Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Mirəli Soruşur Yazılma Tarixi:11.07.2016 13:59:33

Salam. Meni voynkamat xesteliyime gore ag ciyer xestelikleri instutuna gonderdi. Men iyun ayinin 30 u xestexanada hekimlerin reyi ile esgerliye yararli olarag gonderdiler. Dediler senlik hec bir sey yoxdur sen get. Indi menim ne adim ne voynkamatda ne de bu saytda cixib. Men hardan bilerem ki men hara dusmusem?

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün  qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.    
Şaməddin Soruşur Yazılma Tarixi:11.07.2016 00:27:35

Salam men aprel doyuslerinin istirakciyam ve bu doyuslerde istirakim haqqinda herbi biletimde qeyd olunub.hal hazirda men herbi xidmetimi basa vurmusam.Herbi hisseden men texris olanda dediler ki biz yeni doyuslerde istirak edenler pensiya alacagiq ve bunun ucun erazide yerlesen herbi komissarliga yaxinlasmaliyiq.sizden xaisim ourki bunun ucun hansi senedler teleb olunur zehmet olmasa deyerdiz

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, pensiya təyin edilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətinə daxil olmadığından aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz məqsədəuyğundur.
Nasir Soruşur Yazılma Tarixi:10.07.2016 22:57:35

Men Qebele rayonunda qeydiyyatdayam. Hal-hazirda universitetde bakalavr tehsili aliram. Amma Tehkim olunma vereqeme möhlet huququ veren möhür axirinci defe niyese 1 illik vurulub ve vaxti bu gun bitib. Mende olan melumata gore mohlet mohuru en az 3 illik vurulmalidi.Universitetde 2 ilim qalib. Xahiş edirem bu barede melumat vererdiz.

Bildiririk ki, təhsilini davam etdirmək üçün çağırışdan hüququ möhlət verilmiş çağırışçılar hər il oktyabr ayının 1-nə qədər şəxsən rayon (şəhər) idarə, şöbə və bölmələrə təhsillərini davam etdirmələri haqqında arayış təqdim etməlidirlər.           Həmin arayış təqdim edildikdə, Sizə cağırışdan möhlət verilərək «İlkin hərbi qeydiyyata alınma haqqında» (çağırış komissiyasına təhkim edilmə haqqında şəhadətnamə) vəsiqənizdə müvafiq qeydlər aparılacaqdır.  
Elnur Soruşur Yazılma Tarixi:10.07.2016 20:14:35

Salam. Mən Zampalit ( siyasi zabit) ixtisasına qoyulan tələblər haqqında Məlumat almaq istərdim.Əvvəlcədən təşəkkürlər.

Bildiririk ki, şəxsi heyətlə iş üzrə zabit və psixoloq hazırlıq kursları Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunduğu üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Azər Soruşur Yazılma Tarixi:10.07.2016 19:20:38

Salam.Men ali tehsilimi bitirmisem may ayinda hekim komissiyasina cagirildim ve komissiyadan musbet netice ile kecdim.Ancaq iyul ayinin cagirisinda menim xidmet edeceyim qosun novunun adi cixmadi.Vaenkomata muraciet etdim ve iyul ayinin 20 ne pavesqa verdiler.Sualim budur ki menim xidmet edeceyim qosun novu ne vaxt bilinecek ve herbi xidmete ne vaxt yola duse bilerem?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Elvin Soruşur Yazılma Tarixi:10.07.2016 11:32:02

Salam. Menim 31 yasim var. 2003-2007-ci illerde Odlar Yurdu Universitetinin huquq fakultesini bitirmisem. Hal-hazirda bu xidmete qebul olub herbi rutbe almaq arzusundayam. Lakin ilk olaraq hara ve hansi qaydada muraciet etmeli olduqumu deqiq bilmirem. Ona gorede sizden xahis edirem hara muraciet etmek lazim olduqu barede sualima cavab veresiz. Onceden tesekkur edirem

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, hal-hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxıldığına görə, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Cəmilağa Soruşur Yazılma Tarixi:10.07.2016 11:07:39

SHXÇDX-nin Mərkəzi hərbi həkim komissiyası tərəfindən sağlamlığında olan anadangəlmə problemlə əlaqədar 3-cü məhdudiyyət dərəcəsi qoyulmuş çağirişçı xidmətə göndərilərkən hansı qoşun növlərində xidmət keçə bilməz və xidmət müddətində ona hansı güzəştlər şamil olunur. Sualı cavablandırmağınızı xahiş edirəm və qabaqcadan təşəkkürümü bildirirəm

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla xüsusi kompüter proqramı vasitəsi ilə bölünür.
Niyazi Soruşur Yazılma Tarixi:10.07.2016 10:39:44

Salam. Hansı hallarda konullu esgerliye getmek olar?. Birdə mən yastıpengeliye gore esgere aparmırlar. belə olan vəziyətdə konullu gedə bilərəm? əgər getsəm herbi bilete yararsız olur yenədə?

Bildirilir ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar.     
         Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Tuqay Soruşur Yazılma Tarixi:09.07.2016 23:36:15

Salam hər vaxtınız xeyir sizə müraciətimin səbəbi Cənab General Arzu Rəhimovun qəbulu ilə bağlıdı. Mən Ağstafada yaşayıram.İstərdim ki qəbul vaxtını dəqiqləşdirim, və bu məqsədlə kimə müraciət etməliyəm.

Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi tərəfindən vətəndaşların qəbulu hər ayın sonuncu şənbə günü Xidmətin Aparatında həyata keçirilir. Qəbulda iştirak etmək üçün hər ayın sonuncu həftəsinin istənilən günü şəxsiyyət vəsiqəsi ilə birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına gəlməli (Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30) və müvafiq qaydada qeydiyyatdan keçməlisiniz.
İSAM Soruşur Yazılma Tarixi:09.07.2016 21:23:53

Salam .Men ayin 21 muveqqeti herbi xidmete cagirlimiwam .Bilmek isteyirem ki olkeden hemin tarixe kimi cixib gelmek icazem varmi?

Bildirilir ki, Sizin 2016-cı ilin iyul çağırışında həqiqi  hərbi xidmətə çağırılacağınızı nəzərə alaraq Respublika ərazisini tərk etməməyiniz məqsədəmüvafiq hesab edilir.
Cədvəldə sətir sayı :14897