Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ceyhun Soruşur Yazılma Tarixi:25.06.2016 14:46:36

Salam, Menim sol qulağımın pərdəsinin 33 faizi anadan gəlmə yoxdur (deşikdir). Men heqiqi herbi xidmete yararlı sayılıram?

Çağırışçıların qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 40-cı maddəsinin I qrafasının tələblərinə əsasən hər qulağda eşitmənin zəifləməsindən və funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Ramil Soruşur Yazılma Tarixi:24.06.2016 11:16:29

Nəzərə alsaq ki, ayın 28-dən yeni magistrların qeydiyyatı başlanır hal-hazırda magistraturaya qəbul olunanlara həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmağı nə vaxta planlaşdırılır?

Bildiririk ki, ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunmuş çağırışçılar həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə təqdim etdikləri halda, barələrində qanunamüvafiq qərar qəbul ediləcəkdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, magistraturada təhsilini hərbi xidmətini başa vurduqdan sonra davam etdirmək istəyən vətəndaşlar akademik məzuniyyət götürərək hərbi xidmətə gedə bilərlər. 
Nuranə Soruşur Yazılma Tarixi:24.06.2016 10:33:10

Salam.Mənim həyat yoldaşımda allergiya var.Hər gün səhər yuxudan oyanıb havaya çıxan kimi ya heç çıxmasa da allergiyası başlayır.Dayanmadan asqırır.Dərman içir allergiyaya qarşı 3-4saat yatır biraz allergiya keçir.Dərmanı içməsə yatmasa dayanmadan asqırır,gözünü aça bilmir gözündən yaş axır.Yatmasa çox pis vəziyyətdə olur.Bu hal demək olar ki,hər gün yaxudda bir gündən bir baş verir.Belə vəziyyətdə o hərbi xidmətə yararlıdırmı?Onu da qeyd edim ki,hərbi komisarliqda yoxlanışdan keçib ancaq allergiyalı olduğunu deməyib onlar da yoxlamayıb.

Toksiko-allergik təsirlərdən, kəskin allergik xəstəliklərdən (anafilaktik şok, zərdab xəstəliyi, Layel, Stivens-Conson sindromları), digər xarici amillərin təsirindən sonra hərbi xidmətə və hərbi uçot ixtisası üzrə xidmətə yararlılıq kateqoriyası, xəstəliyin nəticəsindən və zədələnmiş orqan və ya sistemlərin funksiyalarının pozulma dərəcəsindən asılı olaraq “Xəstəliklər cədvəli”nin müvafiq üzrə təyin edilir. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Vüqar Soruşur Yazılma Tarixi:24.06.2016 02:06:58

21 iyun fərmanına əsasən magistraturaya qəbul olunanlara hərbidən möhlət veriləcək və bu iyul çağırışçılarına şamil olunacaq?

Bildiririk ki, ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunmuş çağırışçılar həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə təqdim etdikləri halda, barələrində qanunamüvafiq qərar qəbul ediləcəkdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, magistraturada təhsilini hərbi xidmətini başa vurduqdan sonra davam etdirmək istəyən vətəndaşlar akademik məzuniyyət götürərək hərbi xidmətə gedə bilərlər. 
Səlim Soruşur Yazılma Tarixi:24.06.2016 01:32:35

Salam.Mən bimək istərdimki əsgərlikdə olan müddətdə çavuşluğu oxumaq müvcuddurmu və əgər mövcuddursa neçə ay əsgər olduqdan sora bu baş tutar?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Anar Soruşur Yazılma Tarixi:23.06.2016 22:39:00

Mən qərb bölgəsində yerləşən digər rayon və şəhərlərdədə işləməyə hər zaman hazıram. Xahiş edirəm mənə köməklik edəsiniz. Əvvəlcədən sizə öz minnətdarlığımı bildirirəm.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, ixtisasınız Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir. Tərəfinizdən (işə qəbulla bağlı) əvvəllər göndərilmiş eyni məzmunlu ərizənizə 2702 №-li 30.04.2014-cü il tarixli məktubla cavab verilmişdir.
Sənan Soruşur Yazılma Tarixi:23.06.2016 18:47:54

Salam. Universitetin bakalavr pilləsində təhsil alıram. Axırıncı kursda 1 fəndən kəsri olduğum üçün kursda qalmışam, yəni yenidən axırıncı kursu oxumalyam ki bakalavr diplomunu ala bilim. Mənə möhlət hüquqi verilə bilər ya yox?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırışdan təhsilə görə möhlət bir dəfə verilir. Təhsilə görə kredit borcu olan vətəndaşlara müddətli həqiqi hərbi xidmətə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.
Hümbət Soruşur Yazılma Tarixi:23.06.2016 18:46:48

salam.men universiteti bu il bitirmiwem.ancaq kesrlerim var deye mohlet huququ almagim mumkundur mu?yeni qebul olunmuw qanun buna imkan yaradir mi

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırışdan təhsilə görə möhlət bir dəfə verilir. Təhsilə görə kredit borcu olan vətəndaşlara müddətli həqiqi hərbi xidmətə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.
Elxan Soruşur Yazılma Tarixi:23.06.2016 14:05:40

Men Azərbaycan Dövlət Iqtisad Universitetini bu il bitirmişəm çagirişimda var.esgerliye leytinant(nikadr) kimi gedə bilərəm? və bunun üçün nə etməliyəm?

Leytenant kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Qadir Soruşur Yazılma Tarixi:23.06.2016 09:31:15

Salam. Hərbi xidməti hansı hərbi hissədə çəkəcəyimizi yalnız iyunun 30-u öyrənə biləcik. Mümkünsə bilmək olar, bu niyə belə çox gec tarixdə bilinir? Çünki növbəti gün(1iyul) artıq hərbi xidmətə yola düşəcəyik.

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.  
Cədvəldə sətir sayı :14897