Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Cahandar Soruşur Yazılma Tarixi:21.07.2016 23:56:02

Salam. Menim cagiriw vereqem iyul ayinin 1 ucun idi Lakin hele cagirilmamiwam. Saytdada xeber cxmir komissarliqdan ise deyirler zeng edecik. Xeber yoxdur. Herbi xidmet ucun Tam yararliyam.

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Müzəffər Soruşur Yazılma Tarixi:21.07.2016 19:35:16

Salam. Mənə Astara rayon SHXÇDX-dan həqiqi hərbi xidmətə 22 İyul tarixində yola düşmək üçün çağırış vərəqəsi verilib. Çağırışa əsasən xidmətə yola düşməyimə 1 gün qalıb. Amma hələ də harada xidmət edəcəyim bəlli deyil. Xidmətimin Oktyabr ayına ertələnə biləcəyindən əndişə edirəm. Çünki xidmətə bu aydan başlamaq istəyirəm. Lütfən nə vaxt və harada xidmət edəcəyim haqqında dəqiq məlumat verin. Ayrıca, İyun ayında LDU-nu bitirmişəm. Amma diplomum hələ verilməyib. Belə olan halda xidmət müddətim nəyə əsasən müəyyən oluncaq ? Təşəkkürlər.

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.           
  Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
           Qeyd edirik ki, Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər. Ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Turan Soruşur Yazılma Tarixi:21.07.2016 13:30:54

salam menim adim cixmiyib indi bilmek isteyiremki men oktyabra qalmisam yoxsa 25 cixacaq ?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.           
Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Nurlan Soruşur Yazılma Tarixi:21.07.2016 12:54:13

Salam.Mənim ayağımım altının düz olması səbəbiylə travmatologiya şöbəsinə göndərildim.İyun ayının 17 si vaynkamatdan sağlam olduğum deyildi.Amma hələdə hara düşdüyüm barədə bir məlumat yoxdur.Mən oktyabr çağırışına qalacam yoxsa 25-i hara düşdüyüm bilinəcək?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.           
Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Səbuhi Soruşur Yazılma Tarixi:21.07.2016 12:23:42

Salam mənə iyulun 4-ünə çağırış gəlmişdi amma mənim hələ də hansı hərbi xidmətdə xidmət edəcəyim bəlli deyil. Mən bunu nə vaxt biləcəm?

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün  qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.    
Murad Soruşur Yazılma Tarixi:21.07.2016 11:33:49

Salam,mən may ayının 25-i Sabunçu RHK-dan yoxlanış üçün çağırıldım,ilk öncə bədənimdəki döyməni daha sonra isə ayağımın altının düz olmasını əsas göstərərək məni 2 saylı və 3 saylı klinik xəstəxanalara göndərdilər.Hər 2 xəstəxanadan YARARLI və TAM SAĞLAM olduğum haqqında rəy aldım,Sabunçu RHK-dan iyul ayının 15-nə mən çağırış vərəqəsi yazıb verdilər və bildirdilər ki, ayın 15-20si aralığında hara düşəcəyim bilinəcək.Sizin saytda isə oxudum ki,bu haqqda məlumat iyul ayının 25-i yerləşdirələcək.Bilmək istərdim ki,nəticələr açıqlandıqdan sonra vaenkomatdan məni hərbi hissələrdə yer yoxdu bəhanəsiylə oktyabr çağırışına saxlamaqları nə dərəcədə düzgündür və yaxud belə bir hal baş verə bilərmi?Xahiş edirəm sualıma ətraflı cavab verəsiniz.Hörmətlə.

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.           
Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Gündüz Soruşur Yazılma Tarixi:21.07.2016 10:47:39

Salam, mənim 29 yaşım var. Snayper kursları haqqında məlumat almaq isdəyirdim. Mümkünsə cababı email-ə göndərərsiz. Diqqətinizə görə sağ olun.

Bildiririk ki, vətəndaşların müddətli həqiqi hərbi xidmətə hazırlanması, eləcə də 17 yaşına çatmış kişi cinsli vətəndaşların və çağırışçıların xüsusi hərbi ixtisaslar üzrə hazırlanması Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətində prioritet istiqamətlərdəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən Xidmət tərəfindən qeyd etdiyiniz ixtisas üzrə hazırlıq yalnız çağırışçılar üçün təşkil edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları hesab edilirlər. Hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müddətli həqiqi hərbi xidmət keçmiş vətəndaşlar üçün snayper ixtisası üzrə hazırlıq kursları təşkil edilmir.
Qulu Soruşur Yazılma Tarixi:21.07.2016 08:38:41

Salam. Mən yoxlanışdan keçən zaman qolumda uşaqlıqdan qalma izlərə görə problem yaratdılar və 2 saylı Pisixiatrik xəstəxanaya yoxlanışa yolladılar. Yoxlanışdan keçdim, əsgər getməyim üçün heçbir mane olmadığını dedilər. 1 həftəyə cavabların Binəqədi rayon vaynkomayına göndəriləcəyini dedilər.Üstündən 20 gündən çox vaxt keçib ancaq, hələdə harda əsgərlik çəkəcəyim barədə məlumatım yoxdur. Xahiş edirəm bu barədə ətraflı məlumat verin. Mən indi getmək istəyirəm. Qeydiyyat Bakı şəh. Binəqədi rayonu.

Məlum olmuşdur ki, Siz, Xidmətin Binəqədi rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilmisiniz. Siz 25.07.2016-cı il tarixdə iyul çağırışına cəlb olunmusunuz.
Babək Soruşur Yazılma Tarixi:21.07.2016 02:21:02

Salam.25 iyul tarixinde harda xidmət edeceyimizin bilinəcəyini bildirimisiniz.Bəs ayin neçəsinə kimi hərbi xidmətə aparıla bilərik? (İyul ayi ucun) yəni, iyul ayı üçün sonuncu çağırış neçəsidi? Zəhmət olmasa cavablandırarsız

Qeyd edirik ki, vətəndaşlar həqiqi hərbi xidmətə iyul ayının 1-dən 30-dək qeydiyyatda olduqları idarə, şöbə və ya bölmə tərəfindən əvvəlcədən təyin olunmuş qrafikə əsasən göndərilirlər.
Orxan Soruşur Yazılma Tarixi:21.07.2016 00:38:34

Salam,men iyun ayinda herbi xidmete getmek üçün cagirildim.Universiteti bitirdiyime bas qarisdi ve men bütün muayenilerinden kecib cavablarimi iyunun 30u gunu tamamlayib tehvil verdim.Mene iyul ayinin 15i yerler çıxacağ dediler gettim cavab yox idi 20si gel dediler yeni bugün gettim ve mene sene özümüz zeng edəcəyik dediler hele yerler bilinmeyib.Sizdən çox xahiş edirem cavablandirarsiz men iyul ayinda herbi xidmətə cagirilacagam? Ve cagirilacagamsa haçan bilecem hara dusduyumu? En esas sualım iyul cagirisciyam ya yox onu bilmekdir...Onceden minnetdaram

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.           
Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897