Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ağasəf Soruşur Yazılma Tarixi:22.07.2016 19:54:25

Salam. 22.07.2016-cı il tarixində mənə Yasamal rayon hərbi komissarlığından zəng edib dedilər ki, 999 saylı hərbi hissəyə düşmüsüz. Mənim hara düşməyim isə internetdə hələ çıxmayıb. Bildiyimə görə 25-dən etibarən çıxmalıdı. Mən indi komissarlığın dediyi hərbi hissəyə düşəcəm yoxsa 25-də saytda çıxan hərbi hissəyə? Xahiş edirəm sualımı cavablandırın.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında məlumatı 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytından və yaxud Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsindən əldə edə bilərsiniz.
ilkin Soruşur Yazılma Tarixi:22.07.2016 18:16:07

salam eleykim menim 3 aydiki sag dizimde zedem var cidii usde gel il yarimdiki qrijadan eleliyyat olmusam esgerliyime cagrilmagima 2 ay var men mualice almaq ucun vaxt goture bilerem

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Riad Soruşur Yazılma Tarixi:22.07.2016 17:27:49

Salam. Mən bu il İtalyada magistra daxil olmuşam, amma öncə hərbi xidmətdə olmaq üçün daxil olduğum universitetdən akademik məzuniyyət götürmüşəm. Hal hazırda isə həm saytda, həm də 9100 sms nömrəsində mənim adımda çağırışçı yoxdur yazılır. 25i sayta yerləşdiriləcək siyahıda olmasam oktyabr çağırışına qalacam? Xahiş edirəm bununla bağlı bir kömək edərdiniz, çünki əgər oktyabr çağırışına qalarsam 1 il sonra qayıtmağım da oktyabra düşəcək və mən magistr şansımı itirmiş olacam.

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün  qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.    
nicat Soruşur Yazılma Tarixi:22.07.2016 16:53:57

salam Nicat şərifzadə Məmməd oglu 18.12.1994cu il sumqayit seheri.sorusmaq isdeyirdimki men iyul ayinda herbi xidmete edcem yoxsa oktabra saxlanilib?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında məlumatı 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytından və yaxud Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsindən əldə edə bilərsiniz.
Mirzəli Soruşur Yazılma Tarixi:22.07.2016 15:37:27

Vətəndaşları hərbi hissələrə təyin olunması 25 iyuldan tez çıxa bilər ? Məsələn saytda yerləşdirilmədən qabaq qeydiyatda olduğumuz idarə və ya bölmədə cavablar elan ouna bilər yoxsa elə 25i?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında məlumatı 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytından və yaxud Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsindən əldə edə bilərsiniz.
Şəmistan Soruşur Yazılma Tarixi:22.07.2016 15:07:26

Salam.Men bu ay esger getmeliyem. Amma hansı herbi hisseye düşdüyümü bilmirem. Qeydiyyatda olduğum Suraxanı herbi komissarlığından ise deyirler ki, ayın 20-sinden sonra cixacaq. Bilmek isteyirem ki, deqiq ne vaxt gedecem.?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
FƏXRİ Soruşur Yazılma Tarixi:22.07.2016 11:32:29

birde sizin resmi sayitiniza nece baxm ?

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti barədə www.seferberlik.gov.az saytında məlumat əldə edə bilərsiniz. 
FƏXRİ Soruşur Yazılma Tarixi:22.07.2016 11:24:28

SALAM mənim qardaşımın burnunda cəpər əyriliyi ve sağ gözünde dumanlı görmə var ona hərbi bileti yararlı düşür yoxsa yararsız?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Orxan Soruşur Yazılma Tarixi:22.07.2016 10:28:23

Yazıb sizə bildirirəm ki, 04.10.1990 tarixində Sumqayıt şəhərində anadan olmuşam. Təhsilim ali-magistrdi. Azərbaycan Texniki Universitetin və Sumqayıt Dovlət Universitetin bitirmişəm. İxtisasım standartlaşdırma və sertifikatlaşdırmadır. DSX-də hərbi xidmətdə olmuşam. Bu parametrlərimə uygun olaraq işə qəbul olunmağım mümkündürmü,

Nəzərinizə çatdırırıq ki, ixtisasınız Azərbaycan Respublikası Səfərbər­lik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdiril­məsi üçün mövcud olan vakant vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Amil Soruşur Yazılma Tarixi:22.07.2016 01:37:11

Salam. 25 iyul tarixində məlumatlar rəsmi saytda yerləşdiriləcək bəs qeydiyyatda olduğumuz ünvanin hərbi komisarliğına məlumatlar 25 iyul tarixindən əvvəl göndərilə bilərmi? 2ci sualim isə budur ki, mən hərbi xidmətə məhdudiyyətli yararli sayılıram gözümlə əlaqəli problemə görə. Bilmək istərdim harda xidmət edə bilərəm harda yox? Zəhmət olmasa sullarima ətraflı cavab yazardınız

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla xüsusi kompüter proqramı vasitəsi ilə bölünür.
Cədvəldə sətir sayı :14897