Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rəsul Soruşur Yazılma Tarixi:19.07.2016 17:08:58

Salam menim hansi herbi hisseye dusduyum bilinmir helede .oktyabra qalmag ehtimalim var?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Əli Soruşur Yazılma Tarixi:19.07.2016 12:52:43

salam. ilk otpravkada adim cixmadi dediler ikinci otpravkaya qalibsan yerler iyulun 25 i cixacağsa biz ayin necesinnen herbi xidmete gedeciyik?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Qeyd edirik ki, vətəndaşlar həqiqi hərbi xidmətə iyul ayının 1-dən 30-dək qeydiyyatda olduqları idarə, şöbə və bölmə tərəfindən əvvəlcədən təyin olunmuş qrafikə əsasən göndərilirlər. 
Əli Soruşur Yazılma Tarixi:19.07.2016 12:52:42

Salam. Çağırışçı Xarici ölkədən aldığı magistratura səviyyəsinə qəbulla bağlı sənədi hərbi xidmətə çağırış idarəsinə rəqdim edib çağırış məntəqəsinə təhkim edilmə sənədinə qol çəkilib möhürü vurulub hərbu xidmətə möhlət hüququ verildikdən sonra vətəndaş o andan etibarən çağırışdan azad olunurmu və həmin şəxs möhlət hüququnu aldıqdan neçə saat vəya neçə gün sonra ölkədən çıxışına icazə var? Həmin andan etibarən ölkədən çıxma məhdudiyyəti həmin şəxs üçün aradan qaldırılırmı ?

Bildiririk ki, təhsilə görə möhlət hüququ olan vətəndaşlara sərhədkeçməyə məhdudiyyət qoyulmur. 
Tamerlan Soruşur Yazılma Tarixi:19.07.2016 02:38:14

Hara gedəcəyim ilk sizin saytdan bildirilir yoxsa qeydiyyatda olduğum Səfərbərlik ve Hərbi Xidmətə Çağırış idarəsindən? Mumkunse sualimi etrafli cavablandirin . Bilirem ki 25 iyul saytda bildirilecek

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Nurlan Soruşur Yazılma Tarixi:19.07.2016 00:33:35

Salam. Mən Qaradağ rayon qeydiyyatındayam. May ayında yoxlanışa çağırdılar, xəstəxanalara getdim sonra bu ay yenə çağırdılar ki, hərbi hospitala aparacağıq getdim dedilər avqudtun 1i hərbi hospitala aparacağıq səni. Mənə nə qədər möhlət verildiyi haqqında və xəstəxana cavablarına əsasən hansı diaqnoz qoyulduğunu deyə bilərsiniz? Təşəkkürlər.

Məlum olmuşdur ki, Siz, Xidmətin Qaradağ rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz. Əlavə olaraq bildiririk ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
Mirzalı Soruşur Yazılma Tarixi:18.07.2016 23:06:37

1. Salam. Men bu il universiteti birirmisem. Men eskerliyde leytinan vezifesinde xidmet etmek isteyirem. Bunun prosessini bawa sala bilersiz. Amma qalib islemecem , yalniz xidmet 2. Men TTM-den sonra hemin hisseye teyin olunacam , yoxsa her hansibir yere ?

Bildiririk ki, Azərbaycan Respublikası müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur. Leytenant kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur. 
Ramil Soruşur Yazılma Tarixi:18.07.2016 19:23:51

Salam. Mən əsgərliyə getmək istəyirəm. Qolumda cızıq var deyə Maştağaya, ayağımın altı düzdü deyərək Travmatologiyaya yolladılar. Ama ikisidə YARARLI rəy verdi. Vayenkomata yoxlanışın cavabı gec gəlib deyə məni payıza saxlayır. Mən idi getmək istəyirəm. 3cü çağırış olacaqmı Abşeronda??

Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Siz 2016-cı ilin oktyabr çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqsınız.
Rəşad Soruşur Yazılma Tarixi:18.07.2016 18:51:38

Salam. İndiyədək müvəqqəti hırbi xidmətə yararsız hesab olunduğum üçün Hərbi xidmətdə olmamışam. Agdam voenkomatina 2016 cı il iyun ayinda Hərbi xidmətə getmək üçün müraciət etmişəm və bütün Hərbi Həkim Komisiyasından və digər prosedurlardan keçmişəm. Sadəcə olaraq iyul ayında Cağrış siyahısında adım çıxmayıb. Mümkünsə Səbəbin bildirərdiz?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
tural Soruşur Yazılma Tarixi:18.07.2016 18:31:58

Salam mene iyul ayinin 20-si 2016 ci ile.cagris vereqesi verilib ama bu gune qeder hara dusduyum barede sms vasitesi ile 9100 vesiqemin seriya nomresini gonderirem ama mene sizin vesiqeye uygun cagrisci yoxdur deye sms gelir bu vaxtda kimi men bilmirem hara dusduyumu.bunu nece oyrene bilerem?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Babək Soruşur Yazılma Tarixi:18.07.2016 16:03:13

Salam.may ayında hərbi komissarlığa çağrıldım.yoxlanışdan keçəndə həkimlər ağciyərimdə kiçik problem olduğunu dedilər.1ay müalicə aldım , sonra təkrar yoxlandım və sağlam olduğum deyildi.Yazılı məlumat vayenkamata göndərilib.Ama gedib getməyəcəyim barədə xəbər verilmir..Nizamo rayonunda qeydiyyatdayam və həmin ərazidə yaşayıram.Nizami rayon hərbi komissarlığındam cağrılmişdim..Sualımə zəhmət olmasa cavabıandırardınız

Bildiririk ki, müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin Nizami rayon idarəsinə daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.
Cədvəldə sətir sayı :14897