Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
İlham Soruşur Yazılma Tarixi:30.05.2016 14:41:08

Salam.1998 təvəllüd biri əgər hal hazırada xaricdə təhsil alırsa onun bu əməli onun hərbi xidmətdən yayınma kimi götürülüb cərimə oluna və ya başqa prablemlərlə üzləşə bilərmi?

Bildiririk ki, xarici ölkələrin təhsil müəssisələrində oxuyan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.
Vüqar Soruşur Yazılma Tarixi:29.05.2016 03:04:05

Salam mənim 21 yaşım var .mühafizeçiyəm və daxili qoşunlarda müddətdən artıq qulluq etmək istəyirəm .Bunun üçün hara müraciət etməliyəm

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
saleh Soruşur Yazılma Tarixi:28.05.2016 21:37:40

salam men herbi komisarliqda nece isleye bilerem

Bildiririk ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra işə qəbulla bağlı namizədliyinizə baxıla bilər. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Kənan Soruşur Yazılma Tarixi:28.05.2016 21:12:16

Salam,may ayinin 16 i meni Tibbi komisiyadan kecme ucun Vaynkomata cagirmisdilar,lakin son 1 ilde 2 defe komisiyadan kecdiyim ucun getmedim..mene herbi xidmete cagiris vereqesi gonderilecek?

Bildiririk ki, Siz tibbi müayinə olunaraq barənizdə qanunamüvafiq qərar qəbul edilməsi üçün mütləq şəkildə Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə gəlməlisiniz.
Sənan Soruşur Yazılma Tarixi:28.05.2016 12:56:58

Salam. Mən bu il bitirəcəm universiteti. Mənə çağırş gəlməyib hələ. Ağdam qeydiyyatındayam. İyulda əsgərliyə çağrılanlar ən son nə vaxtadək yoxlanışdan keçmək laımdır?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Ceyhun Soruşur Yazılma Tarixi:28.05.2016 11:02:15

Salam.mən Hepatit -B daşıyıcısıyam.rəsmi sənəd varki sağlam daşıyıcıyam.men hərbi xidmətə aparıla bilərəmmi?

Nəzərinizə çatdırırıq ki,B virus hepatiti” virusunun aktivliyini müəyyən edilməsi üçün çağırışçılara 6 (altı) ay müddətinə  möhlət hüququ verilir. Möhlət hüququ bitdikdə çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Nərmin Soruşur Yazılma Tarixi:27.05.2016 22:35:47

Salam. Mən SHXÇDX -yə may ayının ortaları sənəd vermişəm. Bilmək istərdimki imtahan nəvaxt olacaq.

Bildiririk ki, tərəfinizdən əvvəllər göndərilmiş (20.05.2016-cı il tarixli) məktubunuza cavab verilərək, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş vəzifələr üzrə vakant yerlər olmadığı üçün, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün olmadığı bildirilmişdir. Nəzərə almağınızı xahiş edirik.
Hüseyn Soruşur Yazılma Tarixi:27.05.2016 15:32:37

Salam Mənim adım Hüseyndir Sizden maraqlanmaq isteyiremki Güclü Alergiyası olan ve heçbir anti-biotik derman ve iyne götürməyən tenginefes olan şəxsi əsgər aparmaq olar ya yox. Əvvəlcədən təşəkkür edirəm

Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Valeh Soruşur Yazılma Tarixi:25.05.2016 01:22:18

Salam men 2015 yanvar ayinda her bir sey normal olaraq herbi xidmete yollanmisam lakin orda 7 gun qaldiqdan sonra meni yeniden herbi komisarliga yollayiblar ordanda eve ve hal hazirda men evdeyem.ciyerimde problem oldugu bildirilir.lakin mene hec bir melumat verilmir ki gedecem ya yox...ama men gedmek isteyirem xais edirem mene etrafli cvb veresiniz..

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və bölməsinə müraciət etməyiniz tövsiyə olunur.  
Murad Soruşur Yazılma Tarixi:24.05.2016 22:46:37

Salam bilmək istərdim ki,HX ə çağırış vərəqəsi nə zaman gəlir, yəni ki həkimdən keçmək haqqında çağırış ? Mən bu barədə Səfərbərlik idarəsinə getmıliyəm yoxsa?

Bildiririk ki, 2016-cı ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlar may ayından etibarən Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və  bölmələri tərəfindən tibbi şəhadətləndirilməyə cəlb olunurlar.
Cədvəldə sətir sayı :14891