Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Arzuman Soruşur Yazılma Tarixi:21.05.2016 12:16:04

salam men 1995 ci il tevelludem ve maxe kimi xidmet etmek istiyirem ve butun senedleri toplamisam posta xidmet etmek istiyirem senedleri herbi hisseye verdikden sonra men harasa pul odemeliyem yoxsa yox ? birdrki senedleri qebul etmeseler hara muraciet edim ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhkukəsizlik Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
səidə Soruşur Yazılma Tarixi:21.05.2016 11:33:07

Salam.menim qrup yoldaşim kurdemir rayonunda qeydiyyattadir.iyulun 27si 18yawi tamam olur iyulda esgerliye aparilir. Ama hele qutarmayib dekabirda qutaracaq onu saxlatmaq olarmi aprel ayina?bunun ucun ne etmelidir.

Bildiririk ki, qrup yoldaşınız Xidmətin qeydiyyatda olduğu yerli idarə, şöbə və ya bölməsi tərəfindən təhsilə görə verilmiş möhlət hüququ bitdikdən sonra ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəkdir. 
HİKMƏT Soruşur Yazılma Tarixi:20.05.2016 21:39:54

salam menim 18 yasim yanvarda tamam olub yani da 9 cu sinifden pese mektebine daxil oldum oda bu il bitirrem yani iyulda getmeliyem esger. ama men xaricde tehsil almaq isteyirem ordan vainkomata o mektebde oxumaqim haqda kaggiz gonderecekler bilmek isteyirem meni herbiden saxlayacaq vainkomat????

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən, qeyd olunan təhsil müəssisəslərində təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verildiyi üçün Siz təhsilə görə möhlət hüququnuz bitdikdən sonra müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqsınız.
Şamil Soruşur Yazılma Tarixi:20.05.2016 19:30:52

Salam. Dostum bu il universitetde 4 cü kursda təhsil alır. Bu il müəyyən səbəblərə görə təhsilini bitirə bilmir və istəyirki hərbi xidmətə təhsilini başa vurduqdan sonra getsin. Yəni 5 ci kursu oxuduqdan sonra. Bunun üçün qanuni prosedur necədir?

Bildiririk ki, dostunuz Xidmətin qeydiyyatda olduğu yerli idarə, şöbə və ya bölməsi tərəfindən təhsilə görə verilmiş möhlət hüququ bitdikdən sonra ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəkdir. 
Turan Soruşur Yazılma Tarixi:20.05.2016 13:37:45

salam.men herbi tibbi yoxlamadan kecende mende dow qefesinin defarmasiyasi yazilib saglamliq kagizina.bilmek isteyirem meni herbi xidmete gonderecekler ya yox?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
HİKMƏT Soruşur Yazılma Tarixi:19.05.2016 23:17:20

SALAM MENIM 18 YASIM YANVARDA TAMAM OLUB AMA MEN PESE MEKTEBINE 9 CU SINIFDEN DAXIL OLMUSAM DEYENE 2-3 AY SAXLADI MEKTEB IYULACAN MEN XARICDE TEHSIL ALMAQ ISTEYIREM ORDAN OXUDUGUM HAQDA KAGIZ GELENDEN SONRA MENI VAINKOMAT SAXLAYACAQMI?? XAIS EDIREM CVB YAZIN COX XAIS EDIREM EMAIL UNVANA

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verildiyi üçün Siz 2016-cı ilin iyul çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqsınız.
Hacıbala Soruşur Yazılma Tarixi:18.05.2016 21:30:07

Salam. Mən əsgərlikdə olarkən zabitliyi oxuyub vəzifə -rütbə ala bilərəm? Və maksimum Hansı rütbəyə qədər yüksələ bilərəm? Ama ki təhsil 18 ay müddətində olmaq şərti ilə .

Bildiririk ki, zabit kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Tamerlan Soruşur Yazılma Tarixi:18.05.2016 16:15:08

Salam.Men 18 yaşında sürücülük vesiqesi almışam ve ali savadlı kimi 21 yaşımda, iyul ayında herbi xidmete gederem.Bilmek isterdim surucu kimi getmek üçün sürücükük vesiqesini herbi komissarlıqda tesdiqletdirmeliyem ya yox?onceden teşekkürler...

Bildiririk ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yalnız 17 yaşına çatmış vətəndaşların və çağırışçıların xüsusi hərbi ixtisaslar üzrə hazırlığını təşkil edir. Belə ki, çağırışçılar müddətli həqiqi hərbi xidmətə göndərilənə qədər xüsusi hərbi ixtisaslar üzrə hazırlığa cəlb edilir və hazırlanmış mütəxəssislər həqiqi hərbi xidmətə göndərildikdən sonra onlar Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin müvafiq qoşun növlərində verilmiş ixtisasa uyğun vəzifələrdə müddətli həqiqi hərbi xidmət keçirlər. Nəzərinizə çatdırırıq ki, 2016-cı ilin iyul çağırışına hazırlıqla əlaqədar olaraq, Siz müəyyən olunmuş vaxtda qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsinə dəvət olunan zaman sürücülük vəsiqəsinə sahib olmağınız barədə sizinlə fərdi söhbət aparacaq  vəzifəli şəxsə məlumat verməyiniz tövsiyə olunur. 
Səlim Soruşur Yazılma Tarixi:18.05.2016 15:34:52

Salam.Mən bilmək istərdimki müddətli hərbi xidmətdən öncə müqavilə əsasında sərhəd qoşunlarının 3 aylıq hərbi hazırlıq kursu mövcuddurmu və mövcuddursa bunun haqqında mənə məlumat verməyinizi istədim zəhmət deyilsə.öncədən təşəkkürlər?

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyinizi tövsiyə edirik.
Babək Soruşur Yazılma Tarixi:18.05.2016 10:49:51

mən 2015 ci ildə SHXÇDX nə xidmətə qəbul üçün imtahan verdim və qəbul ola bilmədim.yenidən ora imtahan vermək istəyirəm bu mümkündürmü?

Bildiririk ki, 24.10.2015-ci il tarixdə keçirilmiş müsabiqədə olduqca zəif nəticə göstərdiyiniz üçün, Sizin yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Cədvəldə sətir sayı :14897