Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rasim Soruşur Yazılma Tarixi:09.07.2016 20:59:43

Salam mənim oğlum ƏLİ HACIYEV RASİM OĞLU hara düşməyi ilə marağlanıram bilirəm FHN düşüb hansı bölgəyə düşdüyünü öyrənmək istəyirəm zəhmət olmasa bu haqda məlumat verin.

Qeyd etdiyiniz məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Nicat Soruşur Yazılma Tarixi:09.07.2016 16:36:12

salam gozume astiqmatizm diaqnozu qoyublar .bu diaqnozun mualicesi eynek ve emeliyyatdi .bu cagirişda aparmadilar.men eynekler mualice olsam gelen cagirişda aparacaqlar?yeni qisasi eyneknen esger aparillar?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. Əlavə olaraq bildiririk ki, çağırışçıların eynək taxması xüsusi qoşun növləri istisna olmaqla digər qoşun növlərində həqiqi hərbi xidmət keçməyə maneçilik törətmir.
Mətləb Soruşur Yazılma Tarixi:09.07.2016 01:26:54

Salam. Hər vaxtınız xeyir. Sizdən məlumat almaq istərdim. 1. Qardaşım Türkiyə Universitetinə qəbul olub. Universitetlə, əlaqə saxladıq. Bizə bildirildiki, Bizə Universitet tərəfindən qəbulla bağlı arayış təqdim olunacaq. Arayış iyul ayının 25-30 arası bizə göndəriləcək. Amma, qardaşımı ayın 15-i hərbi xidmətə görə çağrılıb. Universitete, qəbulla bağlı hərbi xidmətə görə möhlət hüquqi verilib. Məlumat almaq istərdim, bu halda nece köməklik edə bilərsiniz.

Bildiririk ki, xarici ölkələrin təhsil müəssisələrində oxuyan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı (arayışda çağırışçının təhsil müəssisəsinə qəbul olunduğu, məzun olacağı tarix və bakalavr pilləsində əyani təhsil alması göstərilməlidir) Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.
Elvin Soruşur Yazılma Tarixi:08.07.2016 16:48:03

hərbi xidmətə cagirilan zaman, hərbi komissarliq terefinden səxsiyyet vesiqesinin alinmasi ne dərcədə düzgündür və bu qanunidirmi?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar şəxsiyyət vəsiqələrini Xidmətin yerli idarə, şöbə və bölmələrinə təhvil verməlidirlər. Alınmış şəxsiyyət vəsiqələri çağırış başa çatdıqdan sonra aidiyyəti üzrə rayon polis şöbələrinə göndərilir.
Tural Soruşur Yazılma Tarixi:08.07.2016 14:25:00

Salam men herbi xidmeti bitirdim ali tehsilliyem.menim herbi biletime maddeler yazilib zehmet olmasa oyrene bilerem 17c-w68c,13d-a-3

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin: a)         13-cü maddəsinin “d” bəndinə “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları: zəif qidalanma, II dərəcəli alimentar piylənmə” aiddir; b)         17-ci maddəsinin “c” bəndinə “Somatoform və stresslə bağlı nevrotik pozuntuları, mülayim dərəcədə ifadə olunmuş, qısamüddətli xəstəlik” aiddir; c)         68-ci maddəsinin “c” bəndinə “Yastıayaqlılıq və ayağın digər deformasiyaları, funksiyaların mülayim dərəcədə pozulması ilə” aiddir. Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə yararlı sayılmlış vətəndaşlar barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəydən sonra həkim-mütəxəssis “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər” cədvəlinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 3 nömrəli cədvəli) “a” bölməsinə müvafiq olaraq hərbi xidmətkeçmə üçün təyinatın (Qoşunların, hərbi hissələrin növləri) rəqəm göstəricisini müəyyən edir. “Hərbi xidmətə yararlıdır A-3” hesab edilmiş çağırışçılara bəzi qoşun növlərində xidmət keçməyə məhdudiyyət qoyulur (xüsusi təyinatlı hərbi hissələr, dəniz piyadası, hava desant, desant hücum heyəti və s.).
Emil Soruşur Yazılma Tarixi:08.07.2016 01:08:49

Salam mən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıram və mən universitetdə oxuduğum müddətdə mənə hərbiylə bağlı zəng eləmişdilər universitetdən sənəd göndərilməmişdi bu səbəbdən və hələdə göndərilib göndərilmədyin bilmirəm təcili xaricə çıxmalıyam əgər göndərilməyibsə problem yaradacaq. Universitetdən sənədimi göndərilib göndərilmədyin hardan öyrənə bilərəm universitet bitdiyindən universitetdən öyrənə bilmirəm

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Osman Soruşur Yazılma Tarixi:07.07.2016 15:25:32

Salam mən xəstəliyimə görə 21 iyun 2016cı il tarixində Bakıda yerləşən travmatologiyaya göndərildim müayinədən də keçmişəm çoxdan lakin Sumqayıtda yerləşən Hərbi Komissarlığa gedirəm mənə bir cavab demirlər ki yararlısan ya yararsız və bilmək istəyirəm ki adım ayın neçəsi çıxacaq çağırışçıların cədvəlində və xidmətdə olacağım yeri nə vaxt öyrənəcəm ? məni oktyabr ayına saxlamazlar ki ? (özüm də oktyabr ayına qalmaq istəmirəm)

Məlum olmuşdur ki, Siz, 2016-cı ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Sumqayıt şəhər idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmisiniz. Siz, 2016-cı ilin oktyabr çağırışına cəlb olunacaqsınız.
Namaz Soruşur Yazılma Tarixi:07.07.2016 10:15:11

salam.mən ikinci çağırışa qaldım deildi.ikinci çağırış ayn neçəsinnən başlayr?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
XALIQ Soruşur Yazılma Tarixi:06.07.2016 20:45:43

men balaken rayonu kortala kendinde yawayiram.men herbi xidmete 2014 yanvarda getmeliydim diz qapagimda trama olduqu ucun 2 defe tramatologiya universitedinde olmuwam.3 defede kosbitalda ve menim 2 il 6 ay olduqdan sora herbi xidmete cagrirlar.halbu ki dizimdeki trama ele duru.men bu haqda muraciet edim.

Məlum olmuşdur ki, Siz, 2016-cı ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Balakən rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz. Əlavə olaraq bildiririk ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz razılaşdırılmış qrafikə əsasən şəxsi işinizlə birgə 19.05.2016-ci il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasında təkrar şəhadətləndirilmiş və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmisiniz. Siz, 2016-cı ilin iyul çağırışına cəlb olunacaqsınız.
Hacıqulu Soruşur Yazılma Tarixi:06.07.2016 14:35:44

Salam. Mene iyul 2015 de belimdeki disk yirtigi ile bagli 3 ayliq mohlet veribler ve oktyabirda daha 1il mohleti artiriblar. Hemin muddet oktyabr 2016da tamam olur. Bilmek isterdim ki, hemin muddet tamam olandan sora belimdeki problem hell olunmayibsa mene yeniden mohlet huququ verilecek yoxsa yararsiz olaraq herbi bilet verilecek?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Cədvəldə sətir sayı :14897