Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Sənan Soruşur Yazılma Tarixi:28.05.2016 12:56:58

Salam. Mən bu il bitirəcəm universiteti. Mənə çağırş gəlməyib hələ. Ağdam qeydiyyatındayam. İyulda əsgərliyə çağrılanlar ən son nə vaxtadək yoxlanışdan keçmək laımdır?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Ceyhun Soruşur Yazılma Tarixi:28.05.2016 11:02:15

Salam.mən Hepatit -B daşıyıcısıyam.rəsmi sənəd varki sağlam daşıyıcıyam.men hərbi xidmətə aparıla bilərəmmi?

Nəzərinizə çatdırırıq ki,B virus hepatiti” virusunun aktivliyini müəyyən edilməsi üçün çağırışçılara 6 (altı) ay müddətinə  möhlət hüququ verilir. Möhlət hüququ bitdikdə çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Nərmin Soruşur Yazılma Tarixi:27.05.2016 22:35:47

Salam. Mən SHXÇDX -yə may ayının ortaları sənəd vermişəm. Bilmək istərdimki imtahan nəvaxt olacaq.

Bildiririk ki, tərəfinizdən əvvəllər göndərilmiş (20.05.2016-cı il tarixli) məktubunuza cavab verilərək, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş vəzifələr üzrə vakant yerlər olmadığı üçün, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün olmadığı bildirilmişdir. Nəzərə almağınızı xahiş edirik.
Hüseyn Soruşur Yazılma Tarixi:27.05.2016 15:32:37

Salam Mənim adım Hüseyndir Sizden maraqlanmaq isteyiremki Güclü Alergiyası olan ve heçbir anti-biotik derman ve iyne götürməyən tenginefes olan şəxsi əsgər aparmaq olar ya yox. Əvvəlcədən təşəkkür edirəm

Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Valeh Soruşur Yazılma Tarixi:25.05.2016 01:22:18

Salam men 2015 yanvar ayinda her bir sey normal olaraq herbi xidmete yollanmisam lakin orda 7 gun qaldiqdan sonra meni yeniden herbi komisarliga yollayiblar ordanda eve ve hal hazirda men evdeyem.ciyerimde problem oldugu bildirilir.lakin mene hec bir melumat verilmir ki gedecem ya yox...ama men gedmek isteyirem xais edirem mene etrafli cvb veresiniz..

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və bölməsinə müraciət etməyiniz tövsiyə olunur.  
Murad Soruşur Yazılma Tarixi:24.05.2016 22:46:37

Salam bilmək istərdim ki,HX ə çağırış vərəqəsi nə zaman gəlir, yəni ki həkimdən keçmək haqqında çağırış ? Mən bu barədə Səfərbərlik idarəsinə getmıliyəm yoxsa?

Bildiririk ki, 2016-cı ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlar may ayından etibarən Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və  bölmələri tərəfindən tibbi şəhadətləndirilməyə cəlb olunurlar.
Məmməd Soruşur Yazılma Tarixi:24.05.2016 14:38:26

Salam.Mən aprelin 25 2016ildə təxris olmuşam) aprel doyüşlərində DMkonandiri və TKK vəzifəsində xidmət edmişəm) istəyirəm Lenkaran rayonunda herbi polisə düzəlmək) məni goturərlər?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1 maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. -       şəxsiyyəti təsdiq edən sənəd; -       ərizə və ya raport; -       şəxsən yazılmış tərcümeyi-hal; -       xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə; -       təhsil haqqında sənədin surəti; -       doğum haqqında şəhadətnamənin surəti; -       nikah haqqında şəhadətnamənin surəti (evli olduqda); -       uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaq olduqda); -       4 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 9x12 sm ölçüdə fotoşəkil; -       məhkumluğun olub-olmaması barədə arayış. Həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən şəxslər üçün tərtib edilmiş şəxsi işlərə bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissə tərəfindən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması barədə müvafiq hərbi-həkim komissiyasının qərarı əlavə olunur. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidmətinə, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
SAMİR Soruşur Yazılma Tarixi:24.05.2016 10:28:00

salam menim adim Samir soyadim Rzayevdi.Men aprel ayinda goygol rayonunda vaynkamaddan yoxlanisdan kecdim, sag gozum 93 faiz zeif gorur. Men iyul ayinda cagiris zamani esger gede bilerem?

Məlum olmuşdur ki, Siz, Xidmətin Göygöl rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz.
XALİS Soruşur Yazılma Tarixi:24.05.2016 00:50:40

Salam..Men Qax rayonu Qum kendinden Xalis Huseynov 2012ci il yanvar ayinin 5i Azerbaycan Respublikasi Daxili Qosunlarina heqiqi herbi xidmete cagirilmisam..Herbi muddet dovrunde xesteliknen bagli avqust ayinda texris olunmusam ve herbi biletde tekrar kamisiya kecmeyim muddeti 2017ci ilin avqustunda yazilib..Hal hazirda tam mualice olunaraq hekim reyiyle saglamam..Sualim budurki men yeniden heqiqi herbi xidmetimi qaldigi muddetden tam basa vura bileremmi xidmeti herbi hissemde ve bunu herbi biletde gosterilmis hekim kamisiyasini tekrar kecme vaxtini erize yolu ile vaxtindan evvel kecib xidmeti davam etdire bileremmi? xahis edirem komeyliy gostererdiz..

Bildiririk ki, vaxtından əvvəl ordu sıralarından tərxis olunan vətəndaşların təkrar müddətli həqiqi hərbi xidmətə cəlb olunması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
İsmayıl Soruşur Yazılma Tarixi:24.05.2016 00:00:27

salam. 21 yasim var 4cu kurs telebesiyem universiteti bitirirem . menle hemyasid olan dostlarim tanislarima cagiris vereqesi gelib bezilerine ayin evvelinen bezilerine ortalari hamisi poliklinikada qeydiyatdan kecibler. ama mene helede hec bir bildiris gelmiyib. xetai rayon qeydiyyatiyam.

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz Xətai rayon idarəsinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897