Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Emil Soruşur Yazılma Tarixi:01.07.2016 11:33:54

Salam. Men bilmek isderdimki seferberlik haqda qanunda herbiye cagirildigim gun yox ayin sonuna dogru gede bileceyim haqda madde varmi. Veya buna benzer basqa bir sey. Men ayin 1i cagirilmisam amma mueyyen sebeblerden dolayi ayin sonuna dogru getmek isdeyirem. Mumkunmu cagirildigim gun getmeyem?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı mövcud qanunvericilikdə hər hansı güzəşt nəzərdə tutulmamışdır.
Şahlar Soruşur Yazılma Tarixi:01.07.2016 10:44:05

salam. men bu il quluq edeceyim herbi hissenin nomerin bilirem, lakin harda yerleshdiyin nece oyrene bilerem?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz qoşun növünə müraciət etməyiniz tövsiyə olunur.
Əhəd Soruşur Yazılma Tarixi:30.06.2016 16:39:55

salam mənim 1998 ci il 5 iyul tarixində 18 yaşım tamam olur və mən bilmək istərdim ki hərbi xidmətə yaşım tamam olan kimi yollanacam yoxsa oktyabr da,

Bildiririk ki, 05 iyul 2016-cı il tarixdə 18 yaşınız tamam olarsa 2016-cı ilin iyul çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Məhəmməd Soruşur Yazılma Tarixi:30.06.2016 14:53:00

Salam. Bilmək istəyirəm ki, bir ailədən iki qardaş 2010 və 2016-cı illərdə (iyul) Müdafiə Nazirliyi tərkibində eyni rayon və ya şəhərdə hərbi xidmətə çağrıla bilərmi? Bununla bağlı hansısa informasiya mənbəyi, qanun, sərəncam və ya başqa sənəd varmı, varsa necə əldə edə bilərəm?

Bildiririk ki, qardaşlar eyni vaxtda və eyni rayon çağırış komissiyası tərəfindən həqiqi hərbi xidmətə çağırılarlarsa, onlar bir qayda olaraq hərbi xidmət keçmək üçün eyni hərbi hissəyə göndərilirlər. 
Fazil Soruşur Yazılma Tarixi:30.06.2016 14:27:57

Salam. Mən çağırışı almışam. Amma Türkiyə Universitetlərinə magistratura üçün sənəd göndərmişəm. Bilmək istəyirəm magistrlara möhlət veriləcək ya yox?

Bildiririk ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunan vətəndaşlar təhsil müəssisəsi tərəfindən verilmiş arayışı Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölməsinə təqdim etdikləri halda, barələrində müvafiq qərar qəbul ediləcəkdir.
Ülvi Soruşur Yazılma Tarixi:30.06.2016 13:50:39

Salam size 1 sualim olacaq iyunun 15-den sonra qeydiyyatdan kecenlerin hara dusduyu ne vaxt aciqlanir?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Gülarə Soruşur Yazılma Tarixi:30.06.2016 12:49:56

Salam. Bilmek istəyirəm ki, peşə liseyinin 3-cü kursunu bitirəndə 18 yaşı tamam olmuş çağırışçılara Ali məktəblərə qəbul imtahanı vermək üçün möhlət verilir?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.2-ci  maddəsinə əsasən, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Həmin qanunun 21.1-ci maddəsinə əsasən isə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir.
Bürhan Soruşur Yazılma Tarixi:30.06.2016 12:14:18

Salam. Mən Suraxanı rayonu qeydiyatındayam. Hərbi çağırışım var və kamisarlıqdan keçmişəm. Lakin bəzi arayışlar istənmişdi məndən və.hələdə çatdırmamışam. Yaşadığım ünvanda yerləşən poliklinikadan və vərəm dispaserindən kağız gətirməli idim hərbi kamisarlığa. Bu kağızları hələdə verə bilməmişəm. Bu səbəbdən çağırşçılar siyahısında adım çıxmaya bilər?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların tibbi müayinələrinin nəticələri barədə məlumatlar Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə daxil olduqdan sonra barələrində qanunamüvafiq qərar qəbul edilir.
Sənan Soruşur Yazılma Tarixi:30.06.2016 12:03:10

Salam mən türkiyədə oxumağa sənət göndərmişəm çağırışı 4 dünə yazıblar cavab iyulun axırı yada avqustun ortaları gələcək mən necə edə bilərəm ki cavablara qədər qala biləm

Bildiririk ki, xarici ölkələrin təhsil müəssisələrində oxuyan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı (arayışda çağırışçının təhsil müəssisəsinə qəbul olunduğu, məzun olacağı tarix və bakalavr pilləsində əyani təhsil alması göstərilməlidir) Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.
ilqar Soruşur Yazılma Tarixi:30.06.2016 11:57:24

Salam. Men universitet mezunuyam. Herbide muddetden artiq xidmet kecmek isteyirem.hazirda bu istiqametde qaydalar necedi? Yeni TTM e gonderiw ilk aylarda olur ya xidmetden sonra Onceden tewekkur

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhkukəsizlik Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897