Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rauf Soruşur Yazılma Tarixi:21.06.2016 21:10:52

Salam. Xaricdə master oxumaq isteyen telebeler üçün hərbi mükəlləfiyyət verilir?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində bakalavriat, magistratura və doktoorantura səviyyəsində tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək - müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Rafiq Soruşur Yazılma Tarixi:21.06.2016 20:40:20

Salam,Men Magistraturaya daxil olmusham, 21.06.2016 ci ile esasen Prezident Magistrlere Mohlet qerarini tesdiqledi, indi men dondura bilib gede bilerem esgerliya ,ya nece ede bileremki gedm esger gelim sora oxuyum

Bildiririk ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunan vətəndaşlar təhsil müəssisəsi tərəfindən verilmiş arayışı Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölməsinə təqdim etdikləri halda, barələrində müvafiq qərar qəbul ediləcəkdir.
Şahin Soruşur Yazılma Tarixi:21.06.2016 19:38:37

salam.. Bu il magistra qebul olanlar haqqinda serencam imzalandimi?

Bildiririk ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunan vətəndaşlar təhsil müəssisəsi tərəfindən verilmiş arayışı Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölməsinə təqdim etdikləri halda, barələrində müvafiq qərar qəbul ediləcəkdir.
İlkin Soruşur Yazılma Tarixi:21.06.2016 17:09:33

Salam.Mən səfərbərlik ve hərbi xidmətə çağrıs uzre dövlət komitəsində işlə əlaqədar 09.06.216-ci il tarixdə ərizə ilə muraciət etmisem indi bilmək istəyirəm ki,mənə nə vaxt məlumat veriləcək?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazırlığı idarəsinə gəlməyiniz təklif olunmuşdur, özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır. Əlavə olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul edildiyiniz təqdirdə Siz Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalısınız.   Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
Sənan Soruşur Yazılma Tarixi:21.06.2016 12:37:12

Salam. Mən Qubadanam. Milli Qvardiyaya düşmüşəm. Ayın 1 i yoxlanışdan keçdim. Spartak meydanında. Ama xəbər yoxdu. Mən hara düşə bilərəm? və hara düşdüyümüzü nə vaxt öyrənə bilərik?

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti 30 iyun tarixindən etibarən aktivləşəcəkdir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməyə müraciət edə bilərsiniz
pərviz Soruşur Yazılma Tarixi:20.06.2016 23:49:43

salam. men gence dovlet universitetinin beden terbiye ve idman fakultesini bitirmiwem. zabit getmek isdeyirem. boyum 1.67dir. ceki 57kq. hara muraciet etmeliyem ve ttm ne qederden sonra olur?

Bildiririk ki, zabit kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Eldar Soruşur Yazılma Tarixi:20.06.2016 23:24:50

Salam. Bildiyimiz kimi magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ haqqında qanun layihəsi artıq qəbul olunub. Soruşmaq istəyirəm ki, bu qanun layihəsi bu ilki magistrlərə şamil olunur ya yox ? Əvvəlcədən təşəkkür edirəm.

Bildiririk ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunan vətəndaşlar təhsil müəssisəsi tərəfindən verilmiş arayışı Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölməsinə təqdim etdikləri halda, barələrində müvafiq qərar qəbul ediləcəkdir.
Tusi Soruşur Yazılma Tarixi:20.06.2016 13:25:56

Salam mən damar genislənməsinden (cinsiyət orqanidan) cerrahiyə əmeliyati olmusam(4 il olar), birdə sag tərəfdə tamar genislənməsi var bu əsgərlik etməyimə mane olarmi ?

Kişi cinsiyyət orqanlarının xəstəliklərinə görə tibbi göstərişlər üzrə şəhadətləndirilənlərə cərrahi müalicə təklif olunur. Müalicənin nəticələri qeyri-qənaətbəxş olduqda və ya ondan imtina edildikdə şəhadətləndirilmə funksional pozulmaların dərəcəsindən asılı olaraq keçirilir. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Çinarə Soruşur Yazılma Tarixi:20.06.2016 10:55:10

Salam.Mənim qardaşım 2006-ci ildən bəri mənfi eynək istifadə edir.Hal hazirda gözünün görməsi -4.5 miyopiyadir.Belə halda o əsgərlik üçün yararlı sayılırmı?Əvvəlcədən təşəkkür edirəm.

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Vasif Soruşur Yazılma Tarixi:20.06.2016 00:12:06

1.Sıradankənar hərbi xidmətə yararlılıq haqqında qərar hansı meyarlar əsasında verilir və məzmunu nədən ibarətdir? ,

Sıradankənar hərbi xidmətə yararlı və (və ya) müəyyən qoşun növündə hərbi xidmətə yararsız sayılmış hərbi qulluqçular həmin qoşun növündə arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə təyin edilirlər.  
Cədvəldə sətir sayı :14891