Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
vüqar Soruşur Yazılma Tarixi:13.06.2016 21:11:02

salam mənim təhsil haqinda heç bir senedim yoxdur ama 4 cü sinifə kimi oxumuşam hərbi xidmət keçmişəm isdiyirəm ordu sıralarına daxil olam mümkündürmü xaiş edirım cavab yazın

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər ( zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
ELXAN Soruşur Yazılma Tarixi:13.06.2016 19:04:27

Salam. Mene pravisqa gelib. pravisqada yazilib ki, iyulun 1-i vaynkamadda olun, dusduyunuz casta gedeceksiniz. Men orgenmek isteyirem ki, iyulun 1-i yox, 15-i gede bilerem? Cun ki, alergiyamdan mualice aliram, coxlu guclu dermanlar qebul edirem. iyulun 10-13 arasi dermanlarim tam qurtaracaq ve sagalacam. Bele olan halda iyul 15-ne kimi vaxti saxlatmaq olar yoxsa iyulun 1-inden aparacaqlar. Bir de dostumun qirijasi haqqinda sual yazmisdim. o sualada cavab vermediz. Sizden heddinden artiq derecede xais eliyirem suallarima cavab yazasiniz

Məlum olmuşdur ki, Siz, 2016-cı ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və  səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmisiniz.
Yırtıq olduqda “Xəstəliklər cədvəli”nin I-III qrafaları üzrə şəhadətləndirilənlərə cərrahi müalicə təklif olunur. Uğurlu müalicədən sonra onlar hərbi xidmətə yararlıdırlar.
Qənbər Soruşur Yazılma Tarixi:13.06.2016 18:07:43

Salam, men herbi hekim ekspertiziyasından keçmişem ama yararsız yazılıb, vaynkomatdan mene bildirdiler ki, senedlerin Nazirliye gedib Cavab gelecek, iyul ayının 3ünde qospitala gönderecekler meni. Bu proses qanunnan bu qeder uzun çekir ki? Birde men hal hazırki veziyyet de ölke xaricine 3 günlük çıxıb qayıda bilerem?

Çağırışçı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının sədri tərəfindən onun barəsində qəbul edilmiş qərarla 10 gün müddətində tanış olur. Mərkəzi çağırış komissiyası mübahisəli məsələlər barədə xüsusi yoxlama keçirərkən 20 gün müddətində qərar qəbul etməlidir. Bildiririk ki, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət verilməsinin və ya çağırışdan azad edilməsinin əsaslılığının yoxlanılması məqsədi ilə vətəndaşlar Xidmətin Mərkəzi hərbi-həkim komissiyasına razılaşdırılmış qrafikə uyğun olaraq təqdim olunurlar. Əlavə olaraq bildiririk ki, 2016-cı ilin iyul çağırışı zamanı həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlara çağırış ayınadək sərhədkeçməyə məhdudiyyət qoyulmur.
Röyal Soruşur Yazılma Tarixi:13.06.2016 00:46:36

Salam.men tahirov royal qirxmaz oglu 1998 ci agdas rayonunda 18 oktyabrda andan olmusam ve size sualim mene ne vaxt cagiris gelecek amma hal hazirda 10 cu sinifde oxuyuram menim 18 yasim yani esgerliye geddiyim vaxt men 11de oxuyacam ve cagiris ne vaxt gelecek

Bildiririk ki, Siz orta ümumtəhsil məktəbini bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.  “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsinə əsasən, ümumi təhsil müəssisələrində tam orta təhsil alan  çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan 20 yaşınadək möhlət verilir.
Elməddin Soruşur Yazılma Tarixi:12.06.2016 15:35:50

salam.Boyum 1.70 cekim 58.Hansi qosuna duse bilerem.Cagiris 01.07.2016

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla xüsusi kompüter proqramı vasitəsi ilə bölünür. Bu zaman çağırışçının antropometrik göstəriciləri (boy, çəki) onun təyin olunduğu  qoşun növünün tələblərinə cavab verməlidir.  
Kamran Soruşur Yazılma Tarixi:12.06.2016 15:25:56

Salam.Mən bilmək istərdim Kolleci bitirdikdən sonra Xaricde təhsil almagima möhlət verilecek?

Bildiririk ki, Siz kolleci bitirdikdən sonra ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqsınız.  Çünki “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən, qeyd olunan təhsil müəssisəslərində təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir.
Manaf Soruşur Yazılma Tarixi:11.06.2016 18:51:14

Salam. Universitetin bakalavr pilləsində təhsil alan tələbə axırıncı kursda imtahanlardan kəsirləri olduğu üçün kursda qalıb, yəni yenidən axırıncı kursu oxumalıdır ki bakalavr diplomunu alsın. Bilmək istərdim ki, bu cür halla qarşılaşan tələbəyə Hərbi vəzifə və hərbi xidmət haqqında qanunun 5-ci fəsil Maddə 21. punkt 21.1.4-ə əsasən bakalavr təhsilini başa vurmaq üçün hərbi xidmətə çağırışdan möhlət hüququ verilirmi ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırışdan təhsilə görə möhlət bir dəfə verilir. Təhsilə görə kredit borcu olan vətəndaşlara təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.
Ramil Soruşur Yazılma Tarixi:11.06.2016 17:41:25

Menim sualim olmusdur ki cinyaet mesuliyyetinden azad olduqdan sonra oz herbi hissemde oz vezifemde calisa bileremmi ?? Siz cavabda mene icra hakimiyyetine müraciət etmemi yazmisiz.indi men qeydiyyatda oldugum rayon uzre icra numayendeliyine yoxsa xidmet etdiyim herbi hissenin oldugu rayon icra hakimiyyəti ne muraciet etmeliyem??

Müraciətinizdə qeyd etdiyiniz məsələ ilə əlaqədar sizə əvvəllər xidmət etdiyiniz müvafiq icra hakimiyyəti orqanına müraciət etməyiniz tövsiyə olunmuşdur. Əvvəllər xidmət etdiyiniz müvafiq icra hakimiyyəti orqanıdedikdə, sizin hərbi xidmətdə olduğunuz (işlədiyiniz) müvafiq qoşun növü (və ya hərbi hissə) nəzərdə tutulur.
Sərxan Soruşur Yazılma Tarixi:09.06.2016 19:57:05

Salam ,mene xaya hidropsu diaqnozu qoyuldu komissarligda sonra muaine ucun xestexanaya gonderildim muayine olundum ve orda da eyni diaqnoz qoyuldu.Ve meni 6 iyul herbi xidmete getmeye cagirisi verildi. bu duzgundur?

Xayanın və ya toxum ciyəsinin mayenin həcmi 100 ml-dən az olan hidropsu ilə çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər.
Elşən Soruşur Yazılma Tarixi:09.06.2016 19:41:32

Salam mənim dostum var onu dalagi uzundu bilmek istiyiriki onu esger aparacaqlar ya yox onceden tewekuller

Çağırışçılarda “Anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozulmaları” xəstəlikləri üzrə tibbi şəhadətləndirilmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 80-ci maddəsinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Cədvəldə sətir sayı :14891