Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Fariz Soruşur Yazılma Tarixi:18.07.2016 13:52:04

Salam . Men 20.07.2016 - ci ilde Bineqedi rayon herbi komisarligindan chagirish gelib. Bu gun ayin 18 - i olmagina regmen helede hara ve hansi qoshun novunde xidmet edeceymi bilmirem. Meni yonlendirin xayish edirem. Ola biler ki men bu ay aparmasinlar herbiye? Amma ki, men getmek isteyirem bu ay. Chox sagolun evvelceden

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Tamerlan Soruşur Yazılma Tarixi:18.07.2016 13:30:11

Mənə cağırış iyulun 22-ne verilib. Mümkünsə deyə bilərdinizmi ki , hara düşməyimlə bağlı məlumat nə zaman çıxacaq ? Vaynkomat demişdi 20 si bilinməlidi ..

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
ZİYAD Soruşur Yazılma Tarixi:18.07.2016 12:37:20

salam .menim cagirisim ayin 22di amma hele hara dusduyum bilinmir .bilmek isteyirem 22e kimi cixacaq yer yoxsa oktyabra qalacam ?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Fərid Soruşur Yazılma Tarixi:18.07.2016 12:06:38

Salam men iyul ayının 1 də Ağsu rayon hərbi komisarlığında komissiyadan keçmişəm . Çağırış vərəqəsində iyul ayının 15 yazılıb.Hansı hərbi hissəyə düşdüyümü nə zaman öyrənə bilərəm.Zəhmət olmasa cavab verərdiz.Çox sağolun

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Osman Soruşur Yazılma Tarixi:18.07.2016 05:19:54

Salam mən bütün komissiyalardan keçmişəm ama mənim adım iyul çağırışçılarının siyahısında çıxmayıb bilmək istəyirəm ki adım nə vaxt çıxacaq və hara düşdüyümü nə zaman öyrənəcəm ? bu ay Hərbiyə yollana bilərəmmi yoxsa qaldım oktyabr ayına ?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Loğman Soruşur Yazılma Tarixi:17.07.2016 23:29:00

hansi rayona dusduyumu bilmek istiyirem

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Tural Soruşur Yazılma Tarixi:17.07.2016 20:16:54

Salam. Mən may ayında hərbi komissarliqda yoxlamadan kecmişəm. Ürəyimdə sag qulaqcigin yüklənməsi əlaməti oldugu ücün iş kitabcamı kənara qoydular. İyulun 1-i hərbi komissarlıq məni başqa xəstəxanada yoxlanısa gondərdi. yararli yazdı. İyulun 20- nə çagırış vərəqi veribler. Mənim saytda adim cixacaq? Yoxsa herbi komisarligin özündən öyrənəcəm. Yasamal rayon hərbi komisarligi.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Hüseyn Soruşur Yazılma Tarixi:17.07.2016 18:13:44

Salam iyulun 20si herbi xidmete gedirem hara dushduyumu nece bilmek olar? mesaj gonderirem amma yenede bilinmir burdada yaziram cixmir zehmet olmasa komek edin.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Hüseyn Soruşur Yazılma Tarixi:17.07.2016 17:03:47

Salam. Mənim doğum tarixim 15.02.1999-du. Ali məktəbə imtahan vererek kesilsem Oktyabr cagirilisinda gedecem?

Bildiririk ki, 02 fevral 2017-ci il tarixdə 18 yaşınız tamam olduğu üçün 2017-ci ilin aprel çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Əliheydər Soruşur Yazılma Tarixi:17.07.2016 15:08:55

Salam. Yastıpəncəliyə görə hansı halda xidmətdən azad olunur? Yəni, yastıpəncəliyin dərəcəsi əhəmiyyət kəsb edir mi? 3-cü dərəcəli yastıpəncəliyi olan şəxs hərbi xidmətdən azaddır mı?

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən: III dərəcə yastıayaqlılıqda (boylama içəri tağın bucağı 155 dərəcədən çoxdur, tağın hündürlüyü 17 mm-dən azdır) çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Cədvəldə sətir sayı :14897