Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elməddin Soruşur Yazılma Tarixi:12.06.2016 15:35:50

salam.Boyum 1.70 cekim 58.Hansi qosuna duse bilerem.Cagiris 01.07.2016

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla xüsusi kompüter proqramı vasitəsi ilə bölünür. Bu zaman çağırışçının antropometrik göstəriciləri (boy, çəki) onun təyin olunduğu  qoşun növünün tələblərinə cavab verməlidir.  
Kamran Soruşur Yazılma Tarixi:12.06.2016 15:25:56

Salam.Mən bilmək istərdim Kolleci bitirdikdən sonra Xaricde təhsil almagima möhlət verilecek?

Bildiririk ki, Siz kolleci bitirdikdən sonra ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqsınız.  Çünki “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən, qeyd olunan təhsil müəssisəslərində təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir.
Manaf Soruşur Yazılma Tarixi:11.06.2016 18:51:14

Salam. Universitetin bakalavr pilləsində təhsil alan tələbə axırıncı kursda imtahanlardan kəsirləri olduğu üçün kursda qalıb, yəni yenidən axırıncı kursu oxumalıdır ki bakalavr diplomunu alsın. Bilmək istərdim ki, bu cür halla qarşılaşan tələbəyə Hərbi vəzifə və hərbi xidmət haqqında qanunun 5-ci fəsil Maddə 21. punkt 21.1.4-ə əsasən bakalavr təhsilini başa vurmaq üçün hərbi xidmətə çağırışdan möhlət hüququ verilirmi ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırışdan təhsilə görə möhlət bir dəfə verilir. Təhsilə görə kredit borcu olan vətəndaşlara təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.
Ramil Soruşur Yazılma Tarixi:11.06.2016 17:41:25

Menim sualim olmusdur ki cinyaet mesuliyyetinden azad olduqdan sonra oz herbi hissemde oz vezifemde calisa bileremmi ?? Siz cavabda mene icra hakimiyyetine müraciət etmemi yazmisiz.indi men qeydiyyatda oldugum rayon uzre icra numayendeliyine yoxsa xidmet etdiyim herbi hissenin oldugu rayon icra hakimiyyəti ne muraciet etmeliyem??

Müraciətinizdə qeyd etdiyiniz məsələ ilə əlaqədar sizə əvvəllər xidmət etdiyiniz müvafiq icra hakimiyyəti orqanına müraciət etməyiniz tövsiyə olunmuşdur. Əvvəllər xidmət etdiyiniz müvafiq icra hakimiyyəti orqanıdedikdə, sizin hərbi xidmətdə olduğunuz (işlədiyiniz) müvafiq qoşun növü (və ya hərbi hissə) nəzərdə tutulur.
Sərxan Soruşur Yazılma Tarixi:09.06.2016 19:57:05

Salam ,mene xaya hidropsu diaqnozu qoyuldu komissarligda sonra muaine ucun xestexanaya gonderildim muayine olundum ve orda da eyni diaqnoz qoyuldu.Ve meni 6 iyul herbi xidmete getmeye cagirisi verildi. bu duzgundur?

Xayanın və ya toxum ciyəsinin mayenin həcmi 100 ml-dən az olan hidropsu ilə çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər.
Elşən Soruşur Yazılma Tarixi:09.06.2016 19:41:32

Salam mənim dostum var onu dalagi uzundu bilmek istiyiriki onu esger aparacaqlar ya yox onceden tewekuller

Çağırışçılarda “Anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozulmaları” xəstəlikləri üzrə tibbi şəhadətləndirilmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 80-ci maddəsinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Leyla Soruşur Yazılma Tarixi:09.06.2016 13:37:43

Salam. Xaricdə təhsil alan tələbə, 4cü ilinin sonunda, tətildə (yayda) Bakıya qayıdıb, bir neçə günü burda qalıb sonra təkrarən diplomunu təhvil almaq üçün xaricə gedərkən sərhəddən keçməklə problem olur mu? Hörmətlə, Leyla

Bildiririk ki, xarici ölkənin təhsil müəssisəsində təhsil alan tələbələrin təhsilə görə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ bitənədək onlara sərhədkeçməyə məhdudiyyət qoyulmur.
Fuad Soruşur Yazılma Tarixi:08.06.2016 21:55:00

salam. bu il magistaturaya girenlere mohlet verilecek?

Bildiririk ki, mövcud qanunvericilikdə maqistraturaya qəbul olunanlara həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərdə tutulmamışdır.
Məmməd Soruşur Yazılma Tarixi:08.06.2016 16:31:30

salam mən bilmək istəyirdimki hərbi xidmətdə eynək taxılmasına icazə var? komisyadan keçmişəm.02 iyulda çağırışdı. və hansı hərbi hissəya düşəcəyimi nə vaxt və necə öyrənə bilərəm ?

Çağırışçıların eynək taxması xüsusi qoşun növləri istisna olmaqla digər qoşun növlərində həqiqi hərbi xidmət keçməyə maneçilik törətmir.
Ağadədə Soruşur Yazılma Tarixi:08.06.2016 12:52:21

salam. Əvvəllər Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti adi ile fəaliyyət qurumda səhv etmirəmsə snayper aticiliq kursu olurdu bu sizdə də fəaliyyət görsədir?

Bildiririk ki, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) 14 iyun 2012-ci il tarixdə keçirilmiş növbədənkənar X Qurultayının qərarı ilə Cəmiyyət öz ictimai statusundan imtina edərək ləğv edilmiş və çağırışçıların xüsusi hərbi ixtisaslar üzrə, eləcə də vətəndaşların texniki ixtisaslar üzrə hazırlığının müasir standartların tələblərinə uyğun təşkil edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət yaradılmışdır. Nəzərinizə çatdırırıq ki, qeyd etdiyiniz ixtisas üzrə mütəxəssislərin hazırlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılmış “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin filiallarında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı ildə xüsusi hərbi ixtisaslar üzrə hazırlığa dair verilmiş sərəncamında snayper ixtisası üzrə mütəxəssislərin hazırlığı nəzərdə tutulmamışdır. Bununla əlaqədar cari ildə bu ixtisas üzrə kursların təşkili planlaşdırılmamışdır.
Cədvəldə sətir sayı :14897