə övladın eyni vaxtda həqiqi hərbi xidmətə çağırışına və ya bağlaşma əsasında könüllü hərbi xidmətlərə daxil olmasına məhdudiyyət nəzərdə tutulmamışdır.
Röyal Soruşur Yazılma Tarixi:06.05.2016 14:01:07

Salam. Men herbi 2010 cu ilde herbi xidmetde olarken sehhetimde yaranan probleme göre herbi xidmetimi başa vura bilmedim. Bilmek isteyiremki men yeniden herbi xidmet kece bilerem? Herbi bilet almaq ücün yeniden. Eyer mümkündüse ne etmeliyem?

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 2.0.3-cü maddəsinə əsasən, ehtiyatda xidmət toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən, hərbi vəzifəlilər ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşlarıdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 171-ci maddəsinə əsasən, hərbi vəzifəlilər hərbi xidmətə yararlı sayıldıqları halda hərbi və ya alternativ xidmət keçmədən ehtiyata verilən hərbi vəzifəlilər çağırışçıların qeydiyyatına verilir. Siz hərbi xidmət keçərkən ehtiyata verildiyiniz üçün tibbi şəhadətləndirmə zamanı hərbi xidmətə yararlı sayıldığınız təqdirdə yalnız hərbi xidmətə toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırışa cəlb ediləcəksiniz.
Röya Soruşur Yazılma Tarixi:06.05.2016 13:30:04

Men qadinam amma konullu esger getmek isteyirem.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.             Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz. 
Cədvəldə sətir sayı :14897