Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Vəfa Soruşur Yazılma Tarixi:06.07.2016 10:18:10

Salam.Qardashim Berdeye getmeli idi esger,amma Bileceriden yola saldilar Goranboya.Kompyuterde Berde yazilibsa,Goranboya nece dushe biler?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Fazil Soruşur Yazılma Tarixi:06.07.2016 06:07:56

Salam. Xarici ölkə universitetlərinin çoxunda deadline vaxtı iyul ayının sonu bitir. Və universitetdən arayışı avqust ayının əvvəlində əldə etmək olur. Mən bilmək istəyirəmki o vaxta qədər möhlət verilir arayışı gətirməyə ya yox?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
TURAL Soruşur Yazılma Tarixi:06.07.2016 00:21:08

salam men herbi xidmeti bitirmisem herbi biletimde 17c-w68c 13d-A3 maddeleri yazilib bilmek olar ne maddelerdi bunlar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin:
a)        13-cü maddəsinin “d” bəndinə “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları: zəif qidalanma, II dərəcəli alimentar piylənmə” aiddir;
b)        17-ci maddəsinin “c” bəndinə “Somatoform və stresslə bağlı nevrotik pozuntuları, mülayim dərəcədə ifadə olunmuş, qısamüddətli xəstəlik” aiddir;
c)        68-ci maddəsinin “c” bəndinə “Yastıayaqlılıq və ayağın digər deformasiyaları, funksiyaların mülayim dərəcədə pozulması ilə” aiddir. Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə yararlı sayılmlış vətəndaşlar barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəydən sonra həkim-mütəxəssis “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər” cədvəlinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 3 nömrəli cədvəli) “a” bölməsinə müvafiq olaraq hərbi xidmətkeçmə üçün təyinatın (Qoşunların, hərbi hissələrin növləri) rəqəm göstəricisini müəyyən edir. “Hərbi xidmətə yararlıdır A-3” hesab edilmiş çağırışçılara bəzi qoşun növlərində xidmət keçməyə məhdudiyyət qoyulur (xüsusi təyinatlı hərbi hissələr, dəniz piyadası, hava desant, desant hücum heyəti və s.).
Aişə Soruşur Yazılma Tarixi:05.07.2016 22:43:24

salam yaxinim artiq 10 aydirki herbi xidmetdedi qeyd edimki zaqatala daxili qowunda xidmet edir .mezuniyyete niye buraxmirlar .9 ay tamam olsada buraxmirlar niye gecikdirirler ? ozleri xeberde vermirler .coxlari artiq mezuniyyete buraxilib .xahiw edirem sualima cavab veresiniz

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı qohumunuzun xidmətdə olduğu qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Ramil Soruşur Yazılma Tarixi:05.07.2016 21:30:09

Salam.Xahish edirem cavablandirasiz.Bu il herbi xidmete yollanmaliyam.Meni Xacmaz rayonu herbi xidmete caqiris menteqesine caqiriblar.Amma menim hara dusduyum haqda ne saytda ne de caqiris menteqesinde hec bir melumat yoxdu.bu ne derecede duzgundur ve men bu halda ne etmeliyem??

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Anar Soruşur Yazılma Tarixi:05.07.2016 13:09:43

salam. Şərur rayon voenkomatından Respublika Dəri-Zöhrəvi dispanserinə vermək üçün mənə akt verdilər. O aktı orda hazırladılar və yenidən voenkomata göndərməli idilər ki məni də əsgərliyə çağırsınlar.Amma adım yenə də sistemdə çıxmır.Ali təhsilliyəm. sualım odu ki bu sənədlər voenkamata nə vaxt çatacaq ki mənə də çağırış gəlsin?

Məlumat üçün bildiririk ki, "Sağlamlıq haqqında vəziyyətin müayinə edilməsi aktı"nız 04.07.2016-cı il tarixdə aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinə göndərilmişdir.
Elməddin Soruşur Yazılma Tarixi:04.07.2016 22:48:54

Salam Men Esgerlikden Gelmisem...Yeniden Muddetden Artig Qulluqcu Kimi Xidmet Etmek Isteyirem... Mene Deyirler Ki 2500 Azn Verin Duzeldek...Bu Nece Olur Xais Edirem Cavab Yazardinizda

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməkləri qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti (keçmiş Milli Təhlükəsizlik Nazirliyi), Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına və müraciətdə qeyd etdiyiniz digər məsələ ilə bağlı aidiyyəti orqana müraciət etməyiniz tövsiyə olunur.
Vüqar Soruşur Yazılma Tarixi:04.07.2016 18:49:54

Salam. Mən keçən ilin çağırışçısıyam. Onurğamda eyrilik olduğuna görə Hərbi Xidmətə aparmadılar. Amma men getmək istəyirem. Onurğamda 13 dərəcə əyilmə var. 2 ci dərəcəli skolyoz hesab olunur. Könüllü şəkildədə getmək istəyirəm. Ağrı və başqa problemlərim yoxdur.Keçən ildən bu günə kimi müalicevi idmanlar etmişəm. Mən indi nə etməliyəm?? Siz Necə köməklik edə bilersiniz???

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Cavid Soruşur Yazılma Tarixi:04.07.2016 17:21:11

Salam mən magistraturaya daxil olmuşam hərbi komissarlığa arayış vermişəm çağırışım ləğv olunub indi xarici pasport alıb xaricə getməliyəm amma komissarlıq təhkim vəsiqəmə möhür vurmur bu niyə belədir xahiş edirəm cavab verin? məni get-gələ salırlar mənə tez lazımdır xarici pasport

Bildiririk ki, ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunmuş çağırışçılar həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə təqdim etdikləri halda, barələrində qanunamüvafiq qərar qəbul ediləcəkdir.
babək Soruşur Yazılma Tarixi:04.07.2016 16:45:06

Mən Gəncə şəhərində yasayiram kəpəz komisarliqi ancaq mənim adim cixmayibdi komisarliqdan deyiblərki,15-si tarixində bilinəcək.Bu nədən irəli gəlir? oktyabr cagirisina qala bilərik?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Cədvəldə sətir sayı :14897