Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ELXAN Soruşur Yazılma Tarixi:03.06.2016 17:36:32

Salam.Adim ELXAN, Soyadim SADIXOV. Mən may ayinda Gəncə şəhəri Kəpəz Vaynkamadindan yoxlanişdan kecdim. ayaqimda 2 dərəcəlik yasti pəncəlik və burnumda cəpər əyriliyi oldugunu və əsgərliyə yararli oldugunu dedilər. urəyim dozməyib başqa həkimin yanina yoxlanişa getdim. Həkim mənə dedi ki, qorxusu yoxdu 2 dərəcə yasti pəncəliklə səni aparacaqlar amma sən ZABIT patinkasi geyinməlisən, cox qaşmamalisan cunki ayaginin baldir hissesi tutula biler. mən orgənmək istəyirəm ki, HƏKIM mənə düz məlumat verib, yoxsa hərbidə elə əsgər ayaqqabisi geyinəcəm. Xais sualima cavab yazin

Məlum olmuşdur ki, Siz, 2016-cı ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və  səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmisiniz.
ELXAN Soruşur Yazılma Tarixi:03.06.2016 17:11:33

Salam. men orgenmek isteyirem ki, belde QRIJA varsa. esgere aparirlar ya yox. ve yaxudda yoxlanisdan kecende bu QRIJA tesbit edilerse bunun emeliyyatini vaynkamad ozu oz ohteliyine goturecek yoxsa emeliyyati ozum oz cibimden xercimi cekib etmeliyem. Xais edirem sualima cavab yazasiniz.

Yırtıq olduqda “Xəstəliklər cədvəli”nin I-III qrafaları üzrə şəhadətləndirilənlərə cərrahi müalicə təklif olunur. Uğurlu müalicədən sonra onlar hərbi xidmətə yararlıdırlar. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və tibb müəssisələrinə həvalə olunmuşdur.
Emin Soruşur Yazılma Tarixi:03.06.2016 16:10:22

Salam. Mən öyrənmək istəyirdim ki, Türkiyədə magistiraturaya qəbul olanlar üçün hərbi xidmətdən möhlət verilir mi? Çox sağ olun.

Bildiririk ki, mövcud qanunvericilikdə magistraturaya qəbul olunanlara həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərdə tutulmamışdır.
Kamran Soruşur Yazılma Tarixi:03.06.2016 13:49:09

Zəhmət olmasa cavablandırınız, məndə yastıpəncəlilik var və hər ikisi 3-cü dərəcəyə yaxındır təqribən 147-148 dərəcə. Bu halda hərbi xidmətdən 68-ci maddəyə əsasən möhlət almalıyam ya yox?

Ayağın orta hissəsi oynaqlarının II mərhələ deformasiyaedici osteoartrozu olmadıqda çağırışçılar II dərəcəli yastıayaqlılıqla: boylama içəri tağın bucağı 141-155 dərəcə, tağın hündürlüyü 24-17 mm-dir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər.
Ülvi Soruşur Yazılma Tarixi:03.06.2016 13:23:20

Salam.mən bu il universiteti bitirirəm. mənə çağırış vərəqəsi gəlibdi. iyulda xidmətə yollanmalıyam.mənim sualım budurki mən olkədən çıxa bilərəm bir neçə gunluk? hal hazırda tələbəyəm.çağırış gəlibdi.sərhəddə bir problem yaranmaz ki?

Bildiririk ki, 2016-cı ilin iyul çağırışı zamanı həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlara çağırış ayınadək sərhədkeçməyə məhdudiyyət qoyulmur.
Rasifə Soruşur Yazılma Tarixi:03.06.2016 00:38:27

Salam.Mən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Qeydiyyatdan keçdiyim istifadəçi adını unutmuşam bunun üçün mən nə etməliyəm.

"şifrəni unutdum" bölümünə keçib göstərilən qaydalara riayət edərək bərpa edə bilərsiniz.
Tural Soruşur Yazılma Tarixi:02.06.2016 22:09:15

salam. mən iyul ayinda herbi xidmete gedecyem hansi herbi hissede qulluq edeceyimi qabacadan nece oyrene bilerem? ve nə vaxt oyrene bilerem?

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməyə müraciət edə bilərsiniz.  
Röyal Soruşur Yazılma Tarixi:02.06.2016 22:05:38

Men tahirov royal qorxmaz oglu 18 10 1998 de anaan olmusam 2016ci ilin oktyabr in 18i yasim olur amma hal hazirda 10 cu sinifde oxuyuram ve menim 18 yasim tamam olduqda men 11 de oxuycam menim esger getmeme mekteb mane ola biler? 11 de oxudugum ucun? Amma men esgerliye vxtinda yani 18 yasimda getmek isteyirem

Bildiririk ki, Siz orta ümumtəhsil məktəbini bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.  “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsinə əsasən, ümumi təhsil müəssisələrində tam orta təhsil alan  çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan 20 yaşınadək möhlət verilir.
Tural Soruşur Yazılma Tarixi:02.06.2016 21:04:14

Salam.bir göz 100 faiz digeri ise görme itliyi 0.7 di.bu herbi xidmete yararlidı?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Ramiz Soruşur Yazılma Tarixi:02.06.2016 13:44:52

Salam,mən SHXÇDX-də işə qəbulla bağlı elektron hökümət portalında bu xidmətə aid işə girmək üçün anket formasını doldurmaq üçün bir neçə dəfə səy göstərdim,çox təəsüf ki heç nə alınmadı. SHXÇDX-nə işə qəbulla bağlı hara və necə müraciət etməli?

Müraciətinizlə əlaqədar bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla əlaqədar rəsmi ərizə ilə müraciət edərək özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
Cədvəldə sətir sayı :14897