Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Vasif Soruşur Yazılma Tarixi:30.06.2016 11:51:14

Salam, Hərbi xidmətə gedən özü ilə hansı şəxsi əşyaları apara bilər? Bu barədə rəsmi sədəd var? Əvvəlcədən minnətdaram

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Kamal Soruşur Yazılma Tarixi:30.06.2016 11:42:57

Mən qeydiyyatda olduğum Lənkəran SHXÇDX-nin Göndərişi əsasında 23.05.2016-cı il tarixində Respublika Neyrocərrahiyyə Xəstəxanasında bel-oma nahiyəmin MRT müayinəsindən keçmişəm, akt qəbul olunub və həmin xəstəxananın qedyiyyatda olduğum Lənkəran SHXÇDX-ə göndərdiyi akta əsasən Lənkəran rayonu SHXÇDX tərəfindən barəmdə yararsız qərarı qəbul olunmuşdur, lakin Lənkəran rayonu SHXÇDX-dən mənə bildirirlər ki, bu qərar SHXÇDX-nin Mərkəzi hərbi-həkim komissiyası tərəfindən təsdiq olunmalı və yalnız bundan sonra mənə hərbi bilet verilə bilinər. Buna görə də bilmək istərdim ki, bu nə dərəcədə doğrudur, yəni barəsində yararsız qərarı verilmiş bütün çağırışçıların qərarları Mərkəzi hərbi-həkim komissiyası tərəfindən təsdiq olunurmu və bu təsdiq prosesi özündə nəyi ehtiva edir?

Vətəndaşlara sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət verilməsinin və ya çağırışdan azad edilməsinin əsaslılığı yoxlanılması məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin rayon idarə, şöbə və ya bölməsinin hərbi həkim komissiyasının qərarlarına Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən nəzarət qaydasında baxılır.
Salam Soruşur Yazılma Tarixi:30.06.2016 11:39:54

Salam.Mən Qax şəhərində yaşayıram.Məni 14.06.16 tarixində Qax şəhər hərbi komissarlığına çağırışla bağlı çağırmışdılar.Müayinələrdən keçərkən problemlə qarşılaşdım və məni Bakı şəhərinə müayinə olunmaq üçün göndərdilər.Mən 21.06.16 tarixində müayinəmi başa vurdum ama hələdə mənə hərbi komissarlıqdan xəbər gəlmiyib.xahiş edirəm mənə köməklik edəsiniz.Diqqətinizə görə minnətdaram.

Məlum olmuşdur ki, Siz, 2016-cı ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Qax rayon bölməsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinənin nəticəsinə müvafiq olaraq 2016-cı ilin iyul çağırışında Sizin barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
Savalan Soruşur Yazılma Tarixi:30.06.2016 08:24:59

02.07.2016 tarixinə hərbi xidmətə çağırılmışam. Xidmət eləyəcəyim qoşun növü kimi Daxili Qoşunlar göstərilir. amma hansı hərbi hissədə qulluq eləməli olduğum göstərilmir.

Qeyd etdiyiniz məsələ ilə bağlı Daxili Qoşunların komandanlığına müraciət etməyiniz təvsiyə olunur.
Elşən Soruşur Yazılma Tarixi:30.06.2016 06:42:02

Salam. Menim qardawim iyulda heqiqi herbi xidmete cagirilib. Ancag hele burda cixmiyib hara duwub. Neden ola biler?

Qeyd etdiyiniz məsələ ilə bağlı qardaşınızın Xidmətin qeydiyyatda olduğu yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Natiq Soruşur Yazılma Tarixi:30.06.2016 01:12:50

Salam axşamınız xeyir.Mən düşdüyüm yer MN N sayli yazılıb.Burda MN nə deməkdi və mən harda qulluq edəcəm bilmək istərdim.Əvvəlcədən təşəkkür edirəm.

MN - Müdafiə Nazirliyi deməkdir. 
Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz təvsiyə olunur.
ELCAN Soruşur Yazılma Tarixi:30.06.2016 01:00:21

salam men iqtisad universitetini bitirmisem herbi xidmetde zabit leytinant kimi xidmet etmek istiyirem ne etmeliyem hara muraciet etmeliyem,

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Fuad Soruşur Yazılma Tarixi:29.06.2016 21:33:04

salam. men bu il quluq edeceyim herbi hissenin nomerin bilirem, lakin harda yerleshdiyin nece oyrene bilerem? birde ki evvelden axira kimi eyni yerde qulluq edecem, yoxsa sonradan muxtelif rayonlara bolecekler?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz qoşun növünün komandanlığına müraciət etməyiniz təvsiyə olunur.
Seymur Soruşur Yazılma Tarixi:29.06.2016 19:20:14

Salam. Men Dovlet serhed xidmetine duwmuwem. Amma bilmirem ki, hansi bolgeye rayona duwmuwem? Zehmet olmasa deyerdinizde.

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz təvsiyə olunur.
Zaman Soruşur Yazılma Tarixi:29.06.2016 16:29:16

Salam. Men iyul ayindaki cagiriscilardanamş sizin saytda yoxladim cavabda yazildiki XİDMET EDECEYİNİZ QOSUN NİVU DOVLET SERHED XİDMETİŞ bu ne demekdir zehmet olmasa aydinliq getirerdizş serhede dusmusem yeni, hansi rayona bunu nece oyrene bilerem.

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz təvsiyə olunur.
Cədvəldə sətir sayı :14897