Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Anar Soruşur Yazılma Tarixi:04.07.2016 00:52:08

salam menim 23 yasim ehtiyata buraxilmis esgerem ve men muddetden artiq xidmet etmek isteyirem surucu yada on cehpede post bawcisi kimi bunun ucun men hara muraciyet etmeliye ve hansi senedleri yiqmaliyam ve burdan elektron xidmetle gondersen danlilarimi caqirarlar

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti (keçmiş Milli Təhlükəsizlik Nazirliyi), Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Tural Soruşur Yazılma Tarixi:03.07.2016 21:57:17

Salam.Məmim qardaşım bu il magistratura imtahanından uğurlu nəticə əldə edib.Mən bilmək istəyirdim ki,magistraturaya görə möhlət hüqüqu verilməsi barəsində cənab prezidentimizin verdiyi əmir barəsində vayonkomata göstəriş verilmiyə bilər

Bildiririk ki, qardaşınız ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunması barədə arayışı Xidmətin qeydiyyatda olduğu idarə, şöbə və ya bölməsinə təqdim etdiyi halda, barəsində qanunamüvafiq qərar qəbul ediləcəkdir.
qadir Soruşur Yazılma Tarixi:03.07.2016 17:53:19

salam. men ali tehsil müəssini bu il bitirmişəm may ayında qeydiyyatda olduğum rayonun hərbi komisarlığına məni yoxlanışa çağırdılar yoxlanışa gedəndə orda komissiyanin teyin etdiyi həkim məni yastıpəncə olduğum üçün bakiya travmotologiya instituna göndərdi ordan mənə hərbi xidmətə müvəqqəti olaraq yararsiz olduğumu dedilər mənə yanvar ayina qədər müalicə olunmam üçün vaxt verdilər məndə xəstəxanalara muraciət elədim menim xəstəliyimin yəni yastıpəncəliyin müalicəsin olmadığını dedilər mən özüm herbi xidmət borcumu yerinə yetirmək üçün hara müraciət eləməliyəm ki məni də əsgərliyə aparsinlar deyə xahiş edirəm mənə ətrafli məlumat verəsiz bu mövzu ilə bağlı

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Mətin Soruşur Yazılma Tarixi:03.07.2016 07:36:22

salam Men 1 ci Pirizivdede cağrişa düşmedim 2 ci pirizivde oldu vaynkamata Cağirdilar lakin komisiyadanda keçdim yene bu piriziv de cağrisda yoxam sebebi ne ola bilər ? .

Bildiririk ki, sualınızın cavablandırılması üçün Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz. 
sabir Soruşur Yazılma Tarixi:02.07.2016 19:12:51

Salam Meni 22 Mayda Xetai Vaynkomata Cagiriblar Getdim Hekimlerden Kecdim Diwimde Problem Cixdi Mene Helede Cagiriw Gelmeyib Xahiw Eliyirem Mene Komeyliy Eleyin Men Heqiqi Herbi Xidmetde Qulluq Etmey isleyirem

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
səfər Soruşur Yazılma Tarixi:02.07.2016 16:50:51

salam bu il magistre qebul olmuwam univeristetde qeydiyyatdan kecdikden sonra olkeden cixmaq huququm var?

Bildiririk ki, ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunmuş çağırışçılar həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə təqdim etdikləri halda, barələrində qanunamüvafiq qərar qəbul ediləcəkdir.  Həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olan vətəndaşlara isə möhlət hüquqları qüvvədə olan müddətdə sərhədkeçməyə məhdudiyyət qoyulmur.
Rəşad Soruşur Yazılma Tarixi:02.07.2016 11:31:18

Salam. Mən 1995-ci il təvəllüdüyəm. Keçən ay Komissiyadan keçmişəm. Lakin hansı qoşun növündə və hansı hərbi hissədə xidmət edəcəyim barədə Məlumatı nə internet nə də sms vasitəsi ilə Öyrənə bilmirəm. Necə öyrənə bilərəm bu haqqda?

Bildiririk ki, sualınızın cavablandırılması üçün Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz. 
İlkin Soruşur Yazılma Tarixi:02.07.2016 03:16:04

Salam. Mən bu il magistraturaya qəbul olmuşam. Hərbi xidmət və hərbi vəzifə haqqında AR qanununa əsasən, hərbi xidmətdən möhlət hüququna malikəm. Lakin bu hüquqdan istifadə etmək istəmirəm. İlk öncə hərbi xidmətə getmək, başa vurduqdan sonra növbəti il magistr təhsilimi davam etdirmək istəyirəm. Mənə qeydiyyatdan keçdiyim yerdən belə məlumat verildi ki, əgər möhlətdən istifadə etməyib hərbi xidmətə yollansan, xidmətdən qayıtdıqdan sonra avtomatik olaraq magistr təhsilindən imtina etmiş sayılırsan. Bilmək istərdim bu nə dərəcədə qanunidir? Mən hərbi xidmətə yollanıb sonra magistr təhsili almaq üçün haraya müraciət etməliyəm?

Bildiririk ki, ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunmuş çağırışçılar həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə təqdim etdikləri halda, barələrində qanunamüvafiq qərar qəbul ediləcəkdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, magistraturada təhsilini hərbi xidmətini başa vurduqdan sonra davam etdirmək istəyən vətəndaşlar akademik məzuniyyət götürərək hərbi xidmətə gedə bilərlər. 
Polad Soruşur Yazılma Tarixi:02.07.2016 01:04:54

ADNSU-de magistr tehsili almaq hüququ qazanmışam, amma evvelce herbi xidmetimi başa vurmaq, sonra magistr tehsilimi oxumaq isteyirem. Bu mümkündürmü? Ve mümkündürse bunun üçün hansı senedler lazımdı ve hara müraciet etmeliyem?

Bildiririk ki, ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunmuş çağırışçılar həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə təqdim etdikləri halda, barələrində qanunamüvafiq qərar qəbul ediləcəkdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, magistraturada təhsilini hərbi xidmətini başa vurduqdan sonra davam etdirmək istəyən vətəndaşlar akademik məzuniyyət götürərək hərbi xidmətə gedə bilərlər. 
Bəhruz Soruşur Yazılma Tarixi:01.07.2016 18:11:13

Ali Təhsilimi bu il bitirmişəm. Rayon komissarlığında həkim müayinəsindən keçmişəm. Müayinənin nəticəsi olarağ onurğa sütununda 27 dərəcəlik əyrilik aşkar olunub. Əyriliyi Bakı Şəhər Travmatologiya şöbəsi də təsdiqləyib. Sizdən xahiş edirəm ki 27 dərəcəlik əyrilik ilə hərbi xidmətə yararlı hesab olunurammı? və ya könüllü olarağ xidmət edə bilərəmmi?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir. Əlavə olaraq bildiririk ki, çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 66-cı maddəsinin I qrafasının tələblərinə əsasən onurğanın deformasiya və funksiyaların pozulması dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Cədvəldə sətir sayı :14897