Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elşən Soruşur Yazılma Tarixi:19.06.2016 13:45:37

salam mən hərbi xidmətə könüllü necə gedə bilərem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.             Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti (keçmiş Milli Təhlükəsizlik Nazirliyi), Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir.             Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyinz müvafiq dövlət orqanına müraciət etməlisiniz. 
Araz Soruşur Yazılma Tarixi:19.06.2016 09:43:38

Salam.Mən Bakı İslam Universitetini bu il bitirib hərbi xidmətə yola düşəcəm.Hərbi xidməti bitirdikdən sora Leytnant kimi orduda qalmaq istəyirəm,amma bəzi məlumatlar aldımki Müdafiə Nazirliyi buna icazə vermir,rəsmi olaraq sizdən cavabı eşitmək istərdim.

Leytenant kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Dilqəm Soruşur Yazılma Tarixi:18.06.2016 19:28:46

Salam.Oğlum Hərbi komisarlıqda yoxlanışdan keçdi və ayaqında yastıpəncəlik aşkar olundu.Yastıpəncəliyin dərəcəsi müəyyən olunmadan çağırış vərəqəsi verilə bilərmi?

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. Yastıpəncəliyin dərəcəsi müəyyən olunmadan çağırış vərəqəsi verilmir. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Gülşən Soruşur Yazılma Tarixi:18.06.2016 15:28:29

Salam işə qəbul üçün növbəti vakansiya nə vaxt gözlənilir dəqiq vaxtını bilmək istərdim

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində mövcud olan ştat vahidləri və vakansiyaları haqqında məlumat xidməti xarakteri daşıdığı üçün açıqlanmır.
Cavid Soruşur Yazılma Tarixi:18.06.2016 14:44:55

Salam. Bu il magistraturaya girənlərə möhlət veriləcək? Bu yaxınlarda ele bir qanun təsdiq olundu. Həmin qanun bu ilki magistrlar üçündə nəzərdə tutulub?

Bildiririk ki, hal-hazırda magistraturaya qəbul olunanlara həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Mətanət Soruşur Yazılma Tarixi:17.06.2016 12:20:27

Salam. Milli Məclisin 14 iyun 2016 cı il tarixdə qəbul etdiyi Maqistranlara və doktorantlara möhlət verilməsi haqqında qanun bu il iyul ayında hərbi xidmətə cağrılan çağrışcilara şamil olunacaqmı. Təşəkür edirəm.

Bildiririk ki, hal-hazırda magistraturaya qəbul olunanlara həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Bəhruz Soruşur Yazılma Tarixi:17.06.2016 05:41:44

Salam..Men 21.07.1998-ci tevelludem. Mene caqiris vesiqesi gelib. Herbi xidmete yola duseceyim tarix ise 01.07.2016 yazilib. Yeni meni 18 yasim tamam olmaqina 20 gun qalmis esger apara bilerler?

Bildiririk ki, çağırış ayında 18 yaşı tamam olmuş çağırışçılar həmin gündən etibarən müddətli həqiqi hərbi xidmətə göndərilirlər. 
Alim Soruşur Yazılma Tarixi:16.06.2016 14:41:38

herbi xidmetimi harada cekeceyimi nece gun qalmis oyrene bilerem?

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti 30 iyun tarixindən etibarən aktivləşəcəkdir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməyə müraciət edə bilərsiniz.  
Sahil Soruşur Yazılma Tarixi:16.06.2016 01:09:39

Salam. Men maqistre qebul olmuwam bu il, milli meclisin verdiyi qerar bu il ucun bize Samil olunur yoxsa yox?

Bildiririk ki, hal-hazırda magistraturaya qəbul olunanlara həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Kamran Soruşur Yazılma Tarixi:15.06.2016 19:41:41

SALAM. Mən bu il magistraturaya qəbul oldum, ayın sonuna qədər hansı universitetdə oxuyacağım dəqiqləşəcək. Hərbi xidmətdən möhlət hüququ təsdiqləndi. Belə olan halda, universitetdən arayış aparıb möhlət ala bilərəm mi? Zəhmət olmasa bu barədə ətraflı məlumat verərdiniz.

Bildiririk ki, hal-hazırda magistraturaya qəbul olunanlara həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Cədvəldə sətir sayı :14897