Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elmar Soruşur Yazılma Tarixi:14.07.2016 16:19:33

Salam, mən Bakı şəhər Xəzər rayonu qeydiyyatındayam. Tibbi yoxlanışı keçdikdən sonra mənə 2 iyul tarixinə çağırış vərəqəsi verilmişdir. Lakin nə sms nə də elektron xidmət vasitəsilə hansı qoşun növünə düşdüyümü öyrənə bilmirəm. Zəhmət olmasa bununla bağlı köməklik edərdiniz.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Abdulla Soruşur Yazılma Tarixi:14.07.2016 13:57:37

herbi xidmete cagirisda vetendasin hansi regiona dusduyunu nece oyrene bilerik???

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Ruslan Soruşur Yazılma Tarixi:14.07.2016 00:28:18

Salam. Məni ayın 20 si günü müddətli hərbi xidmətə yollanmaq üçün çağırıblar. Hələ hansı hərbi hissəyə gedəcəyim bilinmir. Tez-tez sizin saytdan yoxlayıram. Size sualım budurki, hara gedəcəyim ilk sizin saytdan bildirilir yoxsa qeydiyyatda olduğum Səfərbərlik ve Hərbi Xidmətə Çağırış idarəsindən? Birdə ayın 20nə gün verilməyinə baxmayaraq ola bilər ki daha gec aparsınlar yada bir sonra ki çağırışa qalsın? Cavab üçün əvvəlcədən təşəkkür edirəm.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Ramil Soruşur Yazılma Tarixi:13.07.2016 21:47:14

Salam axşamniz xeyir Mən pedaqoji kolleci vitirmişəm və bu səbəbdən Hərbi xidmətə gecikməm olub ama 2016-nın İyun ayında mənə çağrış vərəqəsi gəldi ki sizi İyul ayinin 1 də Hərbi xidmətə getməyə görə vayenkomata yaxinlaşmağı əmir etdilər və mən həmin gün yaxiblaşsamda bizi aparmadilar sizə suallim budur ki indi bizi Hərbi xidmətə nə vaxt aparacaqlar və bizə bu barədə nə vaxt xəbərdarliq edəcəklər ???

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
TURAL Soruşur Yazılma Tarixi:13.07.2016 20:41:45

salam men herbici olmaq istemiyirem Aleliyem 28 Yasim Var Bakida Qaliram Baki Qeydiyatindayam 2 Ovladim Var Herbi Xidmetde Olmusam Ciringerlik Uzure Diplomumda Var Cox Xais Edirem Mene Komeklik Edesiz Menim Nomrelerimdir 055 437 88 98 Adim Tural

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər ( zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.      
      Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz. 
əliəkbər Soruşur Yazılma Tarixi:13.07.2016 19:11:30

Salam, mənə iyul ayının 1i nə çağırış gəlmişdi lakin, adım çıxmadı, ayın 15i çıxacağı deyildi. Sualım budur ki, həmin 15gün mənim həqiqi hərbi xidmət vaxtımdan gedir ya yox?

Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər.  Əlavə olaraq bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
səhər Soruşur Yazılma Tarixi:13.07.2016 16:34:45

Salam menim oglum Haciyev Huseyn Qvami oglu bu il magistraturaya qebul olub ancaq tehsilini herbi xidmetden sonra davam etmek isteyir universitete ise onlarin emrleri sentyabr ayinda verilir ve men universitetle daniwmiwam eger herbi xidmete getse men onun evezine akademik mezuniyyet goturecem bilmek isterdimki oglum bu cagiriwda esgerliye gede bilermi ve hansi senedler teleb olunur eger komisarliqdan aparmaq imtina eleseler hara muraciet etmeliyem ?

Bildiririk ki, magistraturada təhsilini hərbi xidmətini başa vurduqdan sonra davam etdirmək istəyən vətəndaşlar akademik məzuniyyət götürərək hərbi xidmətə gedə bilərlər. Eyni zamanda bildiririk ki, 2016-cı ilin iyul çağırışında övladınızın müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunması barədə  qeydiyyatda olduğu yerli idarə, şöbə və ya bölməyə müraciət edə bilərsiniz.
Elxan Soruşur Yazılma Tarixi:13.07.2016 16:26:00

Salam.men oğlum haqqida Sual soruwacaqdm.NOVRUZOV BALAƏLİ ELXAN OĞLU Dsx ya düşüb ayn 4 nə cagrmwdilar 8 i apardılar .Qobustana ordan da Cəlilabada aparıblar..And içmə nə vaxt olacaq ?və Cəlilabad ın hansı çastna düşüb onu bilmək istəyirəm.birdə uşaqla əlaqə yaratmaq mümkündürmü ?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Dövlət Sərhəd Xidmətinə  müraciət etməyinizi tövsiyə edirik
ELMAR Soruşur Yazılma Tarixi:13.07.2016 16:12:38

Salam.Her vaxtiniz xeyir.Men 5 ildir xaricde tehsil aliram ve tehsilim helede davam edir ve oxuduqum universitetden sened getirmisem ki, universiteti bitirmemisem ve men hemin senedi yerlesdiyim quba rayonuna vermisem ve uzerinden 1 ay olar kechib.Hergun zeng edirler ki,vayankomata gel.Bu nece olur bir aydinliq getire bilersinizmi bu mesleeye ve getmemeyimchinde pul teklif edirler.biz bilmek isteyirik ki, getmeliyemmi esgerliye yoxsa universiteti bitirenden sonrami gedecem...

Müəyyən edilmişdir ki, təhsil aldığınız Türkiyənin Yakın Doğu Universitesindən təqdim etdiyiniz  arayışa əsasən, Sizə 2016-2017 təlim-tədris ilinin yaz sessiyasına kimi  təhsilinizi davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir.
Rəşad Soruşur Yazılma Tarixi:13.07.2016 15:59:07

Salam. Mən 1995-ci il təvəllüdüyəm. Keçən ay Lənkəran rayonu komissarlığnda Komissiyadan keçmişəm. Lakin hansı qoşun növündə və hansı hərbi hissədə xidmət edəcəyim barədə Məlumatı nə internet nə də sms vasitəsi ilə Öyrənə bilmirəm. Necə öyrənə bilərəm bu haqqda?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Cədvəldə sətir sayı :14897