Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nicat Soruşur Yazılma Tarixi:14.05.2016 21:25:27

Salam. Çox xahiş edirəm sualımı cavablandırasınız. Mən iyul çağırışçısıyam. Kommisarlıqdan verilən Ağ biletimi tapa bilmirəm. Bu bilet mənə lazımdırmı ? Əgər lazımdırsa , ikincisini çıxarda bilərərmmi vaynkomatdan .?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və bölməsinə müraciət etməyiniz tövsiyə olunur.  
Məcid Soruşur Yazılma Tarixi:14.05.2016 20:55:04

Men vaxtinnan evvel heqiqi herbi xidmete getmek istiyirem.Ne etmeliyem?

Bildiririk ki, yalnız 18 yaşı tamam olan və müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb edilirlər. Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və bölməsinə müraciət etməyiniz tövsiyə olunur.  
Babək Soruşur Yazılma Tarixi:14.05.2016 14:03:15

Salam Mən 2015-ci ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndiylə Daxili İşlər Nazirliyinin Baş Muhafizə İdarəsindən işdən çıxarıldım.Bilmək istərdim bu maddə əmək kitabçamda olanda men Muddətdən Artıq Hərbi Xidmətə muraciət ede bilmərəm?

Bildiririk ki, müraciətdə qeyd etdiyiniz məsələnin həlli aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətindədir. Bu səbəbdən qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Rasim Soruşur Yazılma Tarixi:14.05.2016 13:52:42

Salam.19.12.1982-ci il təvəllüdlüyəm.AzTu-nu bakalavr AzDİU-ni magistr pilləsi üzrə bitirmişəm.Hərbi xidmətdə olmuşam.(əsgər).Müdafiə nazirliyinin hərbi hissələrində zabit işləyə bilərəmmi? Əyər mümkündürsə hara və necə müraciət etməliyəm,?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Cavid Soruşur Yazılma Tarixi:14.05.2016 09:18:53

Salam.Men bu il yeni 01.07.2016 tarixinde herbi xidmete getmeliyem.Cox isteyirdimki leytenant kursun oxuyum ve men ele bilirdimki herbi xidmetde kurs kecirilir.Amma sayelerden ele cixirki men gecikmisem.Men kursu herbi xidmetden qabaq oxuyub qurtarmaliydim.Indi men esger gedib herbi xidmetde bu kursu oxuya bilerem? Xahis edirem imkan qeder menim sualimi tez cavablandirasiniz.Tesekkurler

Bildiririk ki, leytenant kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
xəyal Soruşur Yazılma Tarixi:14.05.2016 05:29:08

Salam.sine batiqligi ile bagli bilmek isteyiremki batiqliq nece sm olanda aparmirlar

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
XAN Soruşur Yazılma Tarixi:13.05.2016 08:48:00

Salam mənim 26 03 2017-də 18 yaşim tamam olacaq men Naxcivan hərbi qeydiyyatinda olmuşam ozum Baki prapiskasindayam qeydiyyatindayam mən bilmək istəyirəm hərbi xidməti harda edəcəm

Bildiririk ki, 26.03.2017-ci il tarxdə 18 yaşınız tamam olduğu üçün 2017-ci ilin aprel çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz. Eyni zamanda nəzərinizə çatdırırıq ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında bölünür. Çağırışçıların hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilən qurumlarda baxılır.
Taleh Soruşur Yazılma Tarixi:12.05.2016 23:43:34

Salam.Ali təhsili bu il başa vurduğum üçün iyun çağırışında hərbi xidmətə çağırılacam. Sualım möhlət şərtləri ilə bağlıdır. Özüm ailəliyəm bir övladım var. Və evin tək övladı olduğumçün ailəyə tək gəlir gətirən mənəm. Bunları əsas gətirərək mənim 3illik möhlət götürmək hüququm ola bilər? və ya mən hərbi xidmətə gedib lakin ailəmə sosial yardim ala bilmək hüququm var? Əvvəlcədən təşəkkürlər

Bildiririk ki, ailənin tək övladı və eyni zamanda 1 övladı olan çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırış zamanı hər hansı güzəştin şamil edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Ailənizə sosial yardım almaq məsələsi ilə bağlı isə aidiyyəti üzrə Əmək və əhalinin sosial müdafiəsi mərkəzinə müraciət etməyiniz tövsiyə olunur.
Pərvin Soruşur Yazılma Tarixi:12.05.2016 18:55:44

salam. Fəaliyyətə baslaməş snayper kurslarinda nece istirak etmek olar və bu kurslarda istirak etmiş şexs herbi xitmetde de snayper olaraq xidmet edir mi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri və başqa silahlı birləşmələr tərəfindən xüsusi hərbi ixtisaslı mütəxəssislərin hazırlığına dair verilmiş sifarişlər əsasında növbəti il üçün müvafiq ixtisaslar üzrə hazırlığın keçirilib-keçirilməməsi və hazırlanmalı olan çağırışçıların sayı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamında qeyd olunan ixtisas üzrə hazırlığın nəzərdə tutulmaması səbəbindən, 2016-cı ildə bu ixtisas üzrə hazırlığın keçirilməsi planlaşdırılmamışdır. Əlavə olaraq bildiririk ki, hərbi hissələrə göndərilmiş çağırışçılar hərbi hissə komandirinin əmri ilə müvafiq vəzifələrə təyin olunur və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının bu vəzifələrdə xidmət keçməyin tələblərinə uyğun olub-olmamaları hərbi hissənin aidiyyəti struktur bölmələri tərəfindən müəyyən edilir.  
Hacıbala Soruşur Yazılma Tarixi:12.05.2016 07:15:53

Salam.Mənim 17 may 18 yaşım tamam olur..Hansı vaynkomata çağırılacam və nə vaxt? Və hansı qoşun növünde xidmet çəkəcəm? Indidən təşşəkkür

Bildiririk ki, Siz Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz. Eyni zamanda nəzərinizə çatdırırıq ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında bölünür. Çağırışçıların hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilən qurumlarda baxılır
Cədvəldə sətir sayı :14897