Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Amil Soruşur Yazılma Tarixi:27.06.2016 15:36:28

Salam, Mən Suraxanı Rayon Hərbi Komissarlıqda yoxlanışdan keçərkən mənə sol tərəfli varekoselektomiya diaqnozu qoyuldu. Mən 23.05.2016 tarixində sol tərəfli varekoselktomiya cərrahi əməliyyatını keçirdim. SRHK tərəfindən mənə 01.07.2016 tarixli çağırış vərəqsi gəlib. Lakin, adım hərbi xidmətə yararlııq siyahısından çıxarılıb.Səbəb isə cərrahi əməliiyat keçirdiyim üçün 3-6 ay arası möhlət verilməsidir. Bu qərarın doğru olub-olmaması barədə sizdən məlumat verməyinizi xahiş edirəm. Hörmətlə, Amil

Məlum olmuşdur ki, Siz, 2016-cı ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Suraxanı rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və  səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Cərrahi xəstəliklərə görə aparılmış operativ müdaxilələrdən sonra fəsadlaşmalar olmadıqda, müalicə müəssisəsindən çıxarıldıqdan sonra hərbi xidmətə çağırış zamanı vətəndaşların 3 ay müddətinədək müvəqqəti yararsızlığı haqqında qərar çıxarılır. Möhlət hüququ bitdikdə çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Elməddin Soruşur Yazılma Tarixi:27.06.2016 14:35:47

Salam Mən Elməddin Mirzəzadə Hərbi xidmət üçn bütün tibbi müayinələrdən keçmişəm. Lənkəran rayon səfəbərlik idarəsindən mənə iyul ayının 4də çağrış vəsiqəsi verilib. Amma mənim Azərbaycan Resublikası Prezidenti yanında Gənclər Fondunda grand layihəm var Layihənin maliyə hesabatı vaxtı 1-6 iyul tarixinə təyin olunub. sizdən ricam vaxtı iyul ayı daxilində irəli çəkmək haqqında mümkün olub olmayağı barədə cavab yazmağınızdır. Təşəkkür ediəm.

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin Lənkəran rayon şöbəsinə müraciət etməyinizi tövsiyə edirik.
valid Soruşur Yazılma Tarixi:27.06.2016 14:01:27

həqiqi hərbi xidmətin vaxti artirilacaq?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən  müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: ali təhsili olanlar – 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar – 1 il 6 ay həqiqi hərbi xidmət keçirlər.
Emil Soruşur Yazılma Tarixi:26.06.2016 17:23:36

Salam mən bilməy istəyirəmki mənim qolumda eyriliy var sol qolumda esger aparacaglar meni eyriliyi bilinir

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Əli Soruşur Yazılma Tarixi:26.06.2016 11:55:22

Salam. bildiyiniz kimi magistrlara möhlət hüququ qanunu öncə milli məclisdən və prezidentdən keçdi.Qanun beləliklə qüvvəyə mindi mi ?Minməyibsə nə vaxtdan başlayacaq bu proses ?Bir də xarici universitetlərdə magistr təhsili alan tələbələr qəbul olduqdan sonra hansı sənədi hərbi komissarlıqa təqdim etməlidir.

Bildiririk ki, ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunmuş çağırışçılar həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə təqdim etdikləri halda, barələrində qanunamüvafiq qərar qəbul ediləcəkdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, magistraturada təhsilini hərbi xidmətini başa vurduqdan sonra davam etdirmək istəyən vətəndaşlar akademik məzuniyyət götürərək hərbi xidmətə gedə bilərlər. 
Anar Soruşur Yazılma Tarixi:26.06.2016 00:12:40

Magistraturaya daxil olan İyul ayı çağırışçılarına möhlət veriləcək?

Bildiririk ki, ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunmuş çağırışçılar həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə təqdim etdikləri halda, barələrində qanunamüvafiq qərar qəbul ediləcəkdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, magistraturada təhsilini hərbi xidmətini başa vurduqdan sonra davam etdirmək istəyən vətəndaşlar akademik məzuniyyət götürərək hərbi xidmətə gedə bilərlər. 
Namaz Soruşur Yazılma Tarixi:26.06.2016 00:00:32

Salam.Men Turkiyede magistra qebul olmusam,amao orda sened qebulu avqusta baslayir ,men verilen mohletden nece istifade ede bilerem,rayon vaenkumatina hansi seneti vermeliyem?,(elimde ancaq qebul oldugum bal olan elektron cagiz var).Tesekkurler

Bildiririk ki, xarici ölkənin ali təhsil müəssisəsində magistraturaya qəbul olunmağınız haqqında arayışı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə çağırış ayı müddətində təqdim etdiyiniz halda, barənizdə qanunamüvafiq qərar qəbul edilə bilər.
Orxan Soruşur Yazılma Tarixi:25.06.2016 23:33:22

Salam. Mən bu il universiteti bitirdim.Çağırışçı kimi hekim komisiyasindan keçmişəm.Qulağımda zeiflik olduğu ucun Bakıda həkim komisiyasindan keçməyə göndərildim. Orda yoxlanışdan sonra dedilərki vaynkomatdan xəbər verəcəklər vəziyətim barədə.Bu gunə qədər zəng də etmişəm hələ bir xəbər yoxdur. Bilmək istəyirəmki müddətli hərbi xidmətə gedəcəm y yox. Birdə əsas sualima cavab verərdiz zəhmət deyilsə. Əgər mənim qulaqımın zəifliyinə görə xidmətə çağırılmasam mən özüm könüllü şəkildə gedə bilərəm arxa cəbhəyə? Olarsa necə olur?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
orxan Soruşur Yazılma Tarixi:25.06.2016 17:02:05

salam men 10.10.2006 ci ilde herbi xidmete cagrilmisam 19.11.2007 ci ilde xestelendim texris olundum hal hazirda saglamam. Ise gire bilmirem deyirler herbi bilet yararsizdi .men tezeden gede bilerenmi herbi xidmete

Bildiririk ki, vaxtından əvvəl ordu sıralarından tərxis olunan vətəndaşların təkrar müddətli həqiqi hərbi xidmətə cəlb olunması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.  
Sədi Soruşur Yazılma Tarixi:25.06.2016 15:20:31

Salam. Menim herbi xidmet ucun artiq yasim catib, ancaq mene hele cagiris barede hec bir sened gelmiyib.

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Cədvəldə sətir sayı :14897