Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Vüqar Soruşur Yazılma Tarixi:23.05.2016 12:39:46

Salam.Mənim yaxınım bu il kolleci bitirir.Hazırda 21 yaşındadır.Təhsilini davam elətdirmək üçün Bakıda keçirilən Türkiyə dövlətinin qəbul imtahanına qatılıb.Bu yaxınlarda vayonkomat baxış keçirtmək üçün çağırmışdı.Qohumum təhsilini davam etdirəcəyini söyləyib lakin orada çalışan məmur ona qəbul olsanız belə sizi hərbi xidmətə aparacağıq deyib.Səbəbini sorunçub ona kollec bitirmisən və sənin ixtisasın var deyə qanunsuz cavab verib.İndi bilmək istərdik ki Hərbi xidmət və Hərbi vəzifə haqqında qanunun 5 ci fəslinin 21, 21.1.4, 21.1.5, 21.3 maddələrində göstərilən qanunlara bu kimi məmurlar tərəfində riayət edilməməsinə bizlər nə cür cavab verməliyik və şikayətimizi kimə bildirməliyik.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən, qeyd olunan təhsil müəssisəslərində təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verildiyi üçün yaxınınız təhsilə görə möhlət hüququ bitdikdən sonra müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqdır və ona qəbul imtahanlarında təkrar iştirak etməsi üçün həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsinə qanuni əsas yoxdur.
Nicat Soruşur Yazılma Tarixi:23.05.2016 11:57:15

Salam.. men herbiden 2013-cu ilde texris olmusham,bir neche hefte once menim herbi biletime seferberlik mohuru vurulub ve qirmizi rengli vereg tikilib...bilmek isterdim ki men qisamuddetlik olkeden kenara chixa bilerem? dovlet serhed xidmetinden mene her hansi bir problem yaradilmiyacaq seferberliye gore? evvelceden teshekkurler

“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununun  8-ci maddəsinə əsasən    :  
        8.1.1. səfərbərlik zamanı və müharibə dövrü üçün öz təyinatlarını müəyyən etmək məqsədi ilə çağırış vərəqəsinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) şöbə və bölmələrinə gəlirlər; 8.1.2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) şöbə və bölmələrindən aldıqları səfərbərlik sərəncamlarında, çağırış vərəqələrində və vəzifəli şəxslərin əmrlərində qeyd olunmuş tələbləri yerinə yetirirlər;   
         Qanunun tələblərinə uyğun olaraq  Sizə səfərbərlik sərəncamı verilmişdir və ölkədə səfərbərlik elan olunarsa üzərinizə düşən vəzifələri yerinə yetirməlisiniz.
    
      Hal-hazırda səfərbərlik elan olunmadığı üçün Sizin xarici ölkələrə səfər etmənizə heç bir məhdudiyyət yoxdur.
Hüseyn Soruşur Yazılma Tarixi:22.05.2016 23:27:11

Salam men bilmek isteyirem qulaq perdesinin 1i yirtiq oldugu halda ,(digerinde problem yoxdu) esitmem normal oldugu halda herbi xitmete getmeyime mane olur? qanund bele bir madde var?...Men 2015ci il iyul cagirisinda herbi komisarliga cagirildigimda yoxlanisa gonderlidim qulagimda cirk olduguna gore mene yararsiz yazdilar. Men qulagimi mualice eledim. Indi ozumu tam saglam hiss eliyire ve esitmemde normaldi. Men vaxtindan evvel yoxlanisdan kecmek ucun herbi komisarliga muraicet edecem bilmek isteyirem ki getmek ehtimalim var? qanun bunua icaze verir? 1 qulaq persenin olmamsi mane olmur ki buna?...xahis edirem sulallarima etrafli cavab veresiniz. Tesekkurler

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Kənan Soruşur Yazılma Tarixi:22.05.2016 21:40:43

Salam.Mən herbi ximetimi Xüsusi Dovlet Muhavize Xidmetinde kecirmey üçün ne ede bilerem?

