Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Xasay Soruşur Yazılma Tarixi:29.06.2016 16:18:24

Salam. Menim qardaşım oğlu 2013-cü ildə orta məktəbi bitirib Rusya universitetlərindən birinə qəbul oldu. Universitet ona herbi möhlət üçün arayış təqdim etdi və arayışı aidiyyəti üzrə təqdim etmişdik. Sonradan qardasim oğlunun bəzi çətinlikləri olduğu üçün universitetdən ayrıldı və təhsilini Ukrayna universitetlərindən birində davam etdirməyə başladı. Hazırda oxuduğu universitet tələbəyə 2018-ci ilədək möhlət hüququ haqqında arayış verib və tələbə arayışı SHXÇDX-nin rayon şöbəsinə təqdim etmişdir. Öyrənmək istəyirik ki, bu halda tələbənin xidmətə çağrılması mümkündürmü.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verildiyi üçün qardaşınıza təhsilə görə müddətli həqiqi hərbi xidmətə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur. 
Zəka Soruşur Yazılma Tarixi:29.06.2016 15:25:28

Salam.Mənim qardaşım iyul ayında əsgər gedəcək.Sizin elektron xidmət vasitəsi ilə hərbi xidmətini harda edəcəyini öyrəndikdə sadəcə xidmət edəcəyi qoşun növü yazılır(Dövlət təhlükəsizlik xidməti).Biz onu hansı nömrəli hərbi hissədə xidmət edəcyini necə öyrənə bilərik?

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etməyiniz təvsiyə olunur.
Ruslan Soruşur Yazılma Tarixi:29.06.2016 14:44:12

Salam men homeseksualam iyul ayin 1i herbi xidmete cagirilmisam. bildiyim qederi ile homoseksuallari herbi xidmete aparmirlar. Bu haqqda kime muraciet etmeliyem. Amma mexvi qalmasini isteyirem.

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Pərviz Soruşur Yazılma Tarixi:28.06.2016 23:28:48

Salam,bu il magistraturaya qəbul olan tələbələr hansı tarixə qədər Universitetdən aldıqları arayışı qeydiyyatda olduqlari bölməyə verə bilərlər?

Bildiririk ki, ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunmuş çağırışçılar həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsil haqqında arayışı çağırış ayı ərzində Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə təqdim etdikləri halda, barələrində qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Kamran Soruşur Yazılma Tarixi:28.06.2016 19:19:30

Salam mənim tam sağlam olmadiğim təqdirdə mualice almamış məni tam sağlam yazıb hərbi xidmətə göndərməyləri nə dərəcədə düzgündür ?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Nahid Soruşur Yazılma Tarixi:28.06.2016 18:04:33

SALAM .MENIM SAG GOZUM ZEIFDI CEPLIKDE VAR RAYONDA YOXLADILAR 100 DEN 50 GORUREM SOL GOZUMSE TAM GORUR.YARARLI SAYILIRAMMI?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
İsmayıl Soruşur Yazılma Tarixi:28.06.2016 16:16:07

Salam. Menim valideynlerimden biri 2-ci qrup elildir. Hervi komissarliqdan ne qeder peniya aldiğina aid sened istediler verdim. Bu senedi neye göre istediler?

Bildiririk ki, sualınızla bağlı araşdırma aparılması üçün soyadınızı, adınızı, təvəllüdünüzü və Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz.
Akif Soruşur Yazılma Tarixi:27.06.2016 21:59:37

Salam men iyulun 1-i paveskam gelib ancaq men unide oxudugum ucun diplom iwi 5 ne kimi olacaq nece saxlada bilerem birdeki duwduyum yerin nece oyrene bilerem?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin Lənkəran rayon şöbəsinə müraciət etməyinizi tövsiyə edirik. Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti 30 iyun tarixindən etibarən aktivləşəcəkdir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməyə müraciət edə bilərsiniz.
Kamran Soruşur Yazılma Tarixi:27.06.2016 21:56:33

Salam . 18 yasim tamam olub universitete qebul olmusam, xarici pasport almaq isteyirem, herbi biletimde pecat olmalidi dediler , pecat ucun universitetden arayis lazmdi?

Bildiririk ki, xarici ölkələrin təhsil müəssisələrində oxuyan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.
Samir Soruşur Yazılma Tarixi:27.06.2016 19:29:29

Salam. Men universiteti bu il bitirdim ve türkiye dövlet universitetine magistratura üçün sened vermişem. Cvblar texminen iyul ayının axırı ve avqust ayının sonuna açıqlanacaq. Neticeler belli olana qeder mene möhlet verilekmi?

Bildiririk ki, xarici ölkənin ali təhsil müəssisəsində magistraturaya qəbul olunmağınız haqqında arayışı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə çağırış ayı müddətində təqdim etdiyiniz halda, barənizdə qanunamüvafiq qərar qəbul edilə bilər.
Cədvəldə sətir sayı :14897