Bildiririk ki, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə komplektləşdirilməsi üçün çağırışçıların seçimi adı göstərilən qoşun növü tərəfindən aparılır.
SALEH Soruşur Yazılma Tarixi:22.05.2016 18:53:33

Hepatit c olan xəstə saqlamlıq vəziyətinə görə hərbi xidmətə yararlı hesab olunur yoxsa yox?

C virus hepatiti virusuna antitellərin aşkar edilməsi, qaraciyərin gizli keçən xroniki xəstəliyinin istisna edilməsi məqsədi ilə müayinə aparılması üçün əsasdır. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Elxan Soruşur Yazılma Tarixi:22.05.2016 16:02:43

Salam.Dişlerine breket (dişlere qoylmuş dəmir tel) qoyulmuş səxslər hərbi xidmətə aparilir? Bu telləri her ayda bir dəfə həkim muayinə etmelidir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 86-cı maddəsinin I qrafasının tələblərinə əsasən breketlərin çıxarılması üçün möhlət hüququ verilir.
Elçin Soruşur Yazılma Tarixi:22.05.2016 00:44:18

Salam. Hərbi xidmətdə adi əsgər kimi xidmət edib. Lakin ona artıq 4-cü dəfədir hərbi təlimlərə qatılması üçün hərbi komissarlıqdan çağırış gəlir. 12.09.2015-ci ildə çağırılan təlimə gedib qayıdanda dedilərki növbəti dəfə artıq kimlər getməyibsə onları çağıracaqlar. Amma 02.05.2016 tarixində onu yenidən çağırdılar. Onunla eyni vaxtda gedib-gələn, və yaxud da digər xidmətini başa vurmuş şəxslər varki 1 dəfə belə olsun yenidən çağırış olmayıb. Həmin şəxs evin tək oğludur, atası,anası işləmir, özü həm oxuyur həm də işləyir. Əgər bu təlimlər olursa bu niye ümümi şəkildə təşkil olunmur? Hərbi xidmətini başa vurmuş şəxslərə hansı şərtlərlə yenidən təlimlərə çağrış olur?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər.        Nəzərinizə çatdırıram ki, 2015-ci ildə Silahlı Qüvvələrdə keçirilən təlimlərə hərbi vəzifəlilərin bir qismi çağırılmışdır.        02.05. 2016-cı ildə isə hərbi vəzifəlilər  uçot sənədlərinin dəqiqləşdirilməsi üçün yerli idarə, şöbə və bölmələrə çağırılmışdırlar.        Mövcud qanunvericiliyə görə ailənin tək oğlunun təlimlərə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərdə tutulmamışdır.        
zülfiyyə Soruşur Yazılma Tarixi:21.05.2016 23:46:08

Salam.Universiteti bitirib(Ali Tehsilli) esgerliye yollaniram. Men leytinant rutbesi alaraq zabit olmaq isteyindeyem.,Bu mumkundurmu,nece???. Tesekkur edirem

Bildiririk ki, zabit kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Elmar Soruşur Yazılma Tarixi:21.05.2016 22:07:37

Salam mən Xətai rayon hərbi komissarlığında qeydiyyatdayam.3 dəfə hərbi həkim komissiyasından keçmişəm. Birinci dəfə 6 aylıq, ikinci dəfə yararlı,üçüncü dəfə isə yenidən 6 aylıq möhlət verildi. Bilmək istəyirəm bunun sonu necə olacaq?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, müraciətlərinizdə adı qeyd olunan şəxs barədə ətraflı araşdırma aparılmış və bununla bağlı qanunamüvafiq tədbirlər həyata keçirilmişdir.
ELXAN Soruşur Yazılma Tarixi:21.05.2016 17:20:48

SALAM. Men iyul ayinda esger gedirem, vaynkamaddan yoxlanisdan kecdim, ayagimda 2 derecelik yasti pencelik var... Men bilmek isteyirem ki, 2 dereceynen esgere getmek olar?? Ve yaxudda getsem esgerde xidmetimde bir prablemler yasamayacam ki? xais edirem sualima cavab yazasiniz.. Onceden tewekkurler.......

Ayağın orta hissəsi oynaqlarının II mərhələ deformasiyaedici osteoartrozu olmadıqda çağırışçılar II dərəcəli yastıayaqlılıqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər.
Cədvəldə sətir sayı :14